news-inner
clock14:59 calendar-gray 18 Sentyabr 2013 view-gray1584 dəfə oxunub
view-gray1584 dəfə oxunub

“O beş dəqiqəni unutmuşdum” MÜSAHİBƏ

Bernardo Bertolluççi. İtalyan kinorejissoru, dramaturq, şair. 60-cı illərdə Qodarın və Pazolininin ardıcılı kimi çıxış edib, kommunizm və freydizmlə maraqlanıb. Filmlərində intim və sosial qatlar dominantlıq edir, insan cinsəlliyinin tabuları- insest, triolizm, homoseksualizm- açılır. 2011-ci ildə kino sənətinə verdiyi töhfələrə görə, Kann festivalının “Qızıl palma budağı” kimi nüfuzlu kinomükafatını qazanıb.

“Parisdə sonuncu tanqo”, ”Xəyalpərəstlər”, “Məhkumlar”, “Konformist” kimi kino şedevrlərin müəllifi uzun illərdən sonra, ötən il “Sən və mən” çəkib. Filmin əsas mövzusu XXI əsrin get-gedə çıxmaq daha da çətinləşən sosial və psixoloji zirzəmisidir. Film narkoman bacı və sosial qorxuları olan qardaşdan bəhs edir...

Bernardo Bertoluççi ilə Rusiyalı kinoşünas Anton Dolinin bir neçə ay əvvəl çap olunmuş müsahibəsini təqdim edirik:

-Bundan əvvəlki son filminizi – “Xəyalpərəstlər”i 9 il əvvəl çəkmisiniz. Niyə bu qədər fasilə verdiniz?

- Sağlamlığım imkan vermirdi. Onurğa sütununda çoxsaylı ağır əməliyyatlara məruz qaldım, hərçənd onların elə bir xeyri olmadı gördüyünüz kimi əlil arabasındayam. “ev dustağı” olduğum illərdən sonra film çəkməyə qərar verdim. Mənasız yerə mübarizə aparmaqdansa, vəziyyəti qəbul etmək lazım idi. Elə o anda anladım ki, hər şey mümkündür. Elə yeni film çəkmək də.

- Həm də italyan dilində düz otuz ildir ki, film çəkməmisiniz.

-Mənim uzun illər İtaliya ilə problemlərim olub- sosial-siyasi vəziyyəti nəzərdə tuturam. "Parisdə sonuncu tanqo”dan sonra mənə dedilər ki, mən İtaliya vətəndaşı olmaq, səsvermədə iştirak etmək haqqını itirmişəm. Hər yerikorrupsiyanın çürüntüiyi bürümüşdü. Ona görə də getdim və başqa mədəniyyətlər, mühitlər axtardım. Başqa yerlərdə film çəkdim: Çində, Hindistanda, Saxarada.

İtalyan kinosunun ən zəif yeri dialoqlardır. Hətta Pazolininin “Akkotone” kimi yaxşı filmini götürsək. Dzevattini əla ssenarist idi, amma, poeziyaya həddən artıq uymuşdu. İtalyanlarədəbiyyatçılıqdan əziyyət çəkirlər, ona görə də Haldoni və Pirandellonu hesaba almasaq teatr ənənələrində problemlərimiz var. Bizim dilimiz həddən artıq dəbdəbəlidir. Mən ona görə italyan dilində az çəkməyə çalışıram. Amma “Sən və mən” italyan romanın ekranlaşdırmasıdır. Onu başqa ölkə ilə əvəz etmək qəribə olardı.

- Özünüzü yenidən çəkiliş meydanında necə hiss etdiniz?

- O qədər adətkar idim ki, hətta məyus oldum.

-“Sən və mən” nə dərəcədə sizin gənclik xatirələrinizlə bağlıdır? Yəni, məktəbdə autsayder idiniz, yoxsa üsyankar?

-Yox, əksinə, süjet məni çəkdi, ona görə ki belə şey yaşamamışdım. Daxilən üsyankar idim, amma... atam mənə özümü tam olaraq göstərməyə imkan vermirdi. O şeytandan da çox bilirdi, ona qarşı üsyan etmək müşkül idi. O mənim arzularımı bunu deməmişdən 5 dəqiqə əvvəl həyata keçirirdi. Nəyə qarşı çıxa bilərdim axı?

- Bu günki dünyada özünüzü rahat hiss edirsinizmi?

