Yuğ teatrında «Mərc» olacaq

Yuğ teatrında «Mərc» olacaq
25 aprel 2013
# 11:46

Yuğ teatrında A.P.Çexovun «Mərc” hekayəsi əsasında yeni tamaşa hazırlanır. Rejissor Ərtoğrul Kamalovun hazırladığı eyniadlı tamaşaya «fəna cəhdi» kimi janr təyini verib.

Rejissorun Kulis.az-a verdiyi məlumata görə, «Mərc»də aktrisa Yaqut Paşazadə, aktyor Amid Qasımov oynayacaq. Tamaşanın rəssamı Umeyra, musiqi tərtibçisi Amid Qasımov və Mələk Vəlizadədir.

Tamaşanın sonunda aktyor Vidadi Həsənovun sözlərinə bəstələnmiş mahnı da Yaqut Paşazadə tərəfindən canlı ifa olunacaq.

Ərtoğrul Kamalov deyib ki, əsərdən fərqli olaraq tamaşada gəncin həbsdə keçirdiyi 15 il ərzindəki həyatını göstərib. Tamaşaya Çexovun «Vanya dayı» pyesindəki bəzi səhnələr də salınıb.

# 1915 dəfə oxunub

Müəllifin son yazıları

# # #