"III Riçard" təqdim olunacaq

"III Riçard" təqdim olunacaq
13 yanvar 2015
# 16:03

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni - 2015-ci ilin ilk premyerasını təqdim etməyə hazırlaşır.

U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə hazırlanan “III Riçard” tamaşası tamamlanmaq üzrədir. Kulis.az-ın teatrın mətbuat xidmətindən aldığı məlumata görə, tamaşa yanvar ayının 25-də nümayiş olunacaq.

Tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları Xalq Artisti Ağaxan Salmanlı, Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

# 993 dəfə oxunub

Müəllifin son yazıları

# # #