news-inner
clock08:45 calendar-gray 10 Yanvar 2014 view-gray6993 dəfə oxunub
view-gray6993 dəfə oxunub

İlk azərbaycanlı kosmonavt - Musa Manarov

1961-ci il aprelin on ikisi dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Kosmonavt (astronavt) Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi "Vostok-1" kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi "Kedr" olub. Bu şifrənin hazırlanması isə azərbaycanlı general Kərim Kərimova həvalə olunub.

Bu yazıda Yuri Qaqarin haqqında geniş yazmaq fikrim yoxdur. Sadəcə kosmosa çıxan ilk kosmonavtın uçuşunu şifrləşdirən mütəxəssisin azərbaycanlı olması diqqətimizi çəkdi və Kərim Kərimovdan başqa hansı azərbaycanlının kosmonavtika ilə məşğul olmasını araşdırmaq qərarına gəldik.

Bu sahədə ən tanınmış şəxs, ilk azərbaycanlı kosmonavt Musa Manarovdur.

365 gün kosmosda

Kosmosda tam olaraq 365 gün keçirən Musa Manarov 22 mart 1951-ci ildə Bakı şəhərində anadan olub. SSRİ Hava Qüvvələrində mayor rütbəsinə qədər yüksəlib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirib. Futbol, basketbol və xokkeylə maraqlanıb. Tələbələr arasında güclü və peşəkar boksçu kimi tanınıb.

Təhsilini tamamladıqdan sonra 3 illik təcrübə müddətini keçib və 1978-də kosmonavt olub. 1983-cü ildən isə bu sahədə peşəkar fəaliyyət başlayıb. Kosmosda ən uzun müddət vaxt keçirtmiş 8-ci insandır. 21 dekabr 1987-ci ildən 21 Dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olub. O, 365 gün, 22 saat, 38 dəqiqə kosmosda olunduqdan sonra xidmətini tamamlayıb və sağ-salamat Yerə qayıdıb.

Növbəti dəfə 2 dekabr 1990 - 26 may 1991 tarixləri arasında yenidən uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olmuş, bu dəfə kosmosda 175 gün, 1 saat, 50 dəqiqə qalmışdır. Eyni zamanda üst-üstə 20 saat fəzadapiyada gəzinti edib. Musa Manarov hazırda Moskvada yaşayır, iki övladı var. Manarovun oğlu Zaur və qızı Nahidə ali təhsilli mütəxəssislərdir. Manarov kosmonavt fəaliyyətinə görə “Lenin” ordeni alıb və Sovet İttifaqı Qəhrəmanı adıyla təltif edilib. 1990-1993-cü illərdə RSFSSR-in xalq deputatı olub, bir sıra yüksək vəzifələrdə çalışıb.

Rusiya Federasiyası Dövlət Dumasında “Единая Россия” fraksiyasının təmsil edən deputatlardan biridir. 2011-ci ildə kosmonavtika sahəsindəki xidmətlərinə görə Rusiya federasiyasının prezidenti tərəfindən xüsusi medalla təltif edilib.

Ehtiyat kosmonavtın da yaraşığıdır

Manarovun kosmos haqqında fikirləri çox maraqlıdır: “Kosmonavt daim öz hərəkətlərinə nəzarət etməlidir, çünki kosmik texnika çox zərifdir, ehtiyatsızlıqdan bu texnika korlana bilər. Yaxud kosmonavt diqqətsizliyi ucbatından kosmosun ucsuz-bucaqsız dərinliyinə yuvarlana bilər. Eyni zamanda kosmonavtın elə də geniş hərəkət imkanı yoxdur: qazla dolu skafandr imkan vermir, yumruğu sıxmaq olduqca çətindir, əlcəklə başqa kosmonavtdan, yaxud dəmir məhəccərdən yapışmaq olduqca çətindir. Bir sözlə ehtiyatlı və diqqətli olmaq lazımdır”.

Manarov kosmosda olduğu müddətdə əyləncəyə vaxt qalmadığını deyir: "Hərdən musiqi dinləyirdik. "Mir"də fransız Jan-Lu Kretyenlə birlikdəydik. Mən açıq kosmosda işləyən kosmonavtlar üçün Azərbaycan instrumental musiqisini çaldırırdım. Amma stansiyada ikimiz olanda, birlikdə açıq kosmosa çıxanda musiqiyə vaxt qalmırdı."

Oxşar xəbərlər

Xəbər lenti

“Son zəng”lə bəkarətini itirənlər
11:38 14 İyun 2021
Dahi yazıçıdan yığcam bir şeir - Kimdir ki bu dəniz?
11:01 14 İyun 2021
“Tərəkəmə qadın” filmi çəkilir
10:30 14 İyun 2021
Aysel Əlizadəyə küçədə hücum ediblər: Yazıçı polisə müraciət edib
09:56 14 İyun 2021
Hacıbaba Bağırovun həyat yoldaşı: “Hacının dostu mənə evlilik təklif etdi” - Müsahibə
09:00 14 İyun 2021
Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur özündən yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021