- Mən öz rahatlığımı diskomfortda tapıram. Mənə bu gün yaşamaq və işləmək rahat deyil, ona görə ki, tabuların əksəriyyəti yıxılıb. əvvəl qadağa çox idi, amma transqressiya (qaydaların, ənənələrin pozulması) var idi. İndi tabu da yoxdur, transqressiya da. Reallıq qələbə çalır, amma bunun nəyi yaxşıdır? Reallıq onu dəyişmək üçün mövcuddur.

- Reallıq kinematoqrafiyada da dəyişib. Bu dəyişiklik xoşunuza gəlirmi?

- Bu gün dünya 1960-cı illərdəki kimi deyil, insanların qarşılıqlı münasibətləri dəyişib. Kontekstə həssas kinematoqraf da bəzən yeni reallığı izləyə bilmir. Amma kinoda dəyişmə həmişə olub. Səssizdən səsliyə, ağ-qaradan rəngliyə, pavilyondan natura çəkilişlərinə kimi. Məncə bütün dəyişikliklər yaxşılığa doğru olub. Kinonun dinamikası, daimi hərəkəti məni həmişə çəkib.

- Deməli, 3 D film də çəkə bilərsiniz?

- Mən son filmimi 3D çəkmək istəyirdim, buna sadəcə vaxtım çatmadı. Mən sakitliyə çəkilmək istəmirəm. Bu templə çəksəm növbəti filmimi 80 yaşımda o birini isə 90 yaşımda çəkəcəm...

- Növbəti layihə üçün pul tapmaqda həmişəmi problemləriniz olur?

- “Parisdə sonuncu tanqo”nu çəkən adamın belə problemləri ola bilməz.

- Sizə hələ də bu filmə görə pul ayırırlar?

- Həm də necə.

- Bir vaxtlar Pazolini ilə işləmisiniz. Onun irsi bu gün sizin üçün nə qədər vacibdir?

- O mənə kinematoqrafçı kimi yox, şair kimi ilham verdi. Mən onun ilk filmlərində rejissor assistenti olmuşam, onun necə işləməsini izləmişəm, amma mən özümə Pazolinini yox, “Yeni dalğa”nın rejissorlarını müəllim hesab edirəm. Xüsusən Qodarı. Bununla belə, Pazolinidə kinodan da böyük, nəhəng bir şey var idi.

- Sercio Leone haqda nə deyə bilərsiniz? Siz onun “Bir dəfə vəhşi Qərbdə” filminə ssenari yazmisiniz, həm də bununla karyeranız başlayıb..

- Leone İtaliyada çəkən tək-tük rejissorlardandı ki, mənim həmişə xoşuma gəlib. Hərçənd onun zamanlarında publika italyan komediyalarını sevirdi. İlahi, mən italyan komediyalarına nece nifrət edirəm! O zaman mənim nə işim, nə də pulum var idi. Spaqetti-vestern janrında ssenari yazmaq arzusunda idim. Bir dəfə Leone mənə zəng elədi. Onunla ilk dəfə görüşdüm. O mənə dedi ki, məni bir neçə gün əvvəl “Yaxşı, zalım və pis” filminin premyerasında görüb. Ardınca soruşdu ki, onun filmləri xoşuma gəlirmi? Dedim ki, o İtaliyada tək-tək rejissorlardandı ki, xoşuma gəlir. O, nəyi bəyəndiyimisoruşdu. Onun qılığına girməli idim. Dedim ki, onun atların arxasını çəkməyi xoşuma gəlir. Bütün rejissorlar atları profildən çəkir -bu gözəldi, həm də asandı, amma siz və Con Ford tövlədə sahiblərini gözləyən atların nəhəng arxasını çəkə bilirsiniz. Leone heyrətləndi və məni işə götürdü.

- Bir müddət əvvəl Leonenin son şedevri olan “Bir zamanlar Amerikada”nın əlavə olunmuş kadrlarla müəllif versiyası ekranlara çıxdı. Siz də öz filminizi müəllif montajı ilə əlavə olunmuş səhnələrlə təqdim etmək istərdinizmi?

