Pissuarı sənət kimi təqdim edən janr

Pissuarı sənət kimi təqdim edən janr
5 iyul 2013
# 10:44

Aliyə

Sərgilərin birində ready-made nümunələrinin birinin qarşısında dayanmış qadın əl yaylığına baxıb başını buladı. “Guya bu yüksək sənətdir?” Tamaşaçı o anda adi bir məişət predmetini-istifadə olunmuş əl yaylığı görürdü. Və o haqlı idi. Amma o əzik-üzük əl yaylığını ora asan rəssam da haqlı idi, o bu yaylıqda bir insanın həqiqətlərini tapmışdı, həyəcanlarını, göz yaşlarını, qorxularını, ümidlərini, əzablarını, sevincini...

Ready made (ingiliscə ready - hazır, made-düzəldilmiş) konseptual sənət nümunəsidir.

Burada müəllif öz “əsərini”-başqasının hazırladığı və ya yazdığı, istehsal etdiyi obyekti və ya mətni bədii məqsədlərlə təqdim etmir.

Müəllifin müəllifliyi bu obyekti seçib onu bədii olmayan məkandan bədii məkana yerləşdirməkdir. Bununla bu obyekt görmədiyimiz bir tərəfdən açılır və onda kənar kontekstdə yeni səciyyə aşkarlanır.

Marsel Düşanın “Velosiped çarxı”, “Fontan”, “Şüşələr üçün qurutma taxçası” kimi ready made nümunələrini misal çəkmək olar. Ən sadə predmetlər bədii məkana gətirilir və o məkanda velosiped çarxı, şüşə quruducu, pissuar yeni kontekstdə yeni mənalar qazanır.

İlk ready-made nümunəsini Marsel Düşan 1913-cü ildə Nyu-Yorkda təqdim edib. Əsl dadaist kimi o, ənənənin məntiqi sonuna gəlib çıxmışdı: “Heç bir rəsm nümunəsi predmeti özündən yaxşı göstərə bilməz. Ona görə də predmetin özünü təqdim etmək onu təsvir etməkdən daha sadə və düzgündür”.

Ready made-in kökündə dadaizm dayanır. Dadaistlər sistemsizlik, bədii kanonlardan imtina kimi prinsiplərlə “işləyirdilər”. Dadaistlər ədəbiyyatda təsadüfi kollaj prinsipi ilə şeirlər yaradırdılar. Hans Arp təsadüfən qəzetdən kəsdiyi sözləri götürüb bir-birinin ardına yapışdırır və bundan şeir düzəldirdi.

“Bir rəssamın əlləri kəsilsə də öz yaradıcılığını davam etdirəcək. Ready made-lərimin bəziləri sadəcə bu məntiqi ifadə edir”- onlar deyirdilər.

Bədii ədəbiyyatda readu-made-in alternativi “found poetry”dir (“tapılmış poeziya”). Bu ifadə adətən tərcümə olunmur.

"Found poetry"də hansısa bir mətndən götürülmüş parça bədii kontekstdə təqdim olunur və o, yeni mənalar qazanır.

Məsələn, rus şairəsi Vera Pavlova mikroorqanizmlərdə bioloji təzahürlər haqqında ensiklopedik məlumatı şeir kimi təqdim edir:

Holoqamiya – təkhüceyrəli orqanizmlərdə cinsi prosesin bəsit tiri, bu prosesdə xüsusi cinsi hüceyrələr yox, tam fərdlər bir-birinə qovuşurlar.

Nəticədə bioloqlardan başqa kiməsə maraqlı olmayan mətn sevgi haqqında metaforaya çevrilir.

Found poetry – mahiyyətcə postmodernizm texnikasına yaxındır. Hər iki halda başqa mətndən sitat gətirilib və bədii kontekstə salınır.

Found-poetry nümunələrini hər kəs yaza bilər - amma burda həm də oxucu özü də müəllif olmalıdır. O, mətnə öz mənasını yükləməyi bacarmalıdır. bu müəllif-oxucu məna avtoritarizmini qəbul etməyən bir düşüncəyə sahib olmalıdır. O zaman belə nümunələri reklam mətnlərində, dialoqlarda, divar yazılarında, hətta informasiyalarda görmək olar.

Müasir Azərbaycan şerində dadaizm prinsiplərini Rasim Qaracanın "anlamsız şerlər"ində görmək olar:

Bilirəm bariz səril dəniz

ələnər kölgə yenər kəfən

kəsilər səkkiz balıq qumsal...

# 3331 dəfə oxunub

Oxşar xəbərlər

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər