Məşhur detektiv roman serial olur

Məşhur detektiv roman serial olur
22 iyun 2018
# 11:02

Detektiv ədəbiyyatın kraliçası sayılan Aqata Kristinin “Cinayət əlifbası” romanı serial olacaq.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, roman bu dəfə BBC ekranlarından tamaşaçıları ilə görüşəcək. Serialda detektiv Erkül Puaronu aktyor Con Malkoviç oynayacaq.

Çəkimlər İngiltərənin şimalında aparılır. Malkoviç bu obrazı yaratmağın onun üçün çox zövqverici olduğunu söyləyib.

Serial istehsalçıları həmçinin aktrisa Şirli Hendersonun, aktyorlar Keyvin Macnallinin, Qreqor Fişerin və Cek Farsinqin də seriala qatılacağını deyiblər.

# 1848 dəfə oxunub

Müəllifin son yazıları

# # #