writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock11:09 calendar-gray 27 Mart 2014 view-gray1881 dəfə oxunub
view-gray1881 dəfə oxunub

Keçi dərisi

Kulis.az İlqar Rəsulun “Keçi dərisi” hekayəsini təqdim edir.


Aparıb atırlar məni quyuya.

O da su quyusu çıxır. Təsəllim bir azca soyuq ay işığı olur bu qaranlıqda. Bu quyudan çıxmağa nə fərasət, nə də həvəs var. Bir azdan soyuqdan yorulub öləcəm...


Yanımda suya şappıltı ilə nəsə düşür. Taxta vedrədi. Yaxşı ki, dəmir deyil. Amma olsun də. Başıma ki dəymədi. İt sifəti almış halda zəncirdən tutub zülmlə yuxarı dırmaşıram. Sanki niyə zəncirin yerinə quyuya pilləkənsallamadılar deyə...


Quyunun başında arxası quyuya kimsə dayanıb. Həmin qızdı. Mənim keçi adlandırdığım. Məndən zəhləsi gedən. Deyirdi, hərdən söyürəm səni. Amma demirdi necə. Nəsə məndə belə bir düşüncə var ki, o hər dəfə söyəndə "it balası", qarğış edəndə "lənətə gələsən" deyir mənə. Bəs burda neynir?


- Gecənin bu vaxtı nə su daşımaqdı,ay qız?-soruşuram.

- Su daşımıram. Səni çıxartmağa gəldim quyudan-cavab verir.

Əlləri ilə çiyinlərini ovuşduraraq uzaqlaşır. Demək üşüyür. Mənsə donuram. Belə suyun içində hara gedəsiyəm. Hava da soyuq. Paltarım yavaş-yavaş quruyur əynimdə. Amma buz bağlayaraq.Yox! Olmaz! Buz bağlamaq olmaz! Bəs nə edim?

Bəzən özünlə söhbət o qədər mənasız olur ki, tərbiyəsizlik edib sözünü öz ağzında qoya bilirsən...


Salamatı quyuya düşməkdi. Su orda bir az ilıqdı...

Buraxıram özümü quyuya. Bədənim bir az isinir soyuq suda...
Qəfildən quyuya sızılan işıq ani görünməz olur və alnıma küt bir şey dəyir...


Yox. Yaxşı ki, vedrə dəmir deyil-bircə bunu düşünə bilirəm...
Evdəyəm. İşıqsız otaqda. Divar sobasının qarşısında. Çılpaq, ədyala bükülmüş halda oturmuşam.

Oyandığımı görüb əllərimin arasına isti dəmir fincanda çay basır. Ovuclarımda yanan ocaq qanıma qarışıb bədənimi sarır. Bir qurtum içirəm.


O da oturub. Çılpaq, ədyalda. Deyəsən məni çıxartmaq üçün özü quyuya düşübmüş.

- Dondun eləmi?-gözlərimi sobada müxtəlif ərəb hərfləri yazıb yox olan alov dillərindən ayırmadan soruşuram.


Ədyalın ucunu dizindən çəkir:

- Buna bax-deyib ufuldayır...

Çevrilib baxıram. Dizi qanayıb. Çənəsini dizinə dayayıb xəfifcə yaranı üfürür. Yəqin ki, quyunun daşı sıyırıb məni çıxardanda. Sinəsinin yarısı və ayaqlarının dibi görünür ədyalın kölgəliyinə sobadan sızan işıq cığırında. Əlimi uzadıb ədyalı bir az da mən aralayıram. Heç nə demir. İstidi. Ədyallar ağırlıq edir...

Daha yox...

Yorulmuşuq, halsızıq. Sobanın işığında yerdə saralan balaca keçi dərisi mənə indi ayı dərisi qədər geniş görünür. Yəqin bizə bəs elədiyinə görə. Tərimiz soyuduqca üşüməyə başlayırıq. Ədyallar heç bilmirəm hardadı. Amma onları axtarmağa da həvəs yoxdu. Ondansa yenidən tərləmək daha rahatdı. Yenə tərləyirik. Bu dəfə daha çox. Dəli təngənəfəsliyimiz sobanı bir az da alovlandırır...

Yenə yorulmuşuq...

Suyun içindəyik-deyir-lap quyudakı kimi.

- Birlikdə çox qaldıq orda?-soruşuram. Astaca gülüb yox-deyir-səni çıxardana qədər... Döşəmədə bir neçə yerə tərdən kürək rəsmləri həkk olub. Sobadan kəskin yanıq iyi gəlir. Bir az da tüstü. Keçi dərisidi, yanır. Yaxşı ki, ayı dərisi olmayıb...

