writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock12:05 calendar-gray 12 Mart 2014 view-gray2664 dəfə oxunub
view-gray2664 dəfə oxunub

Həkimlərdən necə qorunmalı?

Nərmin Hüseynli zob diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra Nərminin vəziyyəti pisləşib və məlum olub ki, diaqnoz səhv qoyulub və bu, xərçəng xəstəliyinə çevrilib.

Anestezioloq əməliyyata hazırlıq zamanı Elnarə Tofiqqızına narkoz vurur. Narkozun dozası həddən çox olduğu üçün pasiyent komaya düşüb keçinir.

Yaxın qohumumuza, sırf ginekoloji problemi olduğu halda, vərəm diaqnozu qoyulub.

Çox sevdiyim insanlardan biri diş həkiminin məsuliyyətsizliyi üzündən Hepatit C virusuna yoluxub.

Qaraciyər transplantasiyası olmasa, həyatını itirə bilər.

Hər gün doğuş zamanı ana və körpələrin öldüyü haqda xəbərlər oxuyuruq.

Analoji nümunələr çoxdur.

Bisavad, insana insan münasibəti göstərməyən, ona qurbanlıq qoyun, sağmal inək kimi baxan, gigiyenik qaydalardan bixəbər bir dəstə pinti həkimin terroruna məruz qalmışıq.

Adam xəstələnir. Təcili yardıma zəng vurulur. Həkim tibb bacısı ilə xəstənin evinə birbaşa ayaqqabı ilə girir. Küçədəki kirləri, cürbəcür mikrobları ayaqqabısının altına yığıb camaatın evini çirkləndirən, adi etik normalardan xəbərsiz bu növ natəmiz həkimlərə vücudunu necə etibar edəsən?

Hələ o həkimlərdən, tibb bacılarından danışmıram ki, əllərini yumamış xəstəyə iynə vururlar, onu müayinə edirlər.

Yaxud xəstə həkimin qəbuluna gedir. Ağrıdan ağlayır, şikayət edir. Həkim üz-gözünü turşudub çəpər dibində qeybətləşən, aradüzəldən arvadlar kimi “unikal” reaksiya verir: “səhər-səhər qaramatını mənim üstümə tökmə”.

Bunu xəstəyə təsəlli verməyə, onun dərdinə əlac etməli olan həkim deyir.

Demək olar ki, bütün dünyada xırda-para korrektə ilə qəbul olunan “Hippokrat and”ının 9 etik prinsipindən biri də budur: xəstəyə kömək etmək öhdəçiliyi- yəni mərhəmət, şəfqət prinsipi.

Bu növ həkimlərin xəstə qarşısında borcu bir tərəfə, leksikonlarında “şəfqət”, ”mərhəmət” sözləri mövcud deyil.

Devid Linçin təəccüb dolu sualı təəssüf ki, aktuallığını itirmir: “Bu cür insanlar (oxu: həkimlər) necə yaranır, hardan peyda olur”.

Hələ bu azmış kimi dövlətin ayırdığı pula məsuliyyətsiz həkimlərin fədakarlığına saxta serial da həsr edirik.

Vəziyyət o qədər pisdir ki, tanış olmayan, peşəkarlığına, insanlığına inanmadığımız həkimin yanına getmirik. Əvvəlcə arayıb-araşdırırıq, tanış-bilişdən dəqiqləşdiririk, şübhələrimizi dağıdırıq, sonra qərar veririk.

Madam ki, səhiyyə sistemində total islahatlara gücümüz yetmir, madam ki, hansısa həkim üçün bu peşə yalnız pul-para qazanmaq anlamına gəlir, onda məsələyə ictimai qınaq, təzyiq mexanizmi formalaşmalıdır.

Bunun ən effektli hərəkətverici qüvvəsi isə mediadır.

Bir müddət Füzulidə bir gəncin itə amansız münasibəti sosial şəbəkələrdə “atom bombası” kimi partladı. Hamının humanist duyğuları oyanmışdı, müzakirə edir, münasibət bildirir, qınayır, söyür, səbəbkarı cəzalandırmağı tələb edirdilər.

Həmkarlarım hadisə haqda məqalələr yazdı, mövzu bir müddət gündəmdən düşmədi.

Bircə o qalmışdı ki, etiraz aksiyası keçirilsin. Hətta bəlkə də keçirilib, mən bilmirəm.

İş o yerə çatdı ki, məsələyə polis də qarışdı.

Nədən eyni reaksiya insan həyatına həşərat kimi yanaşan məsuliyyətsiz, savadsız və acgöz həkimlərə qarşı olmasın?

Axı, heç birimiz bu vəziyyətdən sığortalanmamışıq.

Hər şeydən əvvəl onların şəxsiyyətləri və işlədiyi klinikaların adları açıqlansın. Sosial şəbəkələrin, yazılı və elektron medianın gündəmindən düşməsin. Həmin klinikaların qarşısında etiraz aksiyaları keçirilsin. Məsuliyyətsiz həkimlərə qarşı ictimai qınaq, təzyiq güclənsin.

Nərmin Hüseynli olayında onu yanlış əməliyyat edən həkimin cinayət məsuliyyətinə cəlb olunmasına fokuslanmalıyıq. Heç bir halda “olan oldu, keçən keçdi” deyib, hadisənin üstündən sakit ötməməliyik. Söhbət insan həyatından gedir və bu, son belə hadisə deyil.

Nərminə yanlış diaqnoz qoyan və onu əməliyyat edən həkim, Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin cərrahı Ramiz Zamanovla bağlı yazı yalnız bir neçə portalda yer alıb.

Halbuki bu adam medianın, ictimaiyyətin gündəmindən düşməməlidir.


Həkim məsuliyyətsizliyinin qurbanı olan Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev aylardan bəridir, günahkarların cəzalandırılması üçün dirənir.

Heç olmasa, ən azı bir həmkar kimi ona lazımi dəstəyi verməyə borcluyuq.

Bir neçə gün öncə Milli Məclisdə “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınması haqda xəbər oxudum. Qanunda həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyəti öz əksini tapacaq. Bu qanun keçəcəyi təqdirdə onun nəticəsiz qalmayacağına inanmaq istəyirəm.

Yeri gəlmişkən, “Hippokrat andı”nın klassik mətninin sonunda deyilir: “Andıma sadiq olaramsa, nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun”.

İnsanları bədbəxt edən, onların ölümünə səbəb olan həkimlərə “and”ın ikinci hissəsini arzulayıram.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021
Musa Yaqub vəfat etdi
15:35 07 May 2021
Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə
15:21 07 May 2021
“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək
14:37 07 May 2021
Xalq artisti Arif Quliyev dəfn olundu - Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021