- Mən fetişist deyiləm. Bu o qədər də vacib deyil. Mən öz filmlərimin əvvəlki versiyalarındakı səhnələri xatırlamıram, elə isə çıxarılmış fraqmentləri niyə əlavə edim ki? Məsələ yaddaşsızlıqda deyil, məncə orijinal fikri, ideyanı bərpa etmək vacib deyil. əgər lazım lsa idi mən o yerləri elə saxlayardım. 1970-ci ildə “Konformist”lə Berlin festivalına yollandım. Böyük uğur, əla resenziyalar... sonra mən İtaliyaya qayıdanda Paromaunt-un distributeri dedi: “Bernardo, necə də gözəl filmdir! Amma gəl onu ixtisar edək! İki saat beş dəqiqə çoxdur. Heç olmasa iki saat edək.” Mən də götürüb beş dəqiqə kəsdim. 1990-cı ildə Londondakı dostlarımdan biri zəng edib dedi ki, BBC-də sizin “Konformist”in bir nüsxəsini tapıblar, amma o beş dəqiqə artıqdı. Mən filmi kəsdiyimi güclə xatırladım. Sonra onların inadı ilə o beş dəqiqəni yenidən filmə əlavə etdik.

- “Konformist” kimi bir film çəkmək istərdinizmi? Axı konformist mövzusu get-gedə daha aktual olur?

- 70-ci illərdə çəkdiyim “Konformist” 30 il qabaqkı keçmişi təsvir edirdi. Indi bu vaxt kəsimi daha iti hiss olunur. Mən 1941-ci ildə doğulmuşam, 10 yaşım olanda hamı ətrafda bu barədə danışırdı- Müharibə, faşizm, müqavimət. Bu sözlər mənə həm çox yaxın və eyni zamanda uzaq və qəribə gəlirdi. Bilmirəm ki bunu bir də hiss edə bilərəmmi?

- Özünüzün köhnə filmlərinizə baxanda nə hiss edirsiniz?

- Deyə bilmərəm ki, xoş olur. Bəzən məndə iztirab və ağrı hissi oyadır. Film çox şəxsi bir şeydir, sən onu əziyyətlə yaratmısan, indisə hər kəs ona baxa bilər. Məni anlayırsınız? Digər tərəfdən mən publika ilə birgə filmə baxmağı sevirəm. Onların pıçıltısını, gülüşünü eşidəndə həzz alıram. Mənim dövrümə baxanda proyeksiyanın keyfiyyəti elə yüksəlib ki, nə göstərsələr də ekrana baxmaq xoş olur...

news-inner-user
Aliyə

997 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı şair vəfat etdi
14:54 14 Noyabr 2019
Onun adını oğlunun baş daşına niyə yazmadılar? – Rəmiş haqqında inanılmaz faktlar
14:41 14 Noyabr 2019
Meyxananın dözülməz eybəcərliyi - Aliyə yazır...
13:49 14 Noyabr 2019
Musa Yaqubun yeni şeirlər kitabı nəşr edildi
13:10 14 Noyabr 2019
Mənim balaca sərçəm - Müşfiq Şükürlüdən yeni hekayə
12:29 14 Noyabr 2019
Hekayə müsabiqəsinin qalibləri bilinəcək
12:01 14 Noyabr 2019
Amerikalı kinoulduz vəfat edib
11:30 14 Noyabr 2019
Azərbaycanlı rejissorun filmi "Ən yaxşı film" seçildi
10:57 14 Noyabr 2019
“Seriallarımız gənc nəslin tərbiyəsini pozur” – Nuşirəvan Məhərrəmli
10:23 14 Noyabr 2019
Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı
10:07 14 Noyabr 2019
Xalq şairinin qardaşı həbs olundu
09:54 14 Noyabr 2019
“Sevgi şərbəti” operası nümayiş ediləcək
09:34 14 Noyabr 2019
Şagirdlərini qətlə yetirən müəllim – Azərbaycan filmi
09:01 14 Noyabr 2019
Məhşur rejissor yeni filmə başladı
19:00 13 Noyabr 2019
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
18:25 13 Noyabr 2019
Biz bu yazıçını niyə oxumalıyıq? - Etimad Başkeçid yazır
17:42 13 Noyabr 2019
Cizgi filmlərimiz Polşada nümayiş olunub
17:00 13 Noyabr 2019
Həmyerlimiz sabiq prezident haqqında film çəkdi
16:22 13 Noyabr 2019
Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair
15:37 13 Noyabr 2019
Bakıda fotosərgi açılıb
14:45 13 Noyabr 2019