Səhərdi. Paltarlarım quruyub. Ütülənib. Geyinib evdən çıxıram. Arxadan keçinin səsi gəlir:

- Evdə bilsələr nə edəcəksən?

- Keçi dərisi alıb sənə gələcəm. Bir az da odun.

- Yox mənə gəlmə.

- Nəyə?

- Mən ərə gedirəm.

- Kimə?

- Sənə oxşayan birinə.

- Axı sən artıq...

- O məni qızı yox, qadını görmək arzusundadı.

- Hər halda...

- O bilir.

- Hardan? Axı sən bu gecə... Aldatmısan demək... Niyə?

- Sənə görə. Sənə saxlayırdım özümü..

- Quyuya da məni atan o idi eləmi?

- Hə. Mənim üçün fədakarlıq edirdi.

- Bu ev də onundu?

- Hə.

- İçindəki hər şeylə?

- Hə. Amma keçi dərisi mənim idi. Bir də sən, onun üzərində olanda.

- Onda niyədərini yandırdın?

- Bir də lazım olmayacaq.

- Bəs məni hamı atsa?

- Onda sən özün keçi dərisi alıb gələrsən.

- Bir az da odun.

- Bir az da odun-təkrar edib gülümsünür.

- Burda olacaqsan?

- Yox.

- Bəs harda?

- Burda sənə deyəcəklər...

İki ay sonra yenə o sobanın qarşısında sakitcə oturmuşam. Yerdə böyük ayı dərisi var. Mənimlə üzbəüz kreslonun söykənəcəyinə səliqə ilə qatlanmış iki ədyal sərilib. Otağı sobanın üstündəki şam işıqlandırır...

Çayımı içəndən sonra xidmətçinin bir az əvvəl qarşıma qoyub getdiyi kağızı açıram. Ünvandı. Bir də qısa məktub. Onun xəttidir. Keçinin. Odunları sobanın yanında buraxıram. Bilirəm yayda sobanı yandırmağa ehtiyac yoxdu. Axı havalar isti olur. O vaxtkı yarıqaranlıq işığı və o təri yenidən yaşamaq üçün almışdım odunları...

Keçi dərisini özümlə götürürəm. Yolüstü iki araq alıram. Qəbiristanlıq sakitdir. Uzaqdan qadın səsi gəlsə də. Kim bilir kimi ağlayır o qadın. Bəlkə də məni...

Kağızda yazılan yerə gəlib qəbri tapıram. Üzərindəki tarixdən bəlli olur ki, iki ayın məzarıdı. Keçi dərisi sobada yanandan bir gün sonra qazılıb. Rəsmi heç özünə oxşamır. Daşın üzərində keçi daha canlıdı yəni. Keçi dərisini sinə daşının üzərinə salıram. Üstündə uzanıb arağın birini açıram. Sərindir. Hələ isinməyib. İçirəm. Sonra o birini...


Məktubu yolda oxumuşam. Yazılıb ki, "hamı səni atsa, mənim küçəmdə bomj olarsan. Onda bilərəm ki, ölənəcən ancaq mənimsən. Bütün qadınlar bomjdan uzaq dururlar axı..."

Bakı-26.03.2014

İlqar Rəsul

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şəhriyar del Geraninin şeirinə mahnı bəstələndi - Video
14:21 20 Aprel 2021
Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...
13:30 20 Aprel 2021
Tağıyev haqda film Britaniyada yer tutdu
12:47 20 Aprel 2021
Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...
12:01 20 Aprel 2021
İstərdim məni şillələsin...
11:20 20 Aprel 2021
Taksi sürücüsünün telefonunda mənə göstərdiyi şəkil – Günel yazır...
10:39 20 Aprel 2021
Sosial ağrıya çevrilən ölüm - İradə Musayeva yazır
10:01 20 Aprel 2021
Tanınmış musiqiçi vəfat etdi
09:35 20 Aprel 2021
Əli Əmirlidən yeni hekayə: Mələk əmi
09:00 20 Aprel 2021
Fransız rəssamın əsəri 30 milyon dollara satıldı
19:00 19 Aprel 2021
Nazirliyin film layihələri müsabiqəsinin seçim mərhələsi başa çatıb - Siyahı
18:07 19 Aprel 2021
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
17:16 19 Aprel 2021
Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
16:35 19 Aprel 2021
Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
15:54 19 Aprel 2021
Hara baxır axı bu polislər? – Amildən yeni minimalist şeirlər
15:12 19 Aprel 2021
Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan
14:32 19 Aprel 2021
Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
13:44 19 Aprel 2021
Yazıçılar Birliyinə üzv olanda atası dəvə kəsdi: Məşhur şairin maraqlı həyat hekayəti
13:01 19 Aprel 2021
Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021