writer1

Səbuhi Məmmədli

Məqalə sayı

45
clock15:38 calendar-gray 17 Fevral 2014 view-gray880 dəfə oxunub
view-gray880 dəfə oxunub

“Bakılı Yesenin”in rekordu

1937-ci ilin iyunun 4-də NKVD işçisi Yusifin və rus dili müəllimi Məhtəban xanımın ailəsində dünyaya gələn bu uşağa Onegin adını verdilər. Qəribə addır, eləmi? Onun barəsində ilk dəfə "Simsar" jurnalında oxumuşdum.Amma təsadüfən qoyulmamışdı, Məhtaban xanım Bakıdakı məktəblərin birində rus dili və ədəbiyyatı müəlliməsi işləyirdi. Puşkini çox sevirmiş, 1937-ci ildə isə dahi şairin ölümünün 100 illiyi keçirilirmiş. Məhtaban xanım isə sevimli Puşkininin sevimli qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə oğluna bu adı verir. Maraqlıdır ki, çox yox, 5 ildən sonra bu ailədə ikinci övlad dünyaya gəlir. Ona isə Nizami adını verirlər. Nizaminin anadan olmasının 800 illiyi münasibəti ilə.

Hamı kimi orta məktəbə gedir Onegin. Məktəbi bitirən kimi Moskvada, Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Elə sonrakı keşməkeşli taleyi də bu şəhərə bağlanır.

Həddən artıq istedadlı olan bu gənc «Qorki»dəki qızların sevimlisi imiş. Deyilənə görə, nəinki qızlar, hətta oğlan tələbələr belə onun yataqxanadakı otağının qapıçından çəkilmirmişlər. Hamısı şeir üçün o qapını döyürmüş. Ki sevgililərinə oxumağa bir şeir alsınlar ondan. Bu bakılı balasının yüzlərlə belə şeiri var ki, heç yerdə çap edilməyib. Eləcə yaddaşlarda qalıb.

Qəribə adam imiş Onegin. Sərgərdan həyat tərzinə baxmayaraq onu SSRİ teleradio komitəsində işə götürüblərmiş. Amma orada da dinc dayanmırmış. Olduqca intizamsız imiş. Amma istedadına, hə, məhz istedadına görə, ona dözürmüşlər.

Oneginin sözlərinə yazılmış mahnıları kimlər oxumayıb? Polad Bulbüloğlu, Kobzon, Puqaçova, Antonov, Rotaru, Maqomayev… Sovet estradasının nəhəngləri.

«1970-ci il. İyun ayı. Moskvanın mərkəzində, Tverskoy küçəsindəki nəinki paytaxtın, bütün SSRİ-nin ən böyük musiqi mərkəzinin qarşısında qələbəlikdir, günlərlə növbə əskik olmur. Musiqisevərlər hələ may ayından satışa çıxarılmış plastinka uğrunda, necə deyərlər, əsl mücadilə verirlər: Gərək səhər tezdən növbə tutasan ki, axşama yaxın bircə dənəsini ala biləsən. Həmin plastinka o dövr üçün rekord miqdarda, düz 15 milyon 600 min tirajla buraxılmışdı. Amma sovet insanı hələ də onu əldə edə bilmirdi. Bəlkə elə həmin növbədə keşik çəkənlər həmin plastinkaya toplanmış mahnıların müəllifinin də kimliyini düz-əməlli tanımırdı. Heç bir reklamı, indiki terminlə desək “raskrutkası” olmayan həmin plastinka 33 yaşlı bir gəncin mahnılarından ibarət idi. Moskvalı üçün maraqlı adı və soyadı olan bir gəncin: Oneqin Hacıqasımovun”. («Simsar» jurnalı)

Və maraqlıdır ki, bu rekord indinin özündə belə təkrarlanmayıb.

1985-ci ilin fevralı isə Oneginin həyatında dönüş anı olur. Dostlarının, Moskva poeziya elitasının “bakılı Yesenin” adlandırdığı Onegin qəfil qərar verir. O, monastıra üz tutur. Onun monastır həyatı başlayır. Amma…

Bax, bu artıq çox böyük söhbətin mövzusudur…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020