writer1

Şərif Ağayar

Məqalə sayı

525
clock12:41 calendar-gray 01 İyul 2013 view-gray1543 dəfə oxunub
view-gray1543 dəfə oxunub

Nədən yaza bilmirik?

Şərif Ağayar

Tanınmış yazar Əlif Şafak ərinmədən roman yazmağın kurallarını sıralayıb. Sıralamada ilgimi çəkən nüanslardan biri budur: yazmaq üçün 12 faiz istedad yetərlidir... Qalanı, əslində hamının bildiyi şeylərdir: zəhmət, mütaliə, vərdiş, təcrübə və s.

Usta yazarın (yalnızca “Aşk” romanı bunu deməyə əsas verir) bu qənaəti doğrudan da irihəcmli nəsr əsəri yazan və yazmaq istəyən qələm adamları üçün maraqlı gələ bilər...

Bir azdan qayıtmaq şərti ilə Əlif Şafakı burada qoyub Orxan Pamukla Səfər Alışarlıdan bəhs edim...

İş elə gətirdi ki, “Qar” (O.Pamuk) romanı ilə “Maestro”nu (S.Alışarlı) eyni vaxtda oxudum. Hacıkəndin havası təmiz, sakit meşəliyindəki istirahət evində. Kəndimi kapatdım kitablara... Və, indi dəqiq deyə bilmirəm, o vaxt gəldiyim qənaət bu idi: Orxan Pamuk Səfər Alışarlıdan istedadlı deyil. Bəs çatışmayan nədir?! Əlbəttə ki, mühit!

Bax Əlif ablamız öz kurallarında bunu nəzərə almayıb.

Mən istedadın 12 faizliyini başa düşürəm. Təxminən bir radio düşünək. 9 voltla Pavarotti də oxuya bilir, bizim Faytonçi Nazim də. Söhbət istedadın keyfiyyətindən və səviyyəsindən deyil, bir nəsr əsəri üçün xərclənəcək minimumdan gedir.

Məsələn, İsa Hüseynovun “İdeal” romanına xərclədiyi istedad və enerji Azərbaycanda heç bir əsərlə müqayisə oluna bilməz. Amma, inanın, yalnız ədəbi dəyərlər baxımından yanaşsaq o Mirzə Cəlilin istənilən hekayəsinə uduzur. İsa Hüseynov çay yuxarı üzmək iddiasındadır... Ancaq elə nasirlər var ki, nəinki çay yuxarı üzmür, hətta öz çiynindəki yükü də axara buraxıb çayı öz məqsədlərinin istiqamətinə çevirir.

Bunun üçün zamanın diqtə etdiyi bütün ədəbi fəndləri mənimsəmək gərək!

Həmişə düşünmüşəm, əcəba Kafka “Çevrilmə”ni başqa cür yaza bilərdimi? Cavabım həmişə eynidir: “Qətiyyən!” Bu əsəri yazdıran iztirab və ağrını realistcəsinə yazıya köçürmək, fiziki mənada mümkün deyil. Mənə görə, insanın səhhəti buna davam gətirə bilməz. Kafkanın ən böyük uğuru özünüifadənin ən asan yolunu tapmasıdır. İstedadının miqyasından asılı olmayaraq istənilən yazıçı “Çevrilmə”nin burulğanında bata bilərdi.

Bütün bunlara baxmayaraq, əminəm ki, Kafka “Çevrilmə”yə istedadının heç 12 faizini də xərcləməyib.

Düşdüyü mühit, mənsub olduğu mədəniyyət pessimist Kafkanı ən ağır sınaqlardan dahi kimi çıxartdı.

Bu şərtlər bizim cəmiyyət üçün keçərli deyil.

Azərbaycanda ciddi mədəni mühit heç vaxt olmayıb.

Siyasilər mədəniyyətin, o cümlədən ədəbiyyatın başına ip salıb arxalarınca aparıblar həmişə...

Az-çox tanınmışlarımızın isə arxasında ya farslar var, ya da ruslar... İnanmırsınız tarixə nəzər salın...

Bu xalqa Seyyidi, Sabiri və Hadini tapşırdıq... Aqibət məlumdur!

Bu mənada sözün üzərində hansısa ideolojini qəbul etməyən indiki gənclərin boynuna çox ağır yük düşür. Hətta o qədər ağır ki, yıxılmamaq ehtimalı heç 12 faiz də deyil.

Azərbaycanda azad ədəbiyyat məhrumiyyət, əzab və hətta ölüm vəd edir.

Səni oxuyub qəbul edəcək adamlarla sənin aranda keçilməz baryerlər var. Bu kağız üzərindəki ƏDV-dən, müstəqil fəaliyyət göstərmək istəyən nəşriyyatların, kitab mağazalarının üzləşdirildiyi problemlərə qədər hər yerdə özünü göstərir.

Bir yandan da ədəbiyyatın cilovunu əlində tutmaq istəyən qurumların təpkisi, təzyiqi, təhdidi...

Üfüqlərində heç bir uğur görünməyən azad ədəbiyyat yalnız fədakarları özünə cəlb edir. Fədakarlıq isə həmişə olmur.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020