writer1

Səhər Əhməd

Məqalə sayı

168
clock11:35 calendar-gray 27 Fevral 2014 view-gray2507 dəfə oxunub
view-gray2507 dəfə oxunub

Rəhmətliklərin şəkilləri

On il öncənin söhbətidi. Qəzet üçün şəkil lazımdı. Həvəssiz-həvəssiz metronun yaxınlığındakı fotostudiyaya girdim.

Yaşlı fotoqraf küncdə oturub iri ölçülü, rəssam işinə oxşayan şəkillərin üstündə işləyirdi. Standart, rəngli fotolardan bezmişdim. Bu ağ-qara, orjinal şəkilləri görəndə gözümə işıq gəldi. Qaçıb kişinin başının üstünü kəsdirdim. Hətta mən deyərdim , ağcaqanad kimi yaxasına qondum:

- Əmi, mənim də şəklimi belə çəkərsiz?

Kişi işindən ayrılmadan burnunun altında mızıldandı:

- Bunlar daş üçündü.

Mən “daş” sözünü eşitmədim. Məna üzərində düşünməyə vaxt sərf etmədən israr etdim:

- Olsun. Mənim də şəklimi belə çəkin də.

Kişi eynəyini çıxarıb zərblə masaya çırpdı. Başını qaldırıb hirslə üzümə baxdı. Sözləri tək-tək vurğulayaraq dedi:

- Qızım, bunlar rəhmətliklərin şəkilləridi.

Bir çox gözlənilməz vəziyyətlərə hazır olan ağlım bu dəfə məni vəziyyətdən çıxara bilmədi. Süd dağıtmış pişik kimi hadisə yerindən uzaqlaşdım.

O vaxtdan on ildən çox keçib. Sonuncu dəfə fotoqraf qarşısında durmağım yadıma gəlmir. İndi elektron şəkillər dəbdədi. Artıq hərə bir fotoqrafdı. İndi şəkillərin başına min bir oyun gətirilir. Daha şəkillərin qeyri-standartlığından bezmişəm. Fotolar çoxaldıqca mənim narazılığım da artır. Ruhi vəziyyətimə uyğun “profil şəkli” tapmıram. Üzümdəki ifadə doğma görünmür. Bəzilərində həddən artıq tox, bəzilərində yaşa uymayan sadəlövh ifadə məni bezdirir. İllər üzərimdə işlədikcə özümdən ayrı düşdüyümü hiss edirəm.

Hərdən uşaqlıq şəkillərimi töküb yanında otururam. Bu standart şəkillərə uzun-uzadı baxıram. Onlar bütün zamanlara ən uyğun “profil şəklidi”. İçimdə hiss elədiyim adamın ən aydın şəkli. İndi heç bir fotoqraf “mənim şəklimi belə çək”ə bilməz. Mən bir də heç vaxt bu şəkillərdəki kimi ola bilmərəm. Çünki, həmin o fotoqraf demiş, bunlar rəhmətliklərin şəkilləridi.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xristianlığa meyl edən gənclərimiz - Əsəd Cahangir yazır...
21:00 20 Avqust 2019
Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Qızlar 14 yaşında ərə getsin! – Ayxan Ayvaz yazır...
12:33 20 Avqust 2019
Anardan Firudin Qurbansoya etiraz gəldi
12:01 20 Avqust 2019
Ədəbiyyat insanı əqli inkişafdan saxlayır
11:22 20 Avqust 2019
"İmtahan" serialının Eldarı insult keçirdi
10:25 20 Avqust 2019
Atalığının döyə-döyə öldürdüyü Murad
10:21 20 Avqust 2019
Yeni beynəlxalq teatr festivalı təsis olunub
09:32 20 Avqust 2019
“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
09:00 20 Avqust 2019
Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019