Azərbaycan igidləri

Azərbaycan igidləri
22 may 2014
# 15:56

Məhəmməd Əhmədizadə

Və mən səni qurudum

Dalğalanan dənizin intizarla buxarlanmasına

Mən səni söndüm

Od sıçrayan vulkanın yalnızlığında sürgününə

Mən səni yandım

Çırpınan qanadın sərin yelləndirməsinə

Mən səni susdum

Ötən quşun türkü söyləməsinə

Mən səni bağlandım

Dağlar sökən qolların zəncirlənməsinə

Mən səni acıqdım

qəfəsdəki aslanın yeməyə küsməsinə

Və mən səni ağladım

Azərbaycanın gözlərindən axan kədərlərinə

# 1030 dəfə oxunub

Oxşar xəbərlər

# # #