“Nabat” festivaldan əlidolu qayıdır

“Nabat” festivaldan əlidolu qayıdır
17 noyabr 2014
# 13:42

“Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) 3 mükafata layiq görülüb. Bu barədə Kulis.az-ın “Azərbaycanfilm” kinostudiyasından məlumat alıb.

“Nabat” Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının “Mannheym-Heydelberq mükafatı”na (Mannheim-Heidelberg Award) layiq görüldü. Bu festivalın üç əsas mükafatından biridir. Film həmçinin “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin “Beynəlxalq Kinotənqidçilər Mükafatı”na (International Film Critics’ Prize) layiq görülüb. Münsiflər heyətinin rəsmi rəyinə görə bu mükafat rejissorun müharibə zamanı yaşlı qadının sədaqətli, mərhəmətli və təkbaşına müqavimətini xüsusi şəkildə göstərməklə yanaşı həm də kənd mənzərəsini alleqoriyaya poetik inkişafını əks etdirməklə film dilinin təkrarolunmaz üslubundan istifadə etdiyi üçün təqdim olunub.

Bu mükafatlarla yanaşı filmimiz Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən “Ecumenical Jury mükafatı"na layiq görüldü.

Mükafatların təqdimolunma mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nabat” tammetrajlı bədii filmin müharibə və insan mövzusunda çəkilib. Filmin quruluşçu operatoru Əbdürrəhim Bəşarat (İran), prodüseri Müşfiq Hətəmovdur, əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.

Film bir neçə festivalda iştirak edib- o cümlədən Venetsiya film festivalının proqramında nümayiş olunmuşdu.

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

# # #