Atatürkün gün boyu evə qapanıb oxuduğu roman hansıydı?

Atatürkün gün boyu evə qapanıb oxuduğu roman hansıydı?
1 noyabr 2013
# 11:46

Atatürk hərbi zəkası və siyasətçi kimi uzaqgörənliyi ilə bərabər elmə, mədəniyyətə də isti münasibətlərlə bağlanan şəxs idi. Boş zamanlarında kitablar oxuyub qeydlər götürən Qazinin rakı məclisinə dövrünün sənət adamları toplaşır, bu rakı məclisi sənət dərslərinə çevrilirdi.

Atam.org saytında çap edilən məqalədə isə Atatürkün oxuduğu kitablar haqda danışılır.

1921-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxış edən Atatürk Jan Jak Russonun “İctimai müqavilə” əsərindən sitat gətirərək millət vəkillərinə bu kitabı oxumağı tövsiyə edir.

İstanbulda hərbi təhsil aldığı vaxtlarda Atatürkün qadağan edilmiş “Fransa İnqilabı Bəyamnaməsi”ni oxumasını dostu Ali Fuat Cebesoy qeyd edir. Sonralar Türkiyənin SSRİ-də səfiri olan Ali Fuad Paşa Nazım Hikmətin dayısıdır.

Atatürk bir kitabın müəllifidir də. “Həndəsə müəllimlərinə bələdçi” adlanan bu kitab 1937-ci ildə müəllifin adı göstərilmədən çap edilmişdi. Atatürk kitabı 1936-37-ci illərdə Dolmabağça sarayında yazmışdır.

Atatürkdən müsahibə alan Rövşən Əşrəf onun masasının üstündə Balzakın, Mopassanın fransızca kitablarını görmüşdür. Fransızca yaxşı bilən Atatürk fransız müəllifləri orijinaldan oxuyardı.

1922-ci ildə Akşehirə gedən Atatürk gün boyu evdən çıxmamış və Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanını oxumuşdur. Roman elə həmin il-1922-ci ildə çap edilib.

Atatürk kitabları həmişə stol arxasında oxuyur, bəzən kitaba, bəzən isə yanında saxladığı kağızlara qırmızı və göy qələmlə qeydlər edirdi. Oxuyarkən siqaret qutusunu da yanında saxlayar, dayanmadan oxuyar, bəzən isə siqaret və qəhvə ilə fasilə edərdi.

Qazinin mütaliə dairəsi də çox geniş idi. O hüquqa, fəlsəfəyə, sosiologiyaya dair kitablar mütaliə etdiyi qədər müxtəlif lüğətləri də vərəqləyər, bədii ədəbiyyatı da heç zaman unutmazdı.

# 6216 dəfə oxunub

Oxşar xəbərlər

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

12:00 19 oktyabr 2026
Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər