news-inner
clock12:05 calendar-gray 10 May 2013 view-gray3495 dəfə oxunub
view-gray3495 dəfə oxunub

Əllə fotoqrafdan yaxşı çəkənlər - FOTO

Bəzi rəssamların çəkdikləri rəsm əsərləri fotoşəkillərdən fərqlənməməyi ilə seçilir. İlk baxışdan mükəmməl fotoşəkillərə bənzəyən bu hiperrealistik əsərlər reallığı, tam anlamında, olduğu kimi əks etdirir.

Bu cür rəsm əsərlərinin yaranması üçün böyük vaxt tələb olunur, çünki hər bir detal həddindən artıq dəqiq təsvir olunmalıdır. Öz əsərlərini tamaşaçı və tənqidçi önünə qoymazdan əvvəl rəssamlar hər rəsmin üzərində onlarla, hətta yüzlərlə saat işləyirlər. İstedad və səbir nəticəsində bu portretlər fotoşəkildən daha mənalı, ifadəli olurlar. Onların hər biri rəssamın xəyal dünyasını, həyatı, yaşadığımız dünyanın emosiya və illüziyasını əks etdirir.

Diyeqo Fatsio

Gənc italyan rəssam Diyeqo Fatsio hər bir rəsm əsərini təqdim etdikdən sonra onun, həqiqətən də, özü tərəfindən yaradıldığını sübut etmək məcburiyyətində qalır. Rəssam əsərlərini Diego Koi niki altında təqdim edir və hər dəfə internet istifadəçiləri tərəfindən “inanmıram ki, bu, rəsmdir”, “həqiqi deyil”, “fotonun üzərində işləyib” kimi fikirlər eşidir. Ona görə 22 yaşlı rəssam məcbur qalıb ki, yaradıcılığının sirlərini açsın.

Rəssamlıq təhsili almayan Fatsio əvvəlcə tatuaj üçün eskizlər çəkirmiş. Sonradan yapon rəssamlarının işləri ilə tanış olur. Ona ən çox Edo dövrünün məşhur rəssamı Katsusika Hokusayın əsərləri təsir edir. Bundan sonra rəssam öz texnikasını inkişaf etdirmək üçün daha çox işləməyə başlayır.

O, sətirvari printer kimi, vərəqin kənarından başlayaraq çəkir. Sadə qələm və kömürdən istifadə edir. Bir rəsm əsərinin yaradılmasına Fatsio iki yüzə yaxın saat vaxt sərf edir.

Yiqal Ozeri

Yiqal Ozeri Nyu-Yorklu müasir rəssamdır. Yiqal işıq və kölgəni, günəş parıltısını inanılmaz dərəcədə real çəkməyi bacarır və fotoşəkil illüziyasını yarada bilir. Bu qeyri-adi hiperrealistik əsərlərin yaradılması bir neçə etapdan keçir. Əvvəlcə rəssam modellər seçərək onların şəklini təbiət fonunda çəkir. Fotoşəkilləri əldə etdikdən sonra o, işə başlayır. Yiqal əsərlərinin bir neçə nüsxəsini yaradır ki, insanları daha çox aldada bilsin. Həqiqətən də, dünyanı bu dərəcədə gerçəyə yaxın yaratmaq hər rəssamın işi deyil.

Qotfrid Helnvayn

Bu yarıavstriyalı, yarıirland rəssam öz işlərində daha çox akvarel boyadan istifadə edir. O, konseptual rəssamdır. Öz istedadından hərtərəfli yararlanmaq istəyən Helnvayn rəssam, fotoqraf, heykəltəraş və aktyor kimi çalışmışdır.

Kamalki Laureano

Meksikalı hiperrealist Laureano portretlər yaratmaqla məşğuldur. Bütün hiperrealistlərin əsərlərində olduğu kimi, onun da rəsm əsərləri fotoşəkil qədər təbii görünür. O, kətan üzərində akril boyalarla işləyir. Onun üçün bu iş, sadəcə, foto şəklin bənzərini çəkmək deyil, həyatın özünü kətan üzərində ifadə etməkdir.

