news-inner
clock08:45 calendar-gray 03 İyul 2013 view-gray6987 dəfə oxunub
view-gray6987 dəfə oxunub

Sperma donorları

“Donorseksual” sözünə rast gəlmisiniz? Narahat olmayın, bu sözlə artıq tez-tez rastlaşacaqsınız. Bu axının nümayəndələri spermalarını könüllü bağışlayır, hətta bioloji atalıq etdiyi uşaqları ilə görüşürlər.

Türkiyənin “Tempo” jurnalı onlardan biri, amerikalı Trent Arsenoltdan müsahibə alıb. Gəlin onunla yaxından tanış olaq:


“Salam. Mən Avstraliyada yaşayan tənha lezbiyəm. Pulsuz sperma donorları (FSDW) saytının qurucularına təşəkkürümü bildirirəm. Sizin sayənizdə iki həftə içində spermasını könüllü bağışlayan insan tapdım və uşaq sahibi olacağam. İlk görüşümüz bu gündür”, - bu sözlər FSDW saytının ana səhifəsində qarşımıza çıxdı. Oxuyar-oxumaz adamın ağlına min cür sual gəlir: Sperma bankı əvəzinə, birbaşa sperma sahibi ilə əlaqə qurmaq? Onda bioloji atanın kim olduğu bilinirmi? Uşaq gələcəkdə öz atasını tanıyacaq? Sperma doğrudan da pulsuz verilir?

Bu sualların bir cavabı var: Donorseksuallıq.

2003-cü ildən bəri FSDW kimi saytların sayı getdikcə artır. Bu, dünyada yeni bir axınının başlanğıcıdır. Spermalarını bağışlamaq istəyənlər uşaq problem yaşayan ailələrə, homoseksuallara yeni bir ümid verir. Tələb də durmadan artır. Trent Arsenolt 2006-cı ildən FSDW vasitəsi ilə spermasını bağışlayır. ABŞ-da 14 uşağın bioloji atasıdır. İki alıcısı indi hamilədir; biri aprel ayında, digəri iyun ayında ana olacaq. O, indiyəcən üç uşağı ilə görüşüb.

“Bundan bir neçə il əvvəl sperma donoru ilə hamilə qalmaq sirr saxlanırdı. İndi isə bu, sperma bankına müraciət qədər normal sayılır”, - deyir Arsenolt.

Bakir bir ata

Yeniyetməlik dövründə qızlar ətrafında pərvanə olsalar da, sevgi-məhəbbət məsələlərinə çox baş qoşmayıb, özünü tamamilə təhsilə həsr edib. Sonra Amerika Dəniz Qoşunlarına daxil olub. Qızlara qarşı kini vicdanını xeyli sızladandan sonra qərara gəlib ki, onlara bir yaxşılıq etsin. İndiyədək bir qızla belə birlikdə olmayan Arsenolt spermalarını bağışlamağa qərar verib: “Bu planı qurub-quraşdırmaq illərimi aldı. Cütləşmədə nə qədər məhsuldar olacağımı öyrənmək istədim”. İndi 36 yaşındadır; hələ də “bakir”dir. Özünü nə homoseksual, nə də aseksual kimi qiymətləndirir. Qadınlarla cinsi əlaqədə olmadığı üçün bütün fikri-zikrini sperma bağışlamağa yönəldib. Gündüzlər mühəndis kimi işləyir, axşamlarsa donorseksual.


Günahkar övlad

Bir neçə ay əvvəl ilk müsahibəsini verməklə məşhurlaşıb. Dostları, ailəsi, ətrafı bir gündə onun nə işlə məşğul olduğunu öyrənib. O, bundan utanmır, əksinə qısır cütlüklərə övlad bəxş etdiyi üçün xoşbəxtdir. Missuridə yaşayan ailəsi isə xəbərlərdən heç məmnun deyil; nəvələri olmayacaq, üstəlik oğulları günah iş görür. Qatı xristian olan atasının: “Tanrı evli cütlüyə qısırlıq xəstəliyini veribsə, demək onların uşaq sahibi olmasını istəmir”, -deməsinə Trent belə cavab verir: “Tanrının dünyada daha çox nəfəs və can istədiyinə inanıram”.


Bir fincan təzə sperm


Daha bir maraqlı məqam isə budur: Qadınlar niyə sperma bankına deyil, ona üz tutur? Başlıca səbəb praktik zərurətdir. Sperma banklarında spermalar dondurulmuş olduğu üçün çox vaxt işə yaramır. Cütlüklərin ümidi də Arsenolt kimi təzə spermalar verən donorseksuallara qalır. Onun dediyinə görə, artıq həkimlər xəstələrə bu üsulu məsləhət görürlər.

Döllənmə vaxtı nə laboratoriyaya, nə də həkimə ehtiyac var. Alıcı onun evinə gəlir, o da spermanı bir fincana doldurub verir. Ən yaxın otelə gedib spermanı şpris vasitəsilə vajinadan içəri ötürürlər. Bu proses ən qısa vaxt ərzində aparılmalıdır.

