Məşhur rejissordan 1 milyon dollarlıq iddia

Məşhur rejissordan 1 milyon dollarlıq iddia
30 yanvar 2014
# 14:19

Tanınmış amerikan rejissor Kventin Tarantino “Gavker Media” şirkətini məhkəməyə verib.

Kulis.az-ın məlumatına görə, o, şirkəti “İyrənc səkkizlik” filminin ssenarisini yaymaqla onun müəllif hüquqlarını pozmaqda ittiham edir. İddia təmin olunsa bu, şirkət bir milyon dollar zərərə düşəcək.

Tarantino deyir ki, özünü həddən artıq aşağılanmış sayıb və filmin çəkilişini ləğv edib.

“İyrənc səkkizlik” filmində hadisələr Amerika vətəndaş müharibəsindən sonra Vayominq ştatında baş verir. Muzdla adam oğurlayanlar qadını tapıb şəhərə gətirməlidirlər. Bu işə görə 10 min dollar alacaqlar.

Filmdə aktyorlar Maykl Medsen və Bryus Dern oynamalı idi. Tarantino ssenarinin ictimailəşməsini məhz bu aktyorların agentləri ilə bağlayır. Bəzi mətbuat orqanlarının yaydığı başqa bir xəbərə görə, filmin ssenarisinin yayılmasını rejissor özü, özünü reklam məqsədi ilə təşkil edib.

Hərçənd iddia rejissorun ciddiliyindən və onu təzə film çəkməyə qoymayanları cəzalandırmaq niyyətindən xəbər verir. Rejissor etiraf edib ki o özü ssenarini çap etdirməyi planlaşdırırmış, keçmişdə belə bir təcrübəsi ona az gəlir gətirməyib.

“The Guardian” qəzeti iddia mətnindən bir hissəni çap edib: “Gavker Media” pul qazanmaq üçün insanların haqqını tapdayan yırtıcı jurnalistika yolunu tutub. Bu dəfə onlar lap ağını çıxarıblar. Ssenarinin əllərinə keçəndə bu barədə məlumat yaymalı idilər. Amma bunun əvəzinə ssenarini yayıblar və hətta özlərini ssenarinin mətnini qanunsuz əldə edən ilkin mənbə kimi təqdim ediblər”.

Şirkət rəhbərliyi isə iddia edir ki, bu məsələdə təqsirsizdirlər: “Sənəd AnonFiles və Scribd anonim serverlərində yerləşdirilib. “Gavker”in əməkdaşları da işlərini görüblər, baş verən hadisə ilə bağlı xəbər veriblər və material yerləşdirilən mənbənin elektron ünvanı da qeyd edilib. Bu məsələ müəllif hüquqları haqqında qanuna aid deyil. Bundan başqa, ssenari məsələsinin elə Tarantinonun özündən “sızdığı” iddia olunur”.

# 1795 dəfə oxunub

Müəllifin son yazıları

# # #