Teatrın ruhuna bir salavat-ALİYƏ

Teatrın ruhuna bir salavat-<span style="color:red;">ALİYƏ
14 noyabr 2014
# 13:48

Son illərin teatr sahəsinin uğurları haqda hər tədbirdə danışılır. Ona görə o məsələləri bura təkrar yazmıram. Artıq hamımız dövlət görəvlilərinin dilindən “teatrların dövlət dotasiyası hesabına (hansı ki, dünyada teatrları dövlət çoxdan atıbmış) saxlanılması”nı əzbərləmişik, paytaxt teatrlarının təmir-təchiz olunmasını, həm də müasir standartlara uyğun gəlməsini gözüyumulu bilirik.

Amma çox heyf ki, bildiklərimiz necə deyərlər, aclığı doyurmur. Yaxşı tamaşa istəyəndə “filan-filan teatrlar dövlət hesabına müasir standartlara uyğun təmir və təchiz olunub” cümləsini Windows Media Playerdən dinləmək zövq vermir. Heç “aktyorlara təqaüdlər, adlar verilir, evlər hədiyyə olunur” fikri də caz sədaları altında işə yaramır.

Gənc Tamaşaçılar Teatrında işləyən aktrisanın dediklərini xatırlayıram: “teatrda cəmi iki balaca rolum var. ayda bir dəfə oynayaram ya yox. Məşqim də yoxdur. Qayda belədir-məşqin rolun yoxdursa, teatra boş yerə gəzmə...”

Əlbəttə 80-dən artıq aktyor heyəti olan teatrda işləyirsənsə, bir təsəllin var: sənin dərddə olan çoxdur. Yaradıcılıq baxımdan dopdolu aktrisanın boşluq qarşısında məhv olmasını görmək ağırdır.

Teatr prosesi yaradıcı baxımdan monotonlaşır. Fərqli dadlar yoxa çıxıb. Çünki biz o fərqli dadlardan imtina edirik. Sözügedən son illərin uğurlarının qarşılığında hər hansı bir səbəbdən yoxa çıxan teatrları xatırlatmaq istəyirəm:

Bakı Kamera Teatrı.

Gənclər Teatrı

İbRus teatrı

Marionet teatrı

Bakı Uşaq Teatrı (faktiki olaraq mövcudsa da, prosesə aktiv qoşula bilmir)

Bələdiyyə teatrı (faktiki olaraq mövcudsa da, prosesə aktiv qoşula bilmir)

Elə belə xatırlatdım. Aktyorlara, filmlərə, dramaturqlara –keçmişin uğurlarına təntənəli yubileylər keçirəndə, bu teatrlara da bir salavat çevirək.

# 2259 dəfə oxunub

Müəllifin son yazıları

# # #