Maradona: “Qeyri-qanuni övladlarım səhvlərim və pullarımın nəticəsidir”

Maradona: “Qeyri-qanuni övladlarım səhvlərim və pullarımın nəticəsidir”
2 dekabr 2018
# 16:36

Kulis.az dahi futbolçu Dieqo Armando Maradonanın həyat qaydalarını təqdim edir.

Anam elə bilir, mən ən yaxşı futbolçuyam. Ona qarşı çıxmağı sevmirəm.

Narkotiki birinci dəfə dadanda başa düşürsən ki, tezliklə hər gün onunla mübarizə aparmalı olacaqsan. Çempionluq eyforiyasına qapılırsan. Sonra düşünürsən: nə fərqi var sabah nə olacaq, əsas odur, mən bu gün qalibəm.

Narkotiklər məni həyatımın ən vacib anlarından məhrum etdi: qızımın böyüməsini görmədim. Özümü heç vaxt bağışlamayacağam.

Mənim qanuni övladlarım – Dalma və Caninadır. Qalanları pullarımın və səhvlərimin nəticəsidir.

Müalicə aldığım psixiatrik xəstəxanada biri özün Napoleon hesab edirdi, başqası San Martin (Argentina azadlıq hərəkatının liderlərindən biri – “Esquire”). Heç kimi inandıra bilmirdim ki, Maradonayam.

Qızlarım üçün kumirəm, bu, mənə bəsdir.

Əgər qızlarımın sevgililəri onları bircə dəfə ağlatsa, başlarına bədbəxt hadisə gələcək.

Ailəmin şərəfinə toxunulanda çox pis insana çevrilirəm – lap Ben Laden kimi.

İnsanlar nə vaxt başa düşəcək ki, Maradona sevinc istehsal edən aparat deyil.

Arvadıma heç vaxt xəyanət etməmişəm. Əgər belə bir şey olsaydı, bunu heç vaxt boynuma almazdım.

Yaxşı ki dünyada homoseksuallar var. Gözəl qadınlar bizə qalır.

Kobud zarafat – mənəvi qidamdır.

Pele, ya mən, “Hansımız daha yaxşıyıq?” mübahisəsi mənasızdır. Çünki ikimiz də “mən” deyəcək.

Futbol – stress yox, həzz və sevinc oyunudur. Stress – bütün ömrünü bir stol arxasında keçirənlərə məxsusdur.

Tanrı məni yaxşı oyunla mükafatlandırdı. Ona görə, meydançaya girəndə xaç çəkirəm. Elə bilirəm, belə etməsəm, o təəssüflənər.

Nə vaxtsa mənim Fioritodakı (Buenos-Ayres ətrafı şəhər – “Esquire”) evimdə o qədər dərmə-deşik vardı ki, yağış evə çöldən daha möhkəm yağırdı.

Əlimdə olan hər şeyi murdarladım. İndi ancaq ailə həyatından həzz almaq istəyirəm.

Allah ancaq özü-özünə kömək edənlərə kömək edir.

Tez-tez özümü “Ququ quşunun yuvası üzərindən uçuş” (Ken Kizinin romanı – red.) əsərindəki Cek Nikolson kimi hiss edirəm.

Mən təpədən-dırnağa argentinalıyam. Öz ölkəmdə ölmək istəyirəm.

İnsanlar heç təsəvvürlərinə də gətirmirlər ki, Bekhem kimi oğlanlardan üçüncü dünya ölkələrinin tozlu məhəllələrində doludur.

Məni tənqid edənlər axır-əvvəl tüpürdüklərini yalamalı olacaqlar.

Topu kirlətməkdən qorxmayın.

Mən şübhəsiz ki siyasətçilərdən üstünəm: onlar ictimai şəxsdir, mənsə populyar.

Oğrudan oğurluq edən bəraətə layiqdir.

Mənbə: “Esquire” jurnalı

# 4104 dəfə oxunub

Oxşar xəbərlər

"Vətən sevgisi sadəcə torpağa olan sevgi deyil, o..." - Ayaz İshaki

"Vətən sevgisi sadəcə torpağa olan sevgi deyil, o..." - Ayaz İshaki

18:34 22 iyul 2026
Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

17:52 22 iyul 2026
Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

Yazıçı Rüfət Əhmədzadə vəfat etdi

16:30 22 iyul 2026
Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

16:12 22 iyul 2026
“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”  adlı sərgi açıldı

“22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgi açıldı

13:32 22 iyul 2026
Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi?

13:00 22 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər