news-inner
clock08:00 calendar-gray 13 May 2013 view-gray2850 dəfə oxunub
view-gray2850 dəfə oxunub

Onun haqqında "narkoman", "əyyaş", "pedofil" deyirdilər

Con Və Jaklin Kennedilər - kometa kimi məhəbbət

Jaklin və Con Kennedilərin məhəbbəti başgicəlləndirici və faciəvidir. Öz adı ətrafında yaltaqlıqlar, nifrət və dedi-qodulara baxmayaraq bu heyrətamiz qadın nəinki prezidentin ideal xanımı ola, həm də amerikalıların yaddaşında əsl birinci xanım kimi qala bilib. Onun Kennedinin güllələnməsindən sonrakı baxışları, “Chanel”dən olan qan sıçramış kostyumu və “İstəyirəm ona nə etdiklərini hamı görsün” ifadəsi 1963 il Amerikasının simvolu oldu.

Jaklin Li Buvye çoxəsrlik ənənələri olan aristokrat ailədə doğulub. Fransız əsilli Jaklinin zənginlik bilməyən ailəsi zahiri dəbdəbə illüziyaları ilə yaşayıb. Onun atası Ceki yüngül əxlaqı və arvadbazlığına görə “Qara Şeyx” adlandırırdılar. Jaklinin anası xanım Canet Li Buvye ərinə çoxsaylı xəyanətləri bağışlamayaraq ondan ayrılıb.

Yaşamını davam etdirmək üçün məğrur və aristokrat Jaklin qədərindən artıq işləməli olur. Con Kennedi ilə görüş onun bütün həyatını dəyişdirir. Tanışlıqlarının ilk vaxtlarında artıq az-çox tanınan bir siyasətçi olan və senator seçkilərində iştirak edən sevgilisinin karyerası Jaklini maraqlandırmırdı. O hər şeyi ilə atası Qara Şeyxi xatırladan bu adama dəlicəsinə aşiq olmuşdu.

Onlar arasında münasibətlər inanılmaz dərəcədə sürətlə inkişaf etdi, bəlkə də elə buna görə bədxahlar Jaklini mənfəətçilikdə, hesabla ərə getməkdə ittiham edirdilər.

Evləndikdən sonra Kenndinin evində həyat Jaklinə dözülməz görünürdü. Hər şey onu əsəbiləşdiridi: evdə daim kənar adamların olması (Con demək olar ki, bütün günü seçki kampaniyası ilə bağlı köməkçiləri ilə bir yerdə olurdu), Kennedinin ailə üzvlərinin qızğın temperamentləri, daim məşğul həyat yoldaşının ona lazımı səviyyədə diqqət ayırmaması...

Ancaq o özünə qalib gəlir, ailəyə, evə uyuşa, Con üçün ideal həyat yoldaşı olmağı bacarır. Bu arada Con da siyasət Olimpinin zirvəsinə yüksəlməyi qarşısına məqsəd qoymuşdu. 1954 – cü ildə o Konqresə üzv seçilir. Amma çoxdan gözlədikləri qızlarının ölü doğulması Jaklin üçün ərinin uğuruna ürəkdolusu sevinməyə imkan vermir. Ceki kədərini büruzə verməmək üçün dilini dişinə tutur. Nəhayət 1957-ci ildə tale ona analıq sevincini yaşadır – qızı Karolina dünyaya gəlir. 1961-ci ildə Kennedi artıq ABŞ –ın 35-ci prezidenti olanda isə onların oğlanları doğulur. Ona atasının şərəfinə Con adını verirlər.

Jaklin ictimaiyyətdən qaçaraq özünü bütünlüklə ailəsinə həsr etmişdi. O müsahibə verməkdən çəkinir, bütün bunları həyat yoldaşına həvalə edirdi. Amma bununla belə öz məlahəti ilə könülləri fəth edirdi. O, zəriflik və gözəllik nümunəsi idi. Məhz onun sayəsində “Chanel”in ciddi, işgüzar kostyumları dəbə minib. Onun sevimli məşğuliyyətlərindən biri də interyer dizaynı idi. Ağ Evdə onun rəhbərliyi altında təmir həyata keçirilmişdi.

Amma hər şey prezident və xanımının 1963-cü il noyabrın 22-də Dallasa səfərləri zamanı yarımçıq kəsilir.

Con Kennedinin qətli Amerika tarixinə ciddi hadisələrdən biri kimi düşməklə yanaşı Jaklinin həyatında da dönüş nöqtəsi olur. Ötən bir neçə il ərzində Jaklin kənardan sakit və gülərüz görünsə də, o özünü sanki yuxuda hiss edirdi və bu dəhşətli yuxu Kennedi klanının ikinci üzvünün qətli ilə kulminasiya nöqtəsinə çatır.

Onun davamsız, sadəcə dəmir iradəsi üzərində qərarlaşan dünyası büsbütün viran olur. Məhz bu ərəfədə dedi-qoduçu jurnalistlər və bioqraflar Jaklini narkoman, əyyaş, israfçı adlandıraraq onun yeniyetmə, azyaşlı oğlanlara maraq göstərməsi, Marlon Brando və balaca Kennedi ilə romanı haqda şayiələr yayırdılar.

Onun dünyanın ən zəngin adamlarından biri Aristotel Onassisə ərə getməsi isə onlar tərəfindən Con Kenndinin ikici ölümü kimi şərh olunur. Amma bu Jaklinin mənəvi rahatlıq tapmaq üçün çarəsizlikdən atdığı sonuncu addım idi. 6 il müddətində Jaklin kübar ziyafətlər və jurnalistlərdən qaçaraq Onassisə məxsus Skorpions adasında yaşayır.

Həyat yoldaşının vəfatından sonra isə o hər şeyi yenidən başlamağa özündə güc tapır. Jaklin “Vikinq Press” nəşriyyatında işə düzəlir, bir neçə il sonra isə “Dabldey” nəşriyyatına keçir və özünün mətanəti və qeyri-adiliyi sayəsində tezliklə baş redaktor postunu tutur.

Jaklin Kennedi 65 yaşında vəfat edib. Son 6 ildə tale ona qarşı daha mərhəmətli olur və ABŞ-ın ən gözəl və ziyalı qadınının anadangəlmə istedadını və istənilən situasiyada həqiqi birinci xanım bacarığını reallaşdırmasına imkan yaradır.

news-inner-user
Rəvan

3 məqalə

Oxşar xəbərlər