Altı aydan bir test

Arsenoltun müsahibəsindən sonra FDA (Qida və Dərmanların keyfiyyətinə nəzarət idarəsi) onu məhkəməyə verib. Bəli, sperma bağışlamaq qanunlara zidd deyil, ancaq steril mühitdə edilməyən döllənmələrdən yüzlərlə xəstəliklər yarana bilər.

Amma Trent Arsenolt kifayət qədər ehtiyatlıdır; hər altı aydan bir 10 testdən keçir və bunu www.trentdonor.org saytında oxucularla paylaşır. HIV/AIDS, hepatit A/B/C, sifilis, xərçəng virusuna qarşı testlər onun üçün prioritet məsələlərdəndir. Xəstələnməmək üçün ictimai yerlərdə maska ilə gəzir. DNT-lərini və hüceyrə toxumalarını məhv etməmək üçün günəş işığından və radisiyalı aparatlardan belə qaçır.

Alıcılar onunla üz-üzə görüşmək üçün saytındakı müqaviləni imzalayıb, ondan görüşmə üçün gün alırlar. Hətta növbəyə dururlar desək, daha doğru olar.

Tanrıya ibadət?

Əslində, niyə də növbə yaranmasın? Sperma banklarına müraciət edən alıcılar təkcə testlər və prosedurlara minlərlə dollar pul xərcləyirlər. Üstəlik, uşağın bioloji atası heç vaxt bilinmir. Halbuki, Arsenolt spermasını pulsuz verir, hətta üç uşağı ilə də görüşüb. “Mən qurum deyiləm. Donorluğumun səbəbi ailə mühitini sevməyimdir”, - deyən gəncə: “Bəs bütün ömrünüzü buna həsr etmək fikrindəsiniz? Birdən özünüz də evlənmək və uşaq sahibi olmaq istədiniz?” sualını verməmək olmur. Onun cavabı isə sadədir: “Bunu düşünmürəm. Sayəmdə ailələr uşaq sahibi olub, həyata daha çox bağlanırlar. Uşağının qüsursuzluğunu gördükdə Tanrını daha yaxşı anlayırlar”. Bəlkə o, Tanrıya elə bu cür ibadət edir?

Alıcılar kimdir?

Müsahibəmiz vaxtı ona üç alıcıdan e-mail gəldi, bir də subay bir xanımdan uzun bir məktub. O, spermalarını evli cütlüklərə verməyi daha çox üstünlük verir, homoseksual və subay qadınlar isə onu yola gətirmək üçün bu cür uzun məktublar yazırlar.

Ondan sperma alan lezbiyanlar əsasən Amerika ordusunda işləyən əsgərlərdir. Orduda homoseksuallıq yaxşı qarşılanmır. Hökumətlə əlaqəli işləyən sperma banklarına da gedə bilmədikləri üçün tək əlac donorlara qalır.

Dünyanın bir çox yerlərində onun kimilər var, xüsusən İngiltərə və ABŞ-da. Arsenolt donorseksuallığın trend olmasını bu cür izah edir: “Qadınlar karyeralarına o qədər aludə olurlar ki, bir də görürlər evlilik vaxtı keçib. Ancaq uşaq sahibi də olmaq istəyirlər. Sperma bankına minlərlə dollar pul xərcləməkdənsə, bizə (yəni donorseksuallar – R.N) üz tuturlar”.

Spermlər sadəcə ABŞ vətəndaşlarına

Vətəndaşlıqla bağlı problemlərin olmamağı üçün ancaq həmvətənləri ilə işləyir. Deyir ki, digər xalqların nümayəndələri gələcəkdə ABŞ vətəndaşlığı tələb edə bilər, bu da xeyli problemli məsələdir. Onsuz da onun əsas hədəfi alıcı sayının artması deyil, dünyada bu üsulun yayılması, insanların məlumatlandırılmasıdır.

Kiminə görə xeyriyyəçi, kiminə görə ictimai və dini dəyərlərə qarşı çıxan, kiminə görə idealist Trent Arsenolt haqqında bəzi məlumatlar:

-Şəhər, əyalət: Fremont, Kaliforniya

-Vətəndaşlıq: ABŞ

-Etnik kökləri: 50% alman, 25% fransız, 25% irland

-Boy: 1.88 metr

-Kilo: 67

-Yaş: 36

-Ailə vəziyyəti: Subay

-İş: Mühəndis

-Ali təhsil: Amerika Hərbi Akademiyası

-İxtisası: Mühəndislik və kompüter texnologiyaları

-Hobbiləri: Səyahət etmək, astronomiya və qalaktika

-Musiqi təhsili: Piano, baraban

-İdman: Velosiped, sürət qaçışı

-Bildiyi dillər: İngilis və ispan

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sevdiyi qızın qrup yoldaşını döydü, həbsxanada şəkər xəstəliyi tapdı, oğlunun ölümünə görə gəlinini təbrik etdi - Xəlil Rzadan 10 qeyri-adi fakt
12:37 22 İyun 2021
Vandamın qudası niyə gündəm olur? - Mətbuatın sirri
12:01 22 İyun 2021
Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021