writer1

Samirə Əşrəf

Məqalə sayı

123
clock13:46 calendar-gray 09 İyun 2014 view-gray1962 dəfə oxunub
view-gray1962 dəfə oxunub

Zəka Vilayətoğluna ölüm

Samirə Mirəşrəf

Başım mürəbbə, kompot, yarpaq bağlamağa nətər qarışdısa, bir də onda ayıldım ki, ədəbiyyat aləmi yenə dəyib bir-birinə çalxalanır.

Ümumiyyətlə bizim ədəbi mühit həmişə eləcə çalxalanır. Yəni boş-boşuna çalxalanmalar olur. Ortalıqda nə yağ olur, nə də ayran.

Ədəbiyyatdan söz düşmüşkən nədənsə keçmişi xatırladım. Bilənlər bilir, bilməyənlərə də ərz olsun ki, mənim rəhmətlik atam otuz ilə yaxın Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Öz peşəsini həddindən artıq sevən adam olub.

Yadıma gəlir biz uşaq olanda atam bizə saatlarla nağıllar danışardı. Biz böyüdükcə nağıllar da dastanlarla əvəz olunmağa başladı. "Koroğlu" dastanını mən başdan sona qədər atamdan dinləyib, öyrənmişdim. Rəhmətlik əhvalatı o qədər gözəl nəql edirdi ki, dəfələrlə Koroğlunun Nigarına paxıllığım tutmuşdu.

Dastanın bir hissəsində Koroğlu hansısa bir igidə qol gücünə yox, silah gücünə məğlub olur. Silahın nə demək olduğunu ilk dəfə bilən Koroğlu isə təəssüflə deyir: Silah çıxandan sonra mərdlik batdı.

Ola bilər ki, əhvalatı olduğu kimi nəql etməyim. Səhvim olsa, gərək keçəsiniz. İyirmi beş ilin söhbətini edirəm.

İndi Koroğlunun sözü olmasın, məncə də iki gündü bizim ədəbi mühiti çalxalandırmağa qadir olan məlum "Zəka ədəbi mükafatı” təsis olunduqdan sonra bizim yazıçıların da kitabı bağlandı.

Ona görə bağlandı ki, daha bu qədər də ağ olmaz. İndi adamın pulu, toyu çox olanda belə edər?

Allah google saytını çıxardanların canını sağ eləsin. Adını ilk dəfə eşitdiyim "Zəka" mükafatının təsisçisini googledə arayıb axtardım. Əvvəl hekayə adlandırdığı yazılarına göz gəzdirdim. Daha sonra dişimi-dişimə tutub bir neçə mahnısına qulaq asdım. Hətta müğənnilik etdiyi toylara da baxdım. Amma heç nə başa düşmədim. Ən əsası isə bu qədər zıppıltının ədəbiyyatla nə əlaqəsi olmasını anlamadım.

İndi işdi də olanda olur. Zəka Vilayətoğlu ola bilsin ki, bizim çətin güzəra düşmüş ədəbiyyatımızın bu gününə yanmağa çalışan adamdı. İstəyir ki, cibində qəpik-quruşla gəzib, dolaşan yazıçılara, şairlərə həm pul qazandırsın, həm də yaradıcılıq üçün stimul versin. Çox əcəb, çox gözəl. Amma mükafatın adının niyə Zəka qoymağını ədəbi cameə heç vaxt ona bağışlamayacaq. Nöşün ki, adama deyərlər başına ad qəhət olub?! Necə ki deyirlər.

Zəka bəy, təbii ki, zəka sözünü öz adı ilə yox, ədəbiyyatın adı ilə bağlamağa çalışıb. Yəni burda bəxti üzünə bir azca gülüb. Məsələn, allah eləməmiş nə vaxtsa pullanıb, eləsəm və mükafat təsis etmək fikrinə düşsəm, heç vaxt həmin mükafata Samirə adını verə bilmərəm. Adımın açmasının ədəbiyyatla, biliklə heç bir əlaqəsi yoxdur. Üstəlik də Babək Xürrəminin edam olunduğu şəhərin adı da Samirə olub. Vay-vay.

Amma Zəka bəy, deyir ki, mən mükafata öz adımı yox, elm, nur, zəka anlamı daşıyan bir ad vermişəm. Görürsünüz siz allah. Siz də az qalırsınız ki, əlinizə "Zəka Vilayətoğluna ölüm" yazılmış plakatlar alıb şəhərin canına düşəsiniz.

Bir də ki, mükafatın təsisçisi müğənni, şair, yazıçının dağdan ağır münsiflər heyəti var. Münsiflərdə olan hər üç nəfər ədəbiyyata azdan-çoxdan bələd olan adamlardılar.

Daha burdan o tərəfə nə deyib, nə danışasan. Ən yaxşısı oturub gözləməkdi. Görək bu işin axırı necə olub, harda qurtaracaq. Birdə gördünüz ki, bu gün Zəka Vilayətoğluna güllə atanlar sabah həmin müsabiqənin qalibi oldular. Dünyadı da nə bilmək olar.

edalet.az

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sən ey taclı eybəcər – Elza koronavirusa şeir yazdı
18:58 29 Mart 2020
Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020
Xalq şairi vəfat etdi
08:05 29 Mart 2020
Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
15:04 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020