Anar türkdilli yazıçıların rəhbəri oldu

Anar türkdilli yazıçıların rəhbəri oldu
11 mart 2014
# 13:47

Şərif Ağayar yazır...

Həftəsonu qəflətən bir xəbər eşitdim: Anar müəllim bütün türkdilli yazarların rəhbəri seçilib!

İnanın çaşıb qaldım. Daha doğrusu, çaşıb qalmaya bilmədim. Bu nə deməkdir? Məsələn, Anar Orxan Pamukun, Muratxan Munqanın, Can Dündarın, Ahmet Altanın və ən maraqlısı Küçük İsgəndərin necə rəhbəri ola bilər? Bu nə cəfəngiyatdır? Nə olar adam yaşlı olanda, kresloya, vəzifəyə həvəs göstərəndə? Axı bir xalqın tanınmış yazıçısıyla belə zarafat etmək olmaz.

Yadımdadır, AYB-nin, tarixini artıq hamının unutduğu sonuncu qurultayında Orxan Pamuk qonaq olmuşdu. Jurnalistlər Nobelli yazıçıdan bu yığıncaq barədə təəssürat soruşmuşdular. Şərqin-Qərbin sirlərini asanlıqla çözən bu usta yazar beləcə cavab vermişdi: “Nələrin baş verdiyini anlamağa çalışıram!”

Həqiqətən də anlaşılmazdır...

Bütün yazıçılar yığılıb bir nəfər kimi, keçmiş sədrə səs verirlər. Heç bitərəf də yoxdur...

Bəs hamını bir nəfər kimi avam yerinə qoyan bu xəbər nədir belə?

Avrasiya Yazarlar Birliyi bizi ələ salır, əfəndilər!

Dünyada fikir plüralizminin tamamilə qəbul olunduğu, çoxfikirliliyin sürətlə yayıldığı, ədəbiyyatın kollektiv düşüncədən fərdlərə yendiyi, tənhalığa və yalqızlığa çəkildiyi, Selincerin itkin düşdüyü, Pelevinin guşənişin olduğu bir vaxtda bu nə cəfəngiyatdır?

Əziz türk qardaşlar!

Anar müəllim çox ciddi tənqidləri haqq edir, amma bu münasibəti əsla!

Bizi türkmənlərlə səhv salmayın.

Dünyada nələrin baş verdiyini bilirik və sizin ağsaqqal yazıçılar bizə gələndə heç vaxt bu cür rəftar etmirik!

Bəlkə düşünürsüz ki, Anar müəllimi 25 il AYB sədri postunda saxlayan adamlar bu münasibəti haqq edirlər. Hardasa haqlısız...

Amma, inanın buna görə utanan yazarlarımız da var.

Biz siz düşündüyünüz qədər də geri zəkalı deyilik!

# 2204 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #