Sentyabrın 20-dən Bakıda Yay qalereyasında açıq səma altında “Future Shorts” qısametrajlı film festivalı başlanır.
Kulis.az-ın Azertag.aza istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək festivalda 8 filmin nümayişi nəzərdə tutulur. Filmlər rus dilində subtitrlər vasitəsilə təqdim olunacaq.
“Future Shorts” festivalı 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək bir il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. On iki ildir keçirilən festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. Qeyd edək ki, giriş dəvətnamə ilədir.