Fuad Poladova həsr olunmuş tamaşa hazırlanıb

Fuad Poladova həsr olunmuş tamaşa hazırlanıb
25 fevral 2019
# 16:47

Mərhum sənətkar, xalq artisti Fuad Poladovun xatirəsinə yeni tamaşa hazırlanıb.

Kulis.az -ın tamaşanın yaradıcı heyətindən aldığı məlumata görə, martın 18-də Estoniya Dövlət Dram Teatrında oynanılacaq tamaşanin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.

Paul Villardın "Köhnə telefon" hekayəsi əsasında hazırlanan tamaşada baş rolda aktyor Hikmət Rəhimov, rollarda əməkdar artist Münəvvər Əliyeva və aktrisa Fidan Bayramova çıxış edir.

Estoniya Mədəniyyət Nazirliyinin, Estoniya Dram Teatrının, Tallin Bələdiyyəsinin, Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin, Estoniyadakı Azərbaycan icmasının, Türkiyə Respublikasının Estoniyadakı Səfirliyinin dəstəyi ilə baş tutan layihənin rəhbəri Sənəm Əliyevadır.

# 1523 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #