Bütün dövrlərin ən yaxşı romanı seçildi

Bütün dövrlərin ən yaxşı romanı seçildi
25 iyun 2018
# 10:13

Bəşər tarixinin ən yaxşı romanı seçilib.

Kulis.az-ın verdiyi xəbərə görə, Britaniyanın Daily Telegraph qəzetinin dəvət etdiyi ekspertlər ilk yerdə ingilis yazıçısı Corc Eliotun “Midlmarç” romanını görüblər.

İkinci yerdə Herman Melvillin “Mobi Dika” romanıdır.

Lev Tolstoyun “Anna Karenina” romanı “Bütün dövrlərin ən yaxşı romanı” siyahısında üçüncüdür.

Henri Ceymsin “Qadın portreti” romanı dördüncü, Cozef Konradın “Qaranlıqların ürəyi” əsəri beşinci yerdədir.

Onluğa düşən əsərlər isə Marsel Prustun “İtirilmiş zamanın axtarışında”, Şarlotta Brontenin “Ceyn Eyr”, Con Maksvel Kutzeenin “Şərəfsizlik”, Virciniya Vulfun “Misis Dellouey” və Migel de Servantesin “Don Kixot” romanlarıdır.

# 892 dəfə oxunub

Müəllifin son yazıları

# # #