Çingiz Abdullayev AYB-nin SİRRİNİ AÇDI

Çingiz Abdullayev AYB-nin SİRRİNİ AÇDI
11 iyun 2014
# 17:30

“Biz qurultayla yanaşı Yazıçılar Birliyinin 80 illik yubileyini də keçirəcəyik. 400-dən çox qurultay nümayəndəsi və qonaqlarımız olacaq. Qurultaya və yubileyə Türkiyə, Qazaxıstan, Rusiya, Fransa, Serbiya və başqa dövlətlərdən çox tanınmış qonaqlar gələcək. Qonaqlar arasında nazirlər, senatorlar, ictimai xadimlər, tanınmış yazıçılar, şairlər var. Oljas Süleymenov, Yevgeni Sidorov kimi məşhur insanlar Azərbaycana təşrif buyuracaq. Türkiyədən böyük bir nümayəndə heyəti gələcək”.

Bu sözləri Mediaforuma müsahibə verən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev deyib.

Onun sözlərinə görə, qurultayda bir sıra aktual məsələlərə toxunulacaq, Yazıçılar Birliyinin jurnallarının nəşri, daha oxunaqlı olması, oxucu sayının artırılması, kitab mağazalarının vəziyyəti kimi narahatedici mövzuların geniş müzakirəsi aparılacaq.

Çingiz Abdullayev deyib ki, Prezident İlham Əliyevə mütləq dəvətnamə göndəriləcək: “Eyni zamanda baş nazir Artur Rasizadəni, Milli Məclisin sədri Oqtay Əsədovu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi qurultaya, yubileyə dəvət edəcəyik. Əgər vaxtları olsa, gəlsələr, buna sevinərik”.

Xalq Yazıçısı qurultayın büdcəsini də açıqlayıb: “Qurultay və yubiley üçün dövlət 450 min manat vəsait ayırıb. Bizə nə qədər pul lazım olacağını hesablamışdıq, lazımi ünvanlara göndərmişdik, hətta qəpik-qəpik hesablamışdıq ki, şəffaflıq olsun, pul ora-bura getməsin. Dövlət bizə istədiyimizdən də artıq pul ayırdı. Yəqin bizim hesablamalarımıza baxıblar, qəpik-qəpik hesabladığımızı görüblər, fikirləşiblər ki, az olar. Ona görə istədiyimizdən çox vəsait ayırıblar. Biz bütün nüansları dəqiqliklə ölçüb-biçmişik, hər qəpiyə cavabdehik. Bütün işləri sənədlər əsasında görürük. Pullara şəxsən mən nəzarət edirəm, hər bir qəbzi yığıb saxlayıram. Dövlətin pulunu dağıtmaq olmaz.

Qurultaya çox da vəsait lazım deyil. Gələn bütün qonaqların bileti alınıb. Dünyada da belə təcrübə var, qonaq öz hesabına gəlir, ev sahibi isə digər xərclərini ödəyir. Bizə isə icazə verilib ki, qonaqları dəvət edəndə bilet pulunu da ödəyək. Amerika, Avstraliya, Kanada, Türkiyə və başqa yerlərdən gələn qonaqların bilet pulu da veriləcək. Bundan başqa Yazıçılar Birliyinin avtomobil parkı çox pis vəziyyətdə idi, ora əl gəzdirdik.

Yazıçılar Birliyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi və digər dahilər haqqında audiokasetlər, kitablar buraxıb, onları tədbir iştirakçıları arasında paylayacağıq. Jurnallarda məqalələrin verilməsini planlaşdırmışıq. Tənqidi, eyni zamanda məlumat kitabları buraxacağıq. Bu işlərin hamısına vəsait lazımdır, onu da ayırıblar. Ümumilikdə qurultay, yubiley və bütün digər tədbirlərə görə bizə 450 min manat pul verilib. Yazıçılar Birliyinin köhnə borclarını ödəməsinə də icazə verilib. Bütün bu borclar ayrılan vəsaitlə bağlanmalıdır”.

Xalq Yazıçısı “Yazıçılar Birliyinin sədri Anar yenidən sədrliyə namizəd olacaqmı?” sualına belə cavab verib: “Biz çox adamla məsləhətləşmişik, dəfələrlə müzakirə etmişik. Hesab edirik ki, Anar qalmalıdır. Çünki Yazıçılar Birliyi xalqın mənəvi ocağıdır, onun sədri nüfuzlu şəxs olmalıdır. Anardan əvvəl 9 sədr olub, hamısı nəinki ədəbiyyat tariximizdə, bütövlükdə Azərbaycan tarixində böyük rol oynamış şəxsiyyətlərdir. Anar da onlardan biridir. Anarın 1500 illik Türkiyə ədəbiyyatı haqqında yazdığı kitab bir institutun işinə bərabərdir. Üstəlik, neçə ildir quruma rəhbərlik edir, hər şeyi bilir. Təbii ki, belə nüfuzlu yazıçı, görkəmli ziyalı Yazıçılar Birliyinin sədrliyində qalmalıdır. Amma bu, qurultaydan asılıdır və mən inanıram ki, Anar müəllimə səs verəcəklər”.

# 3019 dəfə oxunub

Oxşar xəbərlər

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

15:23 11 fevral 2026
Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

12:00 11 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Qumar masasında uduzulan şah əsər  - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

Qumar masasında uduzulan şah əsər - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

12:00 10 fevral 2026
Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında

10:00 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər