writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

560
clock11:09 calendar-gray 07 May 2011 view-gray678 dəfə oxunub
view-gray678 dəfə oxunub

Rusdillilərin əvvəlki gücü qalmayıb

Aylardan bəri sürən MKM həyəcanı bitdi. Ehtirasların soyuduğunu düşündüyümüz zaman yenidən aləm bir-birinə dəydi. Bu dəfəki qalmaqalın müəllifi münsiflərlərdir.

Bunu bir kənara qoyaraq ikinci MKM dövründə aparılan gərgin müzakirələrdən birinin – rusdilli yazarlarla bağlı məsələyə keçək.

MKM zamanı əsas suallardan biri də bu idi: bu adamlar nə dərəcədə Azərbaycan yazarlarıdır?

Əlbəttə, hansı dildə yazmasından asılı olmadan, görkəmli şəxsiyyətlərimizdən imtina etmək ağılsızlıq olardı. İbrahimbəyov qardaşları, Çingiz Abdullayev, Natiq Rəsulzadə və s. rus dilində yazmalarına baxmayaraq, bizim yazıçılarımızdır və ilk növbədə, bizim maraqlara xidmət edirlər. Lakin ortaya bir neçə sual çıxır.

Nizaminin Azərbaycan yazıçısı olması təkcə Azərbaycan hüdudları daxilində qəbul olunur. Amma açın bütün xarici ədəbiyyatları və baxın, Nizami harada Azərbaycan şairi kimi tanınır? Şeyx babamız “Xəmsə”sinin bircə poemasını da Azərbaycanca da yazmayıb ki, heç olmasa bunu fakt kimi göstərək.

Hind əsilli Salman Rüşdi 14 yaşından İngiltərəyə köçüb, orada oxuyub və yaşayır. Əsərlərini ingilis dilində yazır. İngilis ədəbiyyatının nümayəndəsi kimi tanınır.

Vidiadxar Suracprasad Naypol – Nobel mükafatı laureatı (2001). Əsərlərini ingilis dilində yazır. Hind əsilli olmasına baxmayaraq, Britaniya yazıçısı kimi tanınır.

Bu misallardan sonra qalxıb rusca əsər yazmaq və bunu Azərbaycan ədəbiyyatı kimi təqdim etmək çox mübahisəlidir. Təbii ki, rus dilinin daha geniş bir areala malik olduğunu, dünyaya çıxmaq üçün əsəri rus dilində yazmağın məqbul olduğunu da söyləmək olar. Amma əlimizdə başqa bir örnək də var.

Türkiyənin dünyada tanınan yazıçılarından biri Əlif Şafak inişil Türkiyənin ən çox satılan kitabı olan “Eşq”i ingiliscə yazdı. O, türk oxucusunu da unutmadı və əsəri türkcə variantını da yazdı. Şəfəq həm dünyada tanınmaq, həm də öz ədəbiyyatının nümayəndəsi olaraq qalmaq üçün bu üsuldan istifadə etdi. Və bu gün heç kəs də onun ingilis yazıçısı olduğunu iddia etmir.


Bəlkə, bir zamanlar rus dilinin önəmi çox böyükdü. Lakin o dönəm çoxdan bitib. Nə bizdə Hindistanda, Kanada da olduğu kimi iki rəsmi dili var, nə də rus dilinin əvvəlki gücü qalıb. Nostalgiyaya qapılmaq lazım deyil.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020