Bəkarətini 3,7 milyona satışa çıxaran qız

Bəkarətini 3,7 milyona satışa çıxaran qız
21 fevral 2014
# 08:45

Hamı öyrəşib çıxsın bazardan, dükandan, yaxud elə internetdən geyim, ətir, ev əşyaları, ərzaq və s. alsın. Daha kimin ağlına gələr ki, kimsə öz nənəsini, yaxud çeynənmiş saqqızınızı, bəkarətini satışa çıxara? Hələ bu nədir ki?! Öz həyatını hərraca çıxaranlar da var...

Beləliklə, satışa çıxarılan ən qəribə şeylərlə tanış olun:

Ahıl nənə

10 yaşlı ingilis Zoe Pemberton internet vasitəsilə 61 yaşındakı nənəsini satışa çıxarıb. “Əsəbiləşdirən, amma qucaqlanası” kimi tanıtdığı nənəsini almaq istəyənlər də tapılıb. Ancaq alış-veriş saytı bunu insan alveri kimi dəyərləndirərək satışı dayandırıb.

Qızıldan qiymətli çips

Virciniya əyalətində iki bacı qiyməti 3 dollar olan bir qutu çipsi əsl sərmayəyə çeviriblər. Qutudakı bir çips İllinoys ştatının xəritəsinə bənzəyirdi və bacılar həmin çipsi hərraca çıxararaq 1350 dollara satıblar.

Həyatının qiyməti

Avstraliyada İan Aşer adlı biri həyatını satışa çıxarıb. Nə az, nə çox 4 milyon funt-sterlinqə həyatını sata bilib. Bunun səbəbini isə belə izah edib: “Yeni həyata başlamağa ehtiyacım vardı”. Aşerin həyatı Uolt Disneyin də diqqətini çəkib və o, həyatını satmamışdan əvvəlki və sonra başına gələnlər barədə kitab yazıb.

Alnımda nə yazılıb?

Nebraska əyalətində Endrü Fiçer alnını reklam üçün icarəyə vermək qərarına gəlib və 30 gün ərzində ən çox pul verən şirkətlə razılaşacağını deyib. Hərrac 322 dollarla yekunlaşıb.

Bakirə Məryəm sendviçi

10 illik pendirli sendviç 28 min dollara satılıb. Çünki üstündə “Bakirə Məryəm”in silueti varmış.

Çeynənmiş saqqız

Müğənni Britni Spirzin çeynəyib atdığı saqqız hərraca çıxarılıb. Ən dəhşətlisi isə kiminsə bu saqqıza 14 min dollar pul verməyidir.

Brüssel kələmi

Endrü Henderson adlı ingilis Yeni il gecəsi üçün bişirilmiş Brüssel kələmlərini 99,50 funt-sterlinqdən satışa çıxarıb. Ancaq yığılan pul xeyriyyə məqsədi ilə xərclənib.

Bəkarət

Bu da oldu! 18 yaşlı ingilis qız kollec xərclərini ödəmək üçün bəkarətini satışa çıxarıb. Ancaq qızın bəxtinə insaflı bir iş adamı düşüb. O, qızın bütün xərclərini ödəyib, əvəzində də heç nə istəməyib.

Bu satışdan sonra dünyanın müxtəlif ölkələrində belə hadisələr yaşanıb. San Dieqoda yaşayan 22 yaşlı qız bəkarətini 3,7 milyona satıb.

# 8144 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər