Fermada yaşayan prezident

Fermada yaşayan prezident
6 yanvar 2020
# 21:01

Kulis.az Uruqvay ölkəsi haqda maraqlı faktları təqdim edir.

Prezident Xose Muxika ömrünü ölkəsi üçün mübarizədə keçirib. 15 il həbsxanada yatıb, 6 dəfə sui-qəsdə məruz qalıb. Prezident iqamətgahı əvəzinə, balaca fermada yaşayır. Evlərinə gedən yolda 2 cangüdəni, bir də 3 ayaqlı iti var. 1987-ci il istehsalı, qiymәti 1810 dollar olan “Wolksvagen” sürür. 12 min dollarlıq maaşının 90 faizini yoxsullara paylayır.

Uruqvay dünyada homoseksual evliliyə icazə verən üçüncü ölkədir. Homoseksual istəsə, hərbçi də ola bilər.

15 minlik ordusu var və hərbi xidmət icbari deyil.

Pulsuz və dünyəvi təhsil sistemi var. Təhsil büdcəsi hərbi büdcəsindən 20 dəfə çoxdur. Bütün şagirdlərə pulsuz kompüter paylayan ilk ölkədir.

“Cənubi Amerikanın İsveçrəsi” deyiləcək qədər güclü iqtisadiyyatı, möhkəm bank sistemi var.

Abort sərbəstdir, hətta bu mövzu referenduma çıxarılanda “qadağan edilsin” deyənlər 10 faizdən də az olub.

Marixuana yetişdirmək və satmaq sərbəstdir.

Latın Amerikasının ən yaxşı qorunmuş sahilləri məhz Uruqvaydadır və tamamilə pulsuzdur.

Festivallar, bayramlar, gecə həyatı son dərəcə rəngli və həyəcanlıdır.

Uruqvayda insanlar arasında iqtisadi fərqlər gözə çarpmır. Ölkənin çox varlı və çox kasıb təbəqəsi olduqca azdır.

Dünyanın ən böyük ət istehsalçılarındandır, adambaşına 3,5 inək düşür. Hormonsuz, antibiotiksiz heyvanlar yetişdirilir.

Son illərdə erməni immiqrantlar o qədər çoxalıb ki, “Lehmeyun” adıyla lahmacun da tapmaq mümkündür. Vegeteriansınızsa, burda yemək problemi yaşamazsınız. Uruqvay ən böyük lobya ixracatçılarındandır.

2010-cu ildə başlanmış proqramla ölkədə pulsuz wi-fi sistemi qurmaq hədəflənir. Ölkənin demək olar ki, hər yerində internetə girmək mümkündür.

Zəlzələ ölkəsi deyil, ən böyük zəlzələ yüz il əvvəl olub – 5,5 bal.

İnsanlar çox qonaqpərvər və mehribandır. Bir yolu soruşsanız, nəinki başa salacaqlar, hətta sizi aparıb ötürəcəklər. Bunu Argentinada, yaxud Rusiyanın paytaxtında görə bilməzsən. Amerikandan yolu soruşsan, əvəzində pul istəyər.

Səhiyyə pulsuzdur və olduqca yüksək səviyyədədir.

Milli içkiləri “miel” adlı şərab və balın qarışığı olan içkidir.

Mətbuat azadlığı və tərəfsizliyinə görə Çilidən sonra ikinci yeri tutur.

Çay nəqliyyatından istifadə etdikləri üçün tıxaclara nadir hallarda rast gəlinir.

İnsanları istiqanlı, şən və gülərüzdür.

Uruqvayda qarğa yoxdur, əvəzində yaşıl tutuquşular var.

Uruqvayda dağlar olmadığına görə güclü küləklər əsir. Buranı küləklər ölkəsi adlandırırlar.

Yollarının əksəriyyətində hərəkət birtərəflidir.

# 6599 dəfə oxunub

Oxşar xəbərlər

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

10:00 4 mart 2026
Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

Qarabağ xanlığının tarixinə fərqli baxış - Əhməd bəy Cavanşir Vaqifin faciəsini necə təqdim etmişdi?

10:00 2 mart 2026
İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

İkinci Dünya müharibəsinin ən qorxunc gecəsi - "Mixaylo"nun qəbrini gecə yarısı kim qazdırdı?

12:00 27 fevral 2026
Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman: Abbasqulu bəy Şadlinski kim idi?

15:00 24 fevral 2026
Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

10:00 24 fevral 2026
Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

10:00 18 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər