Azərbaycanlı gənc rejissor Arif İsmayılovun “Kiçik Araba” qısametrajlı filmi Portuqaliyada keçirilən SUPER 9 Film Festivalında “2017-ci ilin ən yaxşı bədii filmi” nominasiyasının qalibi olub.
Kulis.az-ın rejiossordan aldığı xəbərə görə, qaliblər bu il martın 26-da elan olunub.
Ərdəbildə çəkilən İran Azərbaycan müştərək istehsalı olan filmdə Mehridad Mikayılzadə, Hadii Səadeti, Muhamməd Muhamməhüseyni, Nevid İbhahimvend və Behruz Rəhimi çəkiliblər.
Real hadisələrə əsaslanan film evsiz və ailəsiz bir uşağın yaşam mücadiləsindən bəhs edir. O, böyük şəhərin küçələrində çətin anlar yaşayır.
“Kiçik araba” Arif İsmayılovun sayca üçüncü qısametrajlı filmidir. Tammetrajlı debüt filminə hazırlaşan rejissorun filmləri 20-dən artıq festivalın müsabiqə proqramında iştirak edib, mükafatlar qazanıb.