Bunu içənlər intihar edirlər

Bunu içənlər intihar edirlər
27 iyun 2013
# 10:33

Əksər alkoqollu içkilər kimi (cin, viski) absent də ilk dəfə dərman vasitəsi kimi istifadə olunub. Hələ eramızdan əvvəlki qədim misirlilər yovşan arağının müalicəvi xüsusiyyətlərinə yaxşı bələd idilər. Hippokrat isə sarılıq, qanazlığı və revmatizmin dərmanı kimi absent məsləhət görürdü. Geniş yayılmış fikrə görə “absinthe” sözü yunancada “apsinthion” kəlməsindən əmələ gəlib və mənası “içməli deyil” mənasına gəlir. Yəqin bu ad acı tamına görə içkiyə verilib.

Başqa bir versiyaya görə müasir absent ilk dəfə 1792-ci ildə Qərbi İsveçrənin kiçik Kouvet kəndində fransız həkim Piyer Ordiner tərəfindən hazırlanıb. Onun ölümündən sonra resepti əldə edən Henroid bacıları sonradan onu Anri Lui Pernoya satırlar. Beləcə ilk dəfə Perno Ordinerin yaşadığı kənddə balaca zavod açır.

Tezliklə absentin cirə tərkibli başqa bir növü də meydana çıxır. İçkiyə özünəməxsus xüsusiyyət vermək, onu daha cəlbedici etmək üçün onu xlorofillə boyamağa başlanıldı. Xlorofillə boyanma nəticəsində içkinin rəngi açıq yaşıla çalırdı. Absent iki üsulla ənənəvi və sənaye üsulu ilə hazırlanırdı.

Absent Fransada XIX əsrin 30-cu illərindən, Afrikadakı batalyonlardan əsgərlər qayıtmağa başlayandan sonra məşhur olmağa başladı. Afrikada olan fransız əsgərləri onu suyla qatıb içir və belə düşünürdülər ki, məhz buna görə də malyariya və başqa xəstəliklərdən qoruna biliblər.

Bu özünəməxsus reklam absenti fransız cəmiyyətinin bütün təbəqələrində məşhur edir. Absent bohemanın sevimli içkisinə çevrilir. Gi de Mopassan, Van Qoq, Artur Rembo, Edqar Po, Oskar Uayld, Edqar Deqa, Eduard Mane, Pablo Pikasso, Erix Mariya Remark, O Henri kimi məşhurlar absent içir və bu içkini öyürdülər.

XIX əsrdə Parisin bulvar dairəsində yerləşən kafedə absent əlavə edilmiş bir pors qəhvə 10 sent, fəhlə rayonlarında isə 3 sent idi. XVII əsrdə İngiltərədə cin ən ucuz içki olduğu kimi Fransada da absent ən ucuz içki idi.

Çox tezliklə məlum oldu ki, uzun müddətli istifadə zamanı absentistlərdə dəliliyə və intihara meyllilik yaranır. Paris hospitalının yüksək dozada absent qəbulundan əziyyət çəkən xəstələrində epilepsiya tutmaları, qanişləmə, böyrəkdə daşlaşma əlamətləri o cümlədən görmə və eşitmə hallyuinasiya halları müəyyən edilmişdi. Belə ehtimal olunur ki, yazıçı Gi De Mopassanın, rəssam Tuluz Lotrek və şair Pol Verlenin ölüm səbəbləri məhz absent olub.

Absent haqqındakı bütün bu mənfi hallar onun 1905-ci il 15 may tarixində İsveçrə və Belçikada, 1912-ci ildə ABŞ-da, 1913-cü ildə İtaliyada, 16 mart 1915-ci ildə Fransada rəsmi şəkildə qadağan olunmasına səbəb olur.

Son illərdə absentin istehsalı artmağa başlayıb. Hazırda absent bir sıra Avropa ölkələrində qadağan olunmasına baxmayaraq İspaniya, Andorra və Çexiyada istehsal olunur. Müasir absent ötən əsrin əvvəllərindəki absentdən xeyli fərqlənir. Bu içkidə absitinolun miqdarının toksik təsiri olmasa da yüksək faizli spirt hər halda orqanizmə dağıdıcı təsir göstərir.

Hazırda dünyada ən yaxşı absent növlərindən biri 1920-ci ildə yardılmış çex firması “Hills Likyor” firması tərəfindən hazırlanan “Hills Absent” markasıdır. Firmanın sahibi olan Radomil Hill ailə reseptlerini indiyə kimi qoruyub saxlayıb və o absent istehsalı üzrə ən yaxşı mütəxəssis hesab olunur.

Bu absent növünün Böyük Britaniya, Almaniya, Avstriya, Kanada, Yeni Zellandiya, Rusiyada rəsmi satışına icazə verilmişdir. Ölkəmizdə də bu markanın satışı həyata keçirilir.

Absent müxtəlif cür içilir. Əvvəlcə bildirmək lazımdır ki, absent olduqca tünd (70-75%) içkidir. Adətən absent xüsusi dəlikləri olan qaşığa bir baş kəllə qənd qoyub üzərindən su töküldükdən sonra içilir. Su qəndi əridərək absentlə qarışır. Şirin su absentin acılığını itirir.

Absentin ən ideal qarışığı beş hissə su, bir hissə absent hesab olunur. Limon da absentin acılığını aparmağa kömək edir. Absentlə hazırlanmış kokteyllər də sizin bu “təhlükəli” içkiyə olan marağınızı qarşılaya bilər.

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #