Yazıçı erotikaya görə mükafat aldı

Yazıçı erotikaya görə mükafat aldı
8 dekabr 2014
# 13:40

Nigeriya yazıçısı Ben Okri "Bad Sex Award" antimükafatını bədii ədəbiyyatda seksin ən pis təsvirinə görə alıb. Bu barədə "Guardian" məlumat verib. Ekspertlər onun “The Age of Magic”kitabındakı erotik səhnəni ən uğursuz hesab ediblər.

Antimükafata namizədlər arasında Murakami (“Rəngsiz Tsukuri Tadzaki və onun səyahət illəri”, Riçard Flenaqan (Uzaq şimala dar yol”) və Maykl Kaninqem (Qar kraliçası) da var imiş.

Ben Okri Böyük Britaniyada yaşayan Nigeriya yazıçısıdır. Ədib bir neçə nüfuzlu ödülün həmçinin 1991-ci ildə “Ac yol” kitabına görə aldığı Bukerin mükafatçısıdır.

"Bad Sex Award" antimükafatı 1993-cü ildə Literary Review jurnalı tərəfindən təsis olunub. Müxtəlif zamanlarda onu Sebastyan Folks, Norman Meyler, Salman Rüşdi, Tomas Vulf və Qabriel Qarsia Markes alıb.

# 1506 dəfə oxunub

Müəllifin son yazıları

# # #