Mayak

Mayak
14 may 2014
# 07:30

Ülvi Əhmədov

Zaman necə də tez keçir. Artıq hava qaralıb, külək də əsməyə başladı. Marsel sahilləri ilin bu vaxtları insan əlindən dolub-daşır. Bu gün isə bizə sanki hədiyyə oldu. Sahildə bizdən savayı heç kim yox idi. Neçə saatdı oturub mayaka tamaşa edirdik. Mayakın ay işığında dənizə düşən işığı əsrarəngiz mənzərə yaradırdı. Möhtəşəm mənzərə idi.

Marsel liman şəhəri olduğundan sahil boyu bir neçə mayak var. Gün ərzində sahildə olduq. Birgə keçirdiyimiz anlarımızı, xatirələri yada saldıq. Axsam vaxtları buralar bir ayrı cür olur. Bu gün burda yalnız biz vardıq.

Bu gün sənə etirafımdan beş il keçir. Elə bil hər şey dünən olub. Zaman su kimi axıb gedir. İsti bir iyul günü etiraf etdim sənə. İlk görəndən unuda bilmirdim səni. İndi burda oturub ilk günlərimizi dalaşmaqlarımızı , tez-tez küsüb barışmaqlarımızı xatırlamaq qəribə gəlir mənə.

Ürəyim, elə mənə də hər şey qəribə gəlir. Dalaşmaqlarımız da fərqli idi. Nizami heykəlindən mübahisəyə başlayıb Sahil bağına qədər gedərdik. Yol boyu gedə-gedə arada kiçik fasilələrlə dalaşardıq. Sabir parkı, İçəri Şəhər en doğma məkanlarımızdan idi. İlk tanışlığımızda demişdin ki, sizlə yay qalereyasına getmək olar.

Hə, “sizli-bizli” vaxtlarımız idi. O günlər unudulması qeyri-mümkün olan günlərdir. Artıq iki ildi Bakıdan kənardayıq .O zamanlar xəyali olaraq özümüzü Romada görürdük. Tale amma bizi Marselə gətirdi, limanlar şəhərinə.

Bu mayakda bizim burada yeganə dostumuz oldu. Bütün dərdlərimizi, düşüncələrimizi bu mayaka danışdıq. Yadıma gəlir, yeni gəlmişdik, evimiz sahilə yaxın olduğundan bir neçə dəfə səni mayakın ətrafında oturduğunu görmüşdüm. Bir dəfə də evdə olmadığını görüb narahat oldum, amma sonra orda olacağını düşünüb mayak tərəfə getdim. Getdiyimdə uca səslə mayakla danışırdın. Bakıda olan dostundan necə darıxdığını deyirdin. Səssizcə səni izləyirdim.

Hə çox darıxırdım ondan sarı. O mənim bu həyatda dostum yox, elə qardaşımdır. Bu mayak bizim dərd ortağımızdır. Saatlarla bizi dinləyə bilər .Öz susqunluğu ilə fikirlərini bildirə bilər. Bəlkə də zamanı gəlib Bakıya getməyin. İlk vaxtlarımızdakı kimi İçəri şəhərə, Sabir parkına, Yay qalereyasına gedək. Bizə çox doğmadı bu yerlər. Kiçik səyahət edib yenidən bura qayıdaq.

Gedək... Bakı bizi gözləyir. O doğma yerlər bizi gözləyir. Bəs mayak, onu qoyub necə gedirik? O tək qalacaq axı.

Yox, nə qədər ki, biz var olacağıq, mayak da tək qalmayacaq. Əzizim, sən get yola hazırlaş. Mən bir az da mayakla tək qalım .

Bakı, gözlə bizi gəlirik......!!!!

# 2010 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #