writer1

Vüsalə Məmmədova

Məqalə sayı

51
clock11:29 calendar-gray 18 Sentyabr 2013 view-gray6991 dəfə oxunub
view-gray6991 dəfə oxunub

Ana qucağında kişi olan oğullar

Vüsalə Məmmədova yazır

Nə zamansa hamının atası var idi. Kiminin evdə, kimininsə Moskvada...

Çox az adamın atası Moskvada idi. Amma hamı atasının keçmişi ilə tanış olanda əvvəlcə ailə albomlarında onun uşaqlıq, yeniyetməlik, sonra isə Moskvada çəkdirdiyi şəklini görürdü. Atalar o şəkildə fərqli olurdular. Geyimləri də, duruşları da, hətta artıq baxışları da…

Körpəlikdən bilirdik ki, atalar kişiyə çevrilmək üçün yollarını Moskvadan salmalıdırlar.

Evlərdə mütləq ataların Kremlin önündə məğrurca dayanmış boy şəkli olmalıydı. Qəhrəman kimi: Atalar Moskvada qəhrəmana çevrilir, Moskvadan qəhrəman qayıdırdılar.

Onların sinfində hamının atası evdə idi, iki nəfərdən başqa… Onların atası Moskvada idi...

Tənəffüsdə uşaqlar axşam evdə ataları ilə etdikləri söhbəti qəhrəmanlarının dediklərini şişirdə-şişirdə danışanda, atası Moskvada olan iki uşaq sinifdəki dahi liderin, xilaskarın nəşini ziyarət etmək üçün Mavzoleyin qarşısına düzülən insan selinin içində duruşundan əmilərinə bənzəyən atalarını axtarırdılar...

Sinifdəki uşaqların “Atam deyirdi ki...” ilə başlayan bütün söhbətləri nə qədər maraqlıda olsa, hesab edirdilər ki, öz ataları Moskvada daha böyük işlərlə məşğul olurlar...

Necə də olsa böyük şəhərdə kiçik işlərlə məşğul olmazlar... Onlardan uzaqda olmağın ancaq bir səbəbi ola bilərdi. Bu nə isə dövlət əhəmiyyətli bir tapşırıq idi. Atalar qəhrəman idilər, onlar dünyanı qurtaracaqdılar... Onlar kommunizmi quracaqdılar… Bu qədər böyük işin bir parçası da sən olacaqdın. Onsuzluğa dözməklə...

Gözləyirdilər ki, bir gün atalar böyük şəhərdəki böyük işlərini bitirib Moskvadan Bakıya gələn qatarlara minəcəklər...

Hər gecə yuxuya getməzdən əvvəl vağzalda o qatarın gəldiyi anı təsəvvür edirdilər…

Uşaqlardan biri bir gün təsadüfən ev adamlarının söhbətindən qonşunun oğlunun çoxdan öldüyünü eşitdi...

Necə ola bilərdi? Axı hər gün tənəffüsdə o qonşunun nəvəsi ilə Mavzoley önündə atalarını axtarırdılar...

Onda sükutla Moskvanın əslində o qədər də böyük şəhər olmadığını... anladı...

20 il keçdi...

Müharibə başladı... Atalar Moskvaya yox, Qarabağa getdilər... Moskvadan gələn insanlarla savaşıb “Moskvaya getməyə” getdilər...

Artıq atasızlıq az-maz rastlanan hallardan deyildi...

Artıq uşaqlardan yarısının atası, yarısının qardaşı, yarısının da əmisi qəhrəman idi...

Artıq müəllimlərin bir sinifdəki iki uşağa görə ata sözünü üfləyə-üfləyə, yerini, çəkisini ölçüb-biçərək dediyi zamanlar keçdi... Artıq siniflərdə atalılarla atasızların sayə bərabərləşdi... Atasızlar çoxaldı...

Hələ müharibə bitməliydi, illər keçməliydi ki, bu atasız uşaqlar böyüyüb özləri ata olsun... Yenə də bütün evlərdə atalar olsun... Yenə də tənəffüslərdə bütün söhbətlər “Atam deyir ki...” ilə başlasın...

20 il də keçdi...

Nə müharibə bitdi, nə atalar gəldi...

Qəribə dövr gəldi... Müharibədə oğullar ölməyə başladı... Hələ dünyaya övlad gətirməyən, özü övlad olan böyük qardaşlar... Amma atalar yenə də yox idi...

Evlər yenə atasız idi... Siniflərdə atalı uşaqlar lap az idi... Səbəbini nə uşaqlar, nə müəllimlər, bəzən heç analar da bilmirdi... Atalar sadəcə yox idilər...

Onlar nə Moskvada idilər, nə Türkiyədə, nə də Dubayda...

Onlar nə müharibədə idilər, nə kommunizm qurmağa getmişdilər... Nə də həbs deyildilər...

Onlar sadəcə yox idilər...

Evlərdəki çərçivələrdən şəkilləri çıxarılmış, anaların dilindən adları çəkilmişdi... Tənəffüsdə artıq “Atam deyir ki...”lər yox idi...

İndi hər şey qara xalatlı əmilərin əlində idi... Ayda, gündə, həftədə neçə dəfə, neçə saat atalı olmaqlarına onlar qərar verirdilər…

Qızlara ataları qucaqlayıb öpmək, oğullara atadan kişi olmağı öyrənmək üçün qara xalatlı əmilər qərar verirdi… Amma bu qərarlar da sonuncu deyildi...

Bəzən o əmilər daha insaflı olurdular, bütün uşaqların həftədə bir atalı olmasına icazə verirdilər... Amma sonra o qərarları analar icra edirdi… Bəzən analar qara xalatlı əmilərin qərarları ilə razılaşmırdılar…

Bəzənsə razılaşırdılar… Amma atalar yenə də yox idi... Sadəcə yox idi...

Artıq tənəffüslərdə söhbətlər “Atam deyir ki…”lərlə başlamırdı...

Artıq atalar qəhrəman deyildi...

…Artıq oğullar ana qucağında, ana sığalı ilə kişi olurdular…

Hələ 20 il də keçəcəkdi...

O atasız uşaqlar ata olacaqdılar… Olacaqdılar?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllfinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020
Nəzakət Teymurova: "Pandemiya ilə mübarizə də müharibədir"
10:27 30 Oktyabr 2020
Misirli rejissor Kann festivalının qalibi oldu
09:59 30 Oktyabr 2020
Qışqırıb-bağırmağa başladım... - Bircənin romanı
09:00 30 Oktyabr 2020
“Ulduz”un oktyabr nömrəsi nəşr olundu
19:28 29 Oktyabr 2020
“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
18:50 29 Oktyabr 2020
Nikol Kidman yeni seriala çəkilir
18:21 29 Oktyabr 2020
"Şeron"dan yeni cəngi - Video
17:43 29 Oktyabr 2020
Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
17:11 29 Oktyabr 2020
Bir əsgərin qeydləri: Ölümlə döyüşürəm - Yeni Şeirlər
16:30 29 Oktyabr 2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
15:43 29 Oktyabr 2020
Xalq artistinə həsr olunan kitab çapdan çıxdı
15:00 29 Oktyabr 2020
Qızının cəsədinə sarılan atanın fəryadı
14:15 29 Oktyabr 2020
Jerar Depardye Fransa prezidentini homoseksual adlandırdı
13:36 29 Oktyabr 2020