“Haqsızlığa, təhqirə qoyun kimi dözməmək...”

“Haqsızlığa, təhqirə qoyun kimi dözməmək...”
26 dekabr 2013
# 08:45

Kulis.az “Çalıquşu”, “Yaşıl gecə”, “Yarpaq tökümü” kimi əsərləri ilə sevilən yazıçı, dramaturq Rəşad Nuri Güntəkinin əsərlərdən sitatları təqdim edir:

Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə bizə insanlığımızın dərəcəsini öyrədir.


Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər.


Məncə, ömrümüzün gəmisini istədiyimiz sahilə aparmaq üçün onun sükanını ələ almaq kifayətdir.

Yollar görünməz qayalarla doluymuş. Onlara dəyməmək lazım imiş...

Gizli rüzgarlar var ki, insan onlara qapılanda yolunun necə dəyişdiyini, getdikcə yolundan uzaqlaşdığının fərqinə varmır. Ta ki başqa sahillərdə özünü görməyənə qədər.

Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub.


Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir.


Haqsızlığa, təhqirə qoyun kimi dözməmək insanlığın başlanğıcıdır.


İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur.

Quşlar nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda xoşbəxt olurlar?


Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır.


Mənzərələr, xatirələr, çöhrələr insandan uzaqlaşanda gözəlləşir, şairanələşir, fərqli buludlara, rənglərə bürünür.


“İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir.


Yeriməyə başlayan fikirləri yollarından döndərmək mümkün deyil.


Deyirlər ki, eşq birinə səni yox etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə etimaddır.


Kədərdə gizli bir şəfqət var. Şikayət etməyənlərə, onu gülər üzlə qarşılayanlara qarşı daha az zalım olur.


İnsan yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu yazan şair nə qədər haqlıymış!

# 3451 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..

"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..

15:00 15 iyul 2025
"Məmləkətdə ən böyük soyğunçu elə qibleyi-aləmin özüdür" - SSRİ-yə meydan oxuyan yazıçı

"Məmləkətdə ən böyük soyğunçu elə qibleyi-aləmin özüdür" - SSRİ-yə meydan oxuyan yazıçı

09:00 15 iyul 2025
“Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir” - Sekulyarizmi tənqid edənlərin məqsədi nədir?

“Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir” - Sekulyarizmi tənqid edənlərin məqsədi nədir?

15:00 14 iyul 2025
"Şpaqat" vəziyyəti - Mübariz Örənin hekayəsi

"Şpaqat" vəziyyəti - Mübariz Örənin hekayəsi

12:00 13 iyul 2025
"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

11:50 8 iyul 2025
Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
#
#
# # #