news-inner
clock11:10 calendar-gray 30 Yanvar 2014 view-gray3088 dəfə oxunub
view-gray3088 dəfə oxunub

Seymur Baycan keçirəcəyi müsabiqədən danışdı-MÜSAHİBƏ

Kultura.az saytı Azərbaycanın görkəmli yazıçısı, ziyalısı, ictimai-siyasi xadimi Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı mövzusunda yazı müsabiqəsi elan edib.

Kulis.az-ın müsabiqə ilə bağlı suallarını Təşkilat Komitəsinin sədri Seymur Baycan cavablandırır.

- Hazırda müsabiqə bumu yaşanır. Sizin sayt da müsabiqə keçirməyə hazırlaşır. Maraqlıdır, ideya necə yarandı?

- Bu ideya təxminən bir il bundan əvvəl yaranmışdı. Amma başqa formada idi. Zaman keçdikcə bu formaya düşdü. Müsabiqə bumunu qeyd etdiniz. Mən buna ancaq sevinə bilərəm, mahnı yarışması, meyxana yarışması deyil ki, kitab yarışmasıdır da. Hər bir sayt öz təbəqəsinə xitab etsə, belə müsabiqələr keçirsə nə qədər insanın yazıya, kitaba marağı yarana bilər. Çünki ədəbiyyatın, ümumiyyətlə, ədəbi prosesin canlanması üçün müsabiqələr çox vacib şərtlərdən biridir. Və ciddi ədəbiyyata malik olan hər bir ölkə - İspaniyadan tutmuş Yaponiyaya qədər demək olar ki, çox ciddi müsabiqələr təşkil edir. Müsabiqələrin sayının artmasına mən ancaq sevinirəm. Bununla bərabər, çox istərdim ki, daha ciddi müsabiqələr keçirilsin və pul mükafatları verilsin. Sizin sayta verdiyim müsahibəmdə demişdim ki, Cəfər Cabbarlı adına mükafatın təsis olunması çox yaxşı olardı. Amma yüksək səviyyədə keçirilmək şərtilə.

- Niyə məhz Yusif Vəzir Çəmənzəminli?

- Burda məqsəd Azərbaycan ədəbiyyatında müstəsna rol oynamış bir ədibin əsərlərinin təbliğ olunması və gənc nəslə çatdırılmasıdır. Yusif Vəzir Çəmənzəminli çox ciddi yazıçıdır. Təəssüf ki, bu yazıçı lazımı səviyyədə tanınmır, kölgədə qalıb. Azərbaycan nəsrini az-çox oxumuş adam kimi özümdə cəsarət tapıb deyə bilərəm ki, əgər Azərbaycan nəsrindən söhbət gedirsə məncə Yusif Vəzir onun ən güclü nümayəndəsidir. Sözügedən “Studentlər” çox aktual, yeni əsərdir. Bu əsərin oxunması, yayılması bizə ancaq fayda verə bilər.

- Müsabiqənin mükafat fondunu kim maliyyələşdirib?

- Əvvəlcə bəzi dostlar məsləhət gördülər ki, müsabiqənin təşkili üçün müəyyən fondlara müraciət edim və kiçik qrant layihəsi alım. Ancaq Azərbaycan yazıçısının romanını təbliğ etmək üçün xarici fondlara müraciət məsələsi bir az özümə ar gəldi. Həm də onlar o qədər sənəd, çek, hesabat filan tələb edirlər ki... Çox üzücü bir iş olur, çox enerji aparır. Mən də belə qərara gəldim ki, yaxın dost-tanışa müraciət edim. Onlar da sağ olsunlar, mükafat fondu yaratmaq təklifimə müsbət cavab verdilər və demək olar ki, problem həll olundu. Biz də müsabiqəyə başlamaq qərarına gəldik.

- Bəs elan veriləndən sonra müsabiqəyə sponsorluq təklifləri verənlər var?

- Əlaqə yaradanlar yoxdu. Yaratmamaqlarının da səbəbi aydın məsələdir. Yenə də sağ olsun xalq. Vallah, nə vaxt xalqa müraciət etmişəm, həmişə müraciətimə müsbət cavab veriblər. Yəni, o barədə narazılıq edə bilmərəm. Bu mənada xalqın qeyrəti var.

- Otuz yaşdan yuxarı insanlara niyə iştirak qadağası tətbiq edilib?

- Yaşı otuzdan artıq olan, öz güclərini və gənclərə necə yazmaq lazım olduğunu öyrətmək istəyənlər ancaq müsabiqədən kənar iştirak edə bilərlər. Bilirsiniz, köhnə nəsil bu ədəbiyyatı oxuyub. Çünki onlar daha yaxşı dövrdə təhsil alıblar. Çünki onların universitetlərdə, orta məktəblərdə çox güclü ədəbiyyat müəllimləri var idi. Burda həmin nəslin təbii ki, siyasi baxışlarından söhbət getmir. Ola bilər o adamların özü köhnə görünə bilər, fikirləri bizə bir az gülməli gələ bilər. Amma fakt ondan ibarətdir ki, bizim mətbuatda olan yaşlı insanların ədəbiyyat bilgisi çox yaxşıdır. Xüsusən, Azərbaycan klassikası ilə bağlı mütaliələri gənclərdən çox yüksəkdi. Təəssüflər olsun ki, bizim savadlı gənclərimizin çoxu klassik ədəbiyyatımızdan xəbərsizdirlər. Cəfər Cabbarlının, Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin adlarını eşidiblər. Amma bilikləri çox səthidir və bu biliklər səthi olduğuna görə onlar xalqı tanımırlar. Bilmirlər bu xalq necə yaranıb, necə formalaşıb. Yüz il bundan əvvəl necə yaşayıblar. Sizə verdiyim müsahibədə də demişdim ki, Azərbaycan xalqı bəlkə çox azsaylı xalqlardandı ki, bizi ədəbiyyat yaradıb. Bizim də borcumuz ondan ibarətdir ki, bizi yaradan ədəbiyyatı yaxşı, əhatəli və dərindən bilək. Bu mənada gənclərin bu kimi əsərləri oxumaları çox vacib şərtlərdən biridir. O cümlədən Yusif Vəzirin “Studentlər” romanını.

- Münsiflərin şəxsiyyətinin gizli saxlanılması narazılıq yaratmayacaq?

- İstənilən müsabiqədən narazılıq edənlər olur. Ədəbiyyat elə bir sahədir ki, burda yazan adam özünü böyük, dahi hesab edir. Hətta Nobel mükafatından da narazılıq olur. Bu mənada hər hansı bir söz-söhbətin olmağı normaldır və bu olmalıdır. Münsiflər heyəti gizli saxlanılır. Müsabiqədən sonra da açıqlanmayacaq. Amma mən tam zəmanət verirəm ki, obyektivlik qorunacaq. Bu məsələdə mənim prinsipiallıq nümayiş etdirməyimə əmin ola bilərlər. Əslində, müsabiqənin vaxtını bir ay müəyyən etmişdik, sonra bu qərara gəldik ki, əsər oxunmalıdır, kitab tapılmalıdır, yazı yazılmalıdır, ona görə müddəti bir az artırdıq.

- Müsabiqələr davamlı olacaq?

- Fikrim var ki, iki aydan bir belə müsabiqələr təşkil edək və hər dəfə bir Azərbaycan klassikinin əsərini cəmiyyətimizə tanıtdıraq. Məncə bu yaxşı niyyətdir.

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020