Uğursuz proqnozlar

Uğursuz proqnozlar
20 noyabr 2013
# 12:02

Kulis.Az məşhur adamların, alimlərin, professorların yalançı proqnozlarını təqdim edir.

London Kral Cəmiyyətinin rəhbəri Uilyams Tomson 1895-ci ildə elan edir ki, havadan ağır olan cihazların uçması mümkün deyil. Rayt qardaşlarının “Flayer-1” təyyarəsində uçmasına isə cəmi 8 il qalmışdı.

Paris Elmlər Akademiyası isə 1772-ci ildə meteroitlərin müşahidə edilməsi haqqında məlumatlardan təngə gələrək belə bir bəyanat verir: Göydən daş düşə bilməz. Göydə daş nə gəzir axı?

1873-cü ildə kraliça Viktoriyanın baş cərrahı Con Erik Erikson belə bir fikir yürüdür: Müdrik və humanist cərrah heç vaxt pasientin beynində, sinəsində və qarnında əməliyyat həyata keçirməz.

1921-ci ildə “The New York Times” qəzetində professor Robert Qoddarda lağ edən bir məqalə çap olunur. Qəzet raketlərin hazırlanması ilə məşğul olan professoru ələ salaraq bunun mümkünsüzlüyünü bəyan edirdi. Buna baxmayaraq 1926-cı ildə professor dünyada ilk dəfə maye yanacaqla işləyən raketi işə salır. 1957-ci ildə isə raketdən ilk sputnik fəzaya buraxılır. 1961-ci ildə isə Qaqarin kosmosa uçan ilk insan olur. 1969-cu ildə insan övladının ilk dəfə Aya enməsinə bir neçə gün qalmış “The New York Times” qəzetinin redaksiyası o zaman həqiqəti söyləmədiyini bəyan edir.

1962-ci ildə 4 liverpullu gitaraçının yaratdığı qrupun mahnılarını dinləyən “Decca Records” səsyazma kompaniyasının rəhbərliyi bir ay çəkən məşvərətdən sonra qrupun prodüseri Epstayna bildirir ki, gitara səsini bəyənməyiblər. Və izah edir ki, gitara dünənin alətidir.

Edvin Dreyk 1857-ci ildə işlədiyi şirkətə gəlib neft laylarına çatmaq üçün yeri deşməyi təklif edir. Şirkətdə hamı onu dəli hesab edir. Lakin bir il sonra bu üsulla dünyada ilk dəfə neft quyusu qazılır.

David Sarnov ilk dəfə hələ 14 aprel 1912-ci ildə “Titanik”in qəzaya uğraması haqqında radioteleqrammanı qəbul edərkən tarixə düşmüşdü. Bir neçə il sonra isə o öz iş əməkdaşlarına radio stansiya yaratmaq təklifi edəndə ona gülürlər və bunun kommersiya dəyərinin olmadığını bildirirlər. Nəticədə Sarnov NBC şirkətin yaradaraq ABŞ-da əvvəlcə ağ-qara, daha sonra rəngli televerilişlər hazırlayan şirkətə çevrilir.

1943-cü ildə İBM şirkətinin direktoru Tomas Vatson qorxa-qorxa bəyan edir ki, kompaniya dünya bazarına yalnız beş kompüter çıxara bilər. Lakin altı il sonra “Popular Mechanics” jurnalı uzaqgörənlik edərək bildirir ki, gələcəkdə kompüterlərin çəkisi ton yarımdan artıq olmayacaq.

İBM şirkəti 1982-ci ildə belə hesab edirdi ki, Microsoft şirkəti üçün 100 milyon dollar çox böyük qiymətdir. (Microsoft İNC. şirkətinin 2011-ci ilin iyun ayında bazar qiyməti 201.59 milyard dollar təşkil edib.)

Orası da var ki, Elə Bill Qeytsin özü də o vaxtlar belə hesab edirdi ki, 640 KB operativ yaddaş kompüter üçün bəs edər.

Yaxşı ki, Bill Qeyts 1977-ci ildə “Heç kəsə evdə kompüter gərək deyil ” deyən “Digital Equipment Corp.” şirkətinin prezidentinin sözünə qulaq asmayıb. Yoxsa nə bu sətirlər olardı, nə də siz bunu oxuyardınız.

# 5514 dəfə oxunub

Oxşar xəbərlər

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər