news-inner
clock16:37 calendar-gray 13 Noyabr 2013 view-gray2007 dəfə oxunub
view-gray2007 dəfə oxunub

Biz niyə yuxuda uçuruq?

Bir neçə gün öncə yaradıcı insanlarla yuxu barədə sorğu etdim. Çox uzun danışıb,qurd-quran açmasınlar deyə, ictimai motivli, apokaliptik (yeni qiyamət zad barədə), yaddaqalan yuxularını soruşdum. Məlum, yuxu insan fantaziyasının, təxəyyülünün, qorxu və arzularının açıldığı bir prosesdir. Sorğu edə-edə düşünürdüm ki, respondentlərin özlərindən uydurmaq üçün böyük şansı var-nə istəsələr uydurub danışa bilərlər. Biz ki, onların yuxusunda olmamışıq, onların həqiqətən yuxuda nə gördüyünü necə bilərik? İkinci bir qorxu o idi ki, sənin görüb dəhşətli dərəcədə təsirləndiyin yuxu başqasına maraqlı olmaya bilər. Bu, yalnız sənin lənətə gəlmiş yuxundur...

Bu sorğunun üstündən az keçmədi ki, festival başladı. İtaliyadan, Fransadan, İngiltərədən, Xorvatiyadan, Yaponiyadan gəlmiş kukla teatrı kolektivləri paytaxta cəm oldu.Mən də İtaliyadan gələn La Carpa Ballerina teatrınınfestivalın proqramından seçdiyim “Yuxuda” adlı tamaşasına getdim. Olmayacaq şey orada oldu: bapbalaca, gözləri düymə bir kuklanın yuxusunu bir zal adam görə bildi. Aktrisa bir uşaq kimi öz dünyasına aludə idi– özünü şirma və ya qara geyim arxasında gizləmək fikrinə düşmə, tamamən öz dünyasına qərq olmuşdu.

Tamaşaçıların da bəzisi özünü “yuxu”ya qapdırmışdı, bəzisi də yuxunu artıq yozurdu (bilənlər bilir; bəzən adam yuxu görəndə elə yuxunun içindəcə onu yozur) - Bax, kukla pişiyini ona görə yuxuda ölmüş gördü ki, bayaq onun bayırda şaxtadan donmasından qorxurdu, dəryanın dibinə ona görə düşdü ki, çarpayısının üstündəcə balıq oyuncaqları asılıb, ona görə ölümünü gördü ki... Nəyə görə olacaq, ona görə ki, ölüm həmişə ağlımızdadır...

Biz məntiq axtardıqca, yozduqca bir kuklanın yuxusuna yetişə bilmirdik. Fantaziya belə bir şeydi -sərhəd tanımır, bir kimsəni dinləmir. Amma o da adamabaxır. İnsan monotonlaşdıqca fantaziya zəifləyir. Fantaziya, təxəyyül cəmiyyətə, mühitə, insanın görüb oxuduqlarına, baxdıqların filmlərəbağlıdır. Mühit, cəmiyyət monotondursa, insanlar da, onların fantaziyaları da monotonlaşacaq. Monotonlaşma isə dəhşətli bir şeydir. İnsanlar fərqli fikirlərə, fərqli dünyagörüşünə qapalı olacaq. Birrəng cəmiyyət fərdləri əzəcək. Bax, teatr, ədəbiyyat, kino, rəsm ona görə vacibdir. Və söhbət fantaziyadan gedirsə, onda kukla teatrından maraqlısı yoxdur. Kuklalarla hər şeyi ifadə etmək olar. Kuklalarla necə istəsən oynamaq olar. Məhz oynamaq, nəinki onlardan hansısa bir süjeti danışmaq üçün istifadə etmək...

Festivalda iştirak edən başqa bir tamaşada – British Consulun dəstəyi ilə İngiltərənin Dorset Kukla Teatrının təqdim etdiyi “Asılı vəziyyətdə” tamaşasında - fantaziyalar hər an tamaşaçını heyrətləndirə bilir, əcaib-qəraib kuklalar görürük, qəribəhadisələr baş verir. Əlaqəsiz sandığımız əşyaların arasında əlaqə kəşf edirik; sehrbaz möcüzə gözləyə-gözləyə möcüzələr göstərir, göstərdiyi möcüzələrə tab gətirməyib ləyən-ləyən köpük qusur, köpüyün ardınca bütün içalatı tökülür, sonda bədənimüqəvva kimi boş qalan sehrbaz öz başını kəsib onunla top kimi oynayır. Və ya rəqs edən fokusçu ha əlləşir, öz ayaqlarını tuta bilmir- ayaqları qaçıb başqa yerdə rəqs edir.Bizdənarxada oturan tamaşaçılardan biri mızıldanır- “Bu boyda kişinin ağlına bax e, sən...”. Səhnədəki kuklaxoruldayır, yuxusunda yatmazdan əvvəl tuta bilmədiyi milçəyi böyük ölçüdə, Şərq sayağı göbək rəqsi oynayan görür. Daha nələr... Arada kuklaçı Stefan Mottram yuxulayan kuklanın iplərini buraxır. Kukla xorultuya uyğun özbaşına tərpənir. Zal heyrətdən uğuldayır...

Deməli, fantaziyaları ciddiyə almaq lazımdır. Teatrı ciddiyə almaq lazımdır. Standart tipli, fantaziyadan uzaq tamaşalardan da, birrəng cəmiyyətdən də qorxmaq lazımdır. Alternativ, kiçik teatrları qorumaq lazımdı, nəinki bağlamaq. Bir də, festivalın hələ də davam edən tamaşalarına baxmaq lazımdı. Elə-belə. Başqa rəngləri də görmək üçün...

news-inner-user
Aliyə

997 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:41 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020
“Durna balığı” onlayn göstəriləcək
15:48 02 İyul 2020
Bakıda böyüyən yazıçının Avropada bestseller olan romanı - O, rus çarına niyə "dünyanın ən bədbəxt adamı" deyirdi?
15:02 02 İyul 2020