Rusiyadan Oskara namizəd olan “Leviafan” filmi (rej. A.Zvyaqintsev) ilk həftə ərzində kassadan 40 milyon rubl (təxminən 625 min dollar) toplayıb.
Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir.
Xatırladaq ki, film əyalətdə yaşayan bir çilingərin həyatından, onun kilsə və dövlətlə qarşıdurmasından bəhs edir. Adətən “müəllif kinosu” kateqoriyasına aid olunan belə filmlər kinofestivallarda iştirak edir və onun kassa uğuruna kimsə ümid etmir.