Arif Quliyev anasını tapıb?

Arif Quliyev anasını tapıb?
9 fevral 2015
# 11:26

ATV kanalında yayımlanan "Səni axtarıram" verilişində Xalq artisti Arif Quliyevlə bağlı maraqlı iddialar səslənib.

Kulis.Az-ın məlumatına görə, verilişin bazar günü efirə gedən buraxılışında verilişə qatılmış Qızbəs Səmədova internatda böyüyən aktyor Arif Quliyevin onun oğlu olduğunu söyləyib: “Mən onu atmamışam. Atası rəhmətə gedəndən sonra yenidən ailə qurdum. Övladımı bibisi sünnət etdirmək üçün məndən alıb apardı və geri gətirmədi. Sonradan məlum oldu kı,onu uşaq evinə verib. Efirlərin birində Arifin həyat hekayəsini izləyəndə bildim ki, mənim oğlumdur”.

Məsələ ilə bağlı rəyini soruşduğumuz Arif Quliyev bu haqda danışmaq istəmədi.

Xatırladaq ki, Arif Quliyev əvvəlki müsahibələrində dəfələrlə bu cür hallarla qarşılaşdığını bildirib.

# 1849 dəfə oxunub

Müəllifin son yazıları

# # #