Xristianlar bu filmi qadağan etmək istəyir SENSASİYA

Xristianlar bu filmi qadağan etmək istəyir <span style="color:red;">SENSASİYA
15 yanvar 2015
# 15:59

Provaslav Alimləri Assosiasiyasi Rusiyanın mədəniyyət naziri Vladimi Medinskiyə müraciət hazırlayır. Onlar nazirdən Andrey Zvyaqintsevin “Leviafan” filminin prokat hüququnun alınmasını xahiş ediblər.

Bu barədə Kulis.az lenta.ru-ya istinadən xəbər verir.

Onların sözlərinə sözlərinə görə, film rus provaslav kilsəsini təhqir və Rusiya dövlətini açıq şəkildə tənqid edir. Buna görə, onun böyük ekrana çıxmasına imkan vermək olmaz.

“Leviafan” şərdir, şərin də yeri prokat deyil. Biz mədəniyyət nazirindən filmin ekranlara çıxmasına imkan verməməsini xahiş edirik və istəyirik ki, “Provaslav Hollivud” yaranmasına qarşı çıxsın” –deyə, assosiasiyanın təmsilşisi söyləyib.

Aktivistin sözlərinə görə, “günah fabriki”nin liderləri siyahısına Nikita Mixalkov, İvan Oxlabıstin və arximandrit Tixon (Şevkunov) daxil olmalıdır.

Murmansk vilayətinin hakimləri “Leviafan”ın vilayətin ərazisində prokatını qeyri-rəsmi qadağan ediblər. Flash Nord agentliyinin yazdığına görə, vilayətin qubernatoru Marina Kovtun filmdə ölkənin şimal sakinlərinin təqdim olunmasından narazı qalıb. Bir neçə kinoteatrın sahibi də bunu təsdiq edib. Onlardan biri deyib: “Görünür, filmdən imtina etməli olacağıq. Heç kim vilatət hakimiyyəti ilə problem yaşamaq istəmir”.

Qeyd edək ki, "Leviafan" filmi Nikolay adlı çilingərin həyatından bəhs edir. Nikolayın evi vilayət meri tərəfindən alınır, o, məhkəmələri uduzur, filmin finalında ailəsi dağılmış, evi uçurulmuş, özü həbsə atılmış Nikolayın evinin xarabalığında tikilmiş məbəddə provaslav keşişi merin iştirakı ilə moizə oxuyur.

A.Zvyaqintsevin “Leviafan” filmi müxtəlif nüfuzlu kino festivalının qalibi olub.

# 1197 dəfə oxunub

Müəllifin son yazıları

# # #