writer1

Azad Qaradərəli

Məqalə sayı

41
clock11:13 calendar-gray 28 İyul 2014 view-gray832 dəfə oxunub
view-gray832 dəfə oxunub

Varisin yeri

"Varisin kitabı satış rekordu qırdı”, "Varisin Türkiyədə kitabları böyük tirajla çıxır”, "Varis dünya yazarları arasında...” Bu kimi xəbərlər tez-tez saytlarımızda boy verir və hətta ciddi saytlar da bu xəbərlərlə ilgilənməyə başlayıb. Bunu qoyum burada, ötən illərdən bir-iki yarpaq yada salım.

Azərbaycan radiosunda çalışdığım vaxtlar idi. Uşaq verilişləri hazırladığımdan tez-tez məktəblərə gedir, xəbərlər, reportajlar hazırlayırdım. Hərdən də ərkim çatan direktorlara çıxan kitablarımdan təklif edirdim ki, bəlkə könüllü də olsa alan ola. İnsafən bir çox məktəblərdə artıq məni tanıyırdılar deyin, kitablarımdan satılırdı. Amma bir dəfə bir məktəbdə direktorla aramızda olan söhbət yaddaşımda ağır iz qoydu. Direktor 150 səhifəlik hekayələr kitabıma baxıb dedi: "Siz də Varis, Elxan Elatlı, Çingiz Abdullayev kimi yazın, min kitabınızı alarlar... Belə hekayə isə...”

İxtisasca ədəbiyyat müəllimi olan direktora dedim:”Bəs Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, İ.Şıxlı kimi yazıçıları niyə şagirdlər oxuyurlar? Elə siz də tədris edirsiniz? Axı onlar da Varis kimi, o biri adlarını çəkdikləriniz yazarlar kimi yazmayıblar?”

"Orası elədi, e... amma indi zəmanə belə tələb edir” deyib söhbətdən yayındı direktor.

Təxminən bir ay əvvəl "Kitabçı” jurnalı məni və bir qrup yazarı hansısa mövzuyla bağlı dəyirmi masaya dəvət etmişdi. Varis də ordaydı. Söhbətimiz gərgin keçdi – təbii ki, Varislə. O öz "həqiqətlərini” ciddi-cəhdlə müdafiə edir və oxucunu ardınca apara bildiyini vüqarla deyirdi. Mən və mənimlə həmrəy olan xanım iştirakçı təbii ki, onu ciddi arqumentlərlə dayandıra bildik. O dərəcədə ki, hətta bayaqkı qalib pozasını dəyişməli oldu. Yəni ciddi ədəbiyyat adamlarının onun kimi yüngül ədəbiyyatçıları 7-ci dərəcəli yazar hesab etməsinin fərqindəydi... Ciddi qələm adamı və tərcüməçi kimi tanıdığım bir gənc dostumuz yol boyu Varisə haqq qazandırmağa çalışdı və dedi ki, mən təbii ki, sizinlə həmrəyəm, amma həqiqət Varisin tərəfindədir. Çünki o oxucu toplaya bilir...

Aydınçikin, Üzeyir Mehdizadənin, Qaraqanın fanatları da təxminən eyni arqumentlər gətirirlər: onları indi böyük bir dinləyici kütləsi dinləyir. Onlar populyardılar. Onlara pul xərcləyirlər... Hətta bir sürücüyə "Sarı çiçək” mahnısına görə irad tutan gənc oğlana qaba sürücü beləcə də dedi:”Qardaş, bu avtobusun sərnişinləri gündə yüz dəfə bu mahnını dinləyir. Hələ narazılıq eşitməmişəm. Sənin xoşun gəlmir, düş taksiylə get.” Lap elə belə.

...Varis dəyirmi masadan sonra mənə yaxınlaşıb tanış olduğuna görə şad olduğunu bildirdi və hətta yanımdaca köşkdən "Yazı” dərgisinin son sayını aldı. Mənim yazılarımla ilgilənəcəyini bildirdi. Hətta Kulis.az saytında görkəmli yazıçı Tofiq Qəhrəmanovla bağlı yazıma görə təşəkkür etməyi də unutmadı. Boyun-boğazındakı qızıl zəncirlərini oynada-oynada uşaq olarkən mərhum Tofiq bəyi tanıdığını, intihar edərkən o məhlədə olduğunu söylədi...

Bu günlərdə Tofiq Qəhrəmanov haqqında Varis bəyin yazısını oxudum Kulis.az -da. Amma əsərlərindən deyil, faciəli həyatından bəhs etmişdi.

Tofiq ciddi yazıçıydı... /kult.az/

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020