news-inner
clock08:30 calendar-gray 29 İyun 2013 view-gray1515 dəfə oxunub
view-gray1515 dəfə oxunub

Dünyanın ən yaxşı muzeyləri

Yay tətili yaxınlaşdıqca hamı səyahət planları qurmağa başlayır.

Gedəcəyiniz ölkələrdə hansı muzeyləri ziyarət etmək lazım olduğunu bu yazıdan öyrənəcəksiniz.

Kulis.Az sizə dünyanın ən çox ziyarət edilən, ən populyar və ən zəngin muzeylərini təqdim edir:

1. Vatikan muzeyləri

1473-cü ildə Papa II Yuli tərəfindən əsası qoyulan Vatikan muzeyləri hələ də dünyanın ən böyük muzeylərindəndir. Muzeylərdə əsasən Renesans dövrünə aid maraqlı əsərlər var. Məsələn, Mikelanceloya aid “Sonuncu məhkəmə” adlı rəsm “Sistine Chapel” muzeyindədir. “Sistine Chapel” kimi bir çox muzeyi papalar üçün tikilən saraylarda qurulduğundan divarlar, döşəmələr, tavanlar sizi təəccübləndirəcək əl işləri ilə zəngindir. Vatikan muzeylərinin bəzilərinə pulsuz, bəzilərinə isə 5-10 evro ödəyərək daxil ola bilərsiniz.

2. Luvr muzeyi

Fransanın Paris şəhərində yerləşən Luvr muzeyində 300 mindən çox əsər var. Luvrda antik Misir, yunan, ərəb mədəniyyətlərindən tutmuş Leonardo Da Vinçi, Mikelancelo, Rembrandt kimi məşhur rəssamlara qədər – hər şeyə rast gəlmək olar. 14 girişi olan muzeyi tamamilə gəzmək üçün 3 gün vaxt lazımdır. Təkcə 2008-ci ildən 2010-cu ilə qədər hər il muzeyi 8.5 milyon insan ziyarət edib. 2011-ci ildə muzeyin ziyarətçilərinin sayı 8.8 milyona çatıb. Muzeyə giriş pulludur.

3. Britaniya muzeyi

İngiltərənin London şəhərindəki muzeydə dünyanın hər tərəfindən gətirilən antik əsərlər sərgilənir. Muzey 1753-cü ildə hazırlansa da, açılışı 1759-cu ildə edilib. Kitabxanasında 7 milyondan artıq kitabı olan muzeydə 105 min əlyazma, təxminən 100 min xartiya və məktublar, 3 mindən çox papirus kağızı var. Muzeyə giriş pulsuzdur.

4. Ermitaj muzeyi

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyi kraliça II Katerina tərəfindən 1764-cü ildə əsası qoyulub. 5 binadan ibarət muzeyin 350 zalında 3 milyonadək eksponat sərgilənir. Ermitajda Azərbaycana aid bir çox metal sənəti nümunələri də var; XIX əsrin axırları Naxçıvandan tapılan VII əsrə aid 35,6 sm hündürlüyündəki fiqurda alimlərin fikrincə, Qafqaz Albaniyasının hökmdarı Cavanşiri (638-670) təsvir edilib.

Bundan başqa, Ermitajda Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi mühafizə olunur.

5. Metropoliten Sənət Muzeyi

Nyu-Yorkda yerləşən Metropoliten Sənət Muzeyi, ya da qısaca “Met” 2 milyondan çox əsərə ev sahibliyi edir. 1870-ci ildə yaranan muzey əvvəllər ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının - Morqan, Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyerin könüllü ianələri hesabına fəaliyyət göstərib. Misir, yunan, Avropa, islam və yapon sənəti kimi kateqoriyalarda müxtəlif əsərlər görmək olar. Giriş üçün xüsusi qiymət yoxdur. Pulsuz və ya çox aşağı qiymətə muzeyi gəzmək mümkündür.

6. Prado muzeyi

İspaniyanın paytaxtı Madriddə əsası qoyulan Prado muzeyi fəaliyyətinə heykəl və rəsmlərin sərgiləndiyi qalereya kimi başlayıb. Muzeydə hal-hazırda 1300 sənət əsəri saxlanılır. Saxlanılan eksponatları üç yerə ayırmaq olar: məşhur rəssamların tabloları, tarixi heykəllər və qədim sikkə pullar. Dieqo Velaskesvə Fransisko Qoyanın bir çox mühüm rəsm əsərləri burada sərgilənir. Muzeyə giriş turistlər üçün 12 evro, tələbə üçün 6 avrodur.

7. Misir muzeyi

Qahirədə yerləşən Misir muzeyi Qədim Misir mədəniyyətinə aid əşyaların satılmamağı və oğurlanmamağı üçün yaradılıb. 120 mindən çox əsərin toplandığı muzeydə Tutanhamonun məzarı və 9 mumiya nümayiş olunur. 2011-ci ilin yanvar ayında Misirdəki etiraz aksiyaları vaxtı muzeydən bəzi eksponatlar oğurlanmış, sonradan tapılaraq muzeyə qaytarılmışdı.

8. Reyksmüzyem

1800-cü ildə qurulan Reyksmüzyem Hollandiyanın milli muzeyidir. Ölkənin ən zəngin kitabxanasının da yerləşdiyi muzey 1808-ci ildə Napoleon Bonapardın qardaşı, Hollandiya kralı Luis Bonapardın əmri ilə Amsterdama köçürülüb. Muzeydə Rembrandtın “Gecə gözətçisi” və Van Qoqun əsərləri sərgilənir.

9. Smitson İnstitutu

1846-cı ildə Vaşinqtonda qurulan muzey sahəsinə görə dünyanın ən böyük muzeyidir. Amerika Tarixi Muzeyi, Təbiət Tarixi Muzeyi, Amerika Hinduları Muzeyi kimi 19 fərqli muzey kompleksindən ibarət olan muzeydə 136 milyon əşya qorunur. 6,4 milyon əsərin elektron yayımlandığı muzeyə giriş pulsuzdur.

10. Uffizi qalereyası

Florensiyada yerləşən Uffizi Qalereyası Qərbi Avropanın ən populyar və qədim sənət muzeylərindəndir. İtalyan rəssam Sandro Bottiçellinin məşhur əsəri “Veneranın doğuluşu” ilə yanaşı muzeydə rəsm həvəskarları Mikelancelo, Da Vinçi, Rembrandt, Rafael Santi, Karavacconun əsərlərini də seyr edə bilərlər. Girişi 8-10 evro olan muzeyə girmək üçün ən sakit saatlarda belə azı 2-3 saat növbədə durmaq lazımdır.

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021
Van Dammı bezdirən azərbaycanlı qohumları
11:34 18 İyun 2021
Nobel mükafatçısı intim konsert verəcək – İlk dəfə
11:09 18 İyun 2021
Seymur Baycandan yeni kitab
10:42 18 İyun 2021
Nura Surinin oğlu qəzaya düşdü - Foto
10:09 18 İyun 2021
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı rusca çap olundu
09:42 18 İyun 2021
O gündən Bəşər dayı qızını evə qıfılladı – Bircə yazır...
09:00 18 İyun 2021
Nazirlik ədəbiyyat müsabiqəsinin qaliblərini mükafatlandırdı
01:24 18 İyun 2021
Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqında qəribə aforizmlər
21:02 17 İyun 2021