writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock12:58 calendar-gray 01 İyul 2014 view-gray4386 dəfə oxunub
view-gray4386 dəfə oxunub

İbad Hüseynov milli qəhrəmandırmı?

Azərbaycanda uşaqlara yönəlik müxtəlif proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır. Hökumətin dəstəyinə baxmayaraq yaradıcılıq sahəsində, əsasən də uşaq mətbuatı və uşaq ədəbiyyatının nəşri və yayılmasında hələ də problemlər mövcuddur. Əslində bu problemə Azərbaycan ədəbiyyatının ümumi problemlərinin tərkib hissəsi kimi baxmaq lazımdır. Çünki ümumən kitab nəşrində və yayılmasında ciddi problemlər var. Ancaq uşaq ədəbiyyatı və uşaq kitablarına daha ciddi qayğı və dəstək olmalıdır. Gələcəyin intellektuallarını, kitabsevərlərini bu gündən formalaşdırmaq lazımdır. Azərbaycan Yazıçılar Birliyinin qurultayında çıxış edən dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bölüşdülər.

Azərbaycanda uşaq kitabları ilə bağlı müxtəlif nəşriyyatların təqdirəlayiq təşəbbüsləri var. Düşünürəm ki, kitab bazarında uşaq kitabları ucuz və keyfiyyətli, çoxçeşidli olmalıdır. Eyni zamanda uşaq ədəbiyyatı yaradan yazarlara xüsusi qayğı və diqqət, eyni zamanda müəyyən qədər nəzarət olmalıdır. Çünki övladlarımızın nə oxuması, kimləri oxuması, kitablardan alacaqları informasiya onların gələcək talelərində rol oynayır. Bu baxımdan düşünürəm ki, uşaq şeirlərindən, rəsmli (çizgi) romanlara qədər, nağıl kitablarından rəngləmə kitablara qədər bütün məhsullar məsuliyyətli işlənməli, peşəkar və uşaq psixologiyasından xəbərdar olan redaktorların əlindən keçməlidir.

Milli qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimiz, alimlərimiz, yazarlarımız uşaqlara başa düşəcəkləri səviyyədə təqdim olunmalıdır. Dünyada bunun çox yaxşı nümunələri var. Uzağa getməyək, qonşu Türkiyə və Rusiyanın uşaq kitabları sahəsində gördüyü işlər yaxşı nümunə hesab oluna bilər. Hər iki ölkənin kitab bazarında kifayət qədər keyfiyyətli və konsepsiyalı çap məhsulları var ki, uşaqların gələcəyi üçün önəmlidir.

Uşaq ədəbiyyatı sadə və anlaşıqlı dildə yazılmalı, uşaq ədəbiyyatının tənqidinə ciddi diqqət ayrılmalıdır.

Uşaqlara təqdim olunan qəhrəmanların, tarixi şəxsiyyətlərin təqdimatına həssas yanaşılmalıdır. Çünki uşaqlar böyüyəndə bu qəhrəmanlara bənzəməyə, onlar kimi olmağa can atacaq.

Bu yaxınlarda Türkiyənin “2023” Yayınları ilə, “Hədəf” Nəşrlərinin birgə layihəsi olan, İbad Hüseynova həsr olunmuş “İbad” rəsmli (çizgi) romanı ilə tanış oldum. Rəsmli romanın müəllifi türkiyəli Suat Turqut, rəssamı Oğan Kandemiroğludur. Kitabı Azərbaycan dilinə Şəmil Sadiq uyğunlaşıdırıb.

Suat Turqutun rəhbərliyi ilə Türkiyədə çox ciddi və lazımlı uşaq kitabları hazırlanıb. Xüsusən “Adam olmuş çocuklar”(12 cild) silsiləsi olduqca dəyərli işdir. Eyni zamanda “Çanakkale dastanı”(15 cild), “Kurtuluş savaşının kadın kahramanları” (6 cild), “Kurtuluş savaşı destanları” silsilələri təqdirəlayiqdir.

Yəni gördüyü işlərə nəzər salanda Suat Turqutun peşəkar olduğuna şübhəniz qalmır.

Suat Turqutun bu gözəl təşəbbüsü alqışlanmalıdır. Çünki oxuculara, xüsusən də övladlarımıza qəhrəmanlarımızı tanıtmaq, təqdim etmək vacibdir. Amma “İbad” rəsmli romanına baxanda xeyli təəssüfləndim. Çünki yaxın tarixi bu şəkildə təhrif etmək, xüsusən də bu qədər böyük əziyyət çəkilmiş bir işin içinə təhriflər qatmaq yolverilməzdir.

Müəllif giriş sözündə İbad Hüseynovla tanışlığından danışır. Ona İbad Hüseynovu Azərbaycanın Milli Qəhrəmanı kimi tanıdırlar. Suat Turqut isə məsələni bir az şişirdib yeni tanışını türk dünyasının milli qəhrəmanı sayır.

Elə ilk görüşdəcə Qarabağ müharibəsində iştirak etmiş İbad Hüseynov özü haqqında yazılmış “Xüsusi təyinatlı” adlı kitabı Suat Turquta təqdim edir. Bəlli olur ki, müəllifi təsirləndirən də məhz bu kitab olub.

İddialara görə İbad Hüseynov "Abu Sindi", "Saro", "Timothy Sean McCormack" və "Avo" ləqəbləri ilə tanınan Monte Melkonyanı öldürüb. İnternet məkanında, sosial şəbəkələrdə İbad Hüseynovun kəsilmiş başla çəkilmiş məşhur fotosunu yəqin ki, xatırlayırsınız. İbad Hüseynovun Monte Melkonyanı öldürməsi faktını qəbul etməyən onlarla Qarabağ döyüşçüsü var və bu məsələ xeyli müddətdir ki, mətbuatın gündəmindədir. Bütün rəsmi sənədlərdə də İbad Hüseynovun bu qəhrəmanlığı sadəcə özünün iddiası kimi təqdim olunur.

Belə bir mübahisəli məqamı müəllif araşdırmalı, faktları dəqiqləşdirməli və kitabı sonra hazırlamalı idi.

Kitab çox nəfis şəkildə, gözəl tərtibatla çap olunsa da məhz yuxarıda qeyd etdiyim məqamlara görə mən bu cür təbliğata qarşıyam. Digər tərəfdən onlarla döyüşçümüz, Milli Qəhrəmanımız var ki, onların təbliğ olunmağa daha çox haqqı var.

Amma Suat Turquta qarşı insafsızlıq etmək istəməzdim. Onun bu işə necə ürəklə, sevgiylə yaxınlaşdığı hiss olunur. Təkcə Azərbaycana olan sevgisinə və təşəbbüsünə görə minnətdaram.

“İbad” rəsmli romanı nə qədər ürəklə işlənsə də mən qəhrəmanlıq anlayışına bu şəkildə yanaşılmasının əleyhinəyəm.

Övladlarımıza, gənclərimizə əsl qəhrəmanları təqdim etməyin məqamıdır. Tarix səhvləri və yalanları bağışlamır. Heç olmasa yaxın tariximizə, canlı şahidlərin gördüyü tarixi hadisələrə hörmət etmək lazımdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020