Metyu Doust

Metyu Doust 1984-cü ildə Kaliforniya ştatının Santa-Monika şəhərində doğulub. Gənc olmasına baxmayaraq, kifayət qədər tanınır. Onun bu üslubda çəkdiyi rəsm əsərləri bütün dünyada sərgilənir.

Rikardo Qarduno

Rikardo Qarduno öz ideyalarını kətan üzərində həyata keçirmək üçün akvarel və pastel boyalardan istifadə edir. Bu çox ağır proses olsa da, son nəticə insanı heyran qoyur.

Ruben Belloso

Dünyaca məşhur rəssam Ruben Belloso insanları olduğu kimi, bütün çatışmazlıqları və qüsurları ilə birlikdə təsvir edir. O heç bir ştrixi ötürmür, hər qırışı, hər qatı, üzdəki hər nöqtəni, başdakı hər tükü bir-bir çəkir. Onun rəsm əsərlərindən sanki canlı insanlar boylanır. Onlar tamaşaçı ilə ünsiyyətə girməyə, tamaşaçının hər bir baxışını izləyə və hər bir emosiyasına göz qoymağa qadirdirlər.

Simon Hennesi

İngiltərə rəssamı Simon Hennesi də fotoşəkillərdən seçilməyən hiperrealizm üslubunda portretlər yaradır. O daha çox akril boyalarla işləyir. Əsərləri müxtəlif sərgi salonlarında nümayiş olunur. Rəssam öz yaradıcılığı barəsində deyir: “Mənim rəsm əsərlərim reallığın əksi kimi qəbul olunur, amma, əslində, belə deyil. Onlar incəsənət sərhədlərini aşaraq öz abstrakt reallığına keçirlər. Reallığı əks etdirən kameradan istifadə edərək mən öz həqiqi gerçəkliyimiz kimi başa düşülən yalançı illüziyalar yarada bilərəm”.

Taner Ceylan

Məşhur türk rəssamı Taner Ceylan öz əsərlərini hiperrealistik üslubda yaradarkən fotoşəkillərdən istifadə edir. Öz işlərinin təsviri üçün o, əsasən, akril boyalardan istifadə edir.

Tuna Ferit

Tuna Ferit hiperrealistik üslubda əsərlər yaradan daha bir türk rəssamıdır. O, insan portretlərini dəqiqliklə təsvir edən rəssamlardan biridir. Hal-hazırda illüstrasiyanın qrafik dizaynı fakültəsində tədrislə məşğuldur.

Olqa Larionova

“Siz hələ də fotoşəklin portretdən daha yaxşı olduğunu düşünürsünüz? Siz tamamilə yanılırsınız!” – portretlər müəllifi Olqa Larionova öz sosial səhifəsində yazır. İnteryer dizayneri kimi çalışan Olqa heykəltəraşlıq təhsili alsa da rəsm çəkməyi hər zaman sevib. Bir neçə il öncə o, konkret şəklin detallı təsvirinin verilməsi ilə rəsm əsərinin foto şəklə bənzəməsi — hiperrealizmi öyrənməyə başlayıb.

Endrü Talbot

Məşhur britaniyalı rəssam Endrü Talbot 15 yaşından rəssamlıqla məşğuldur. 2002-ci ildən etibarən o, özünün yaratdıqları əsərlər hesabına dolanır. Reallığı qeyri-adi dərəcədə həqiqi təsvir etməsi və rəngarəng boyalardan istifadə etməsi onun üslubunu tez tanınan etmiş və onun bu işdə uğur qazanmasına səbəb olmuşdur.

Armin Mersmann

Orta bərklikdə olan sadə qələm və kağız – rəssam yalnız bunlardan istifadə edir. Hətta tuşdan da yararlanmır, uzaq başı, mənzərələrin həcmini, portretlərin isə həqiqiliyini artırmaq üçün kiçik qrifel parçasından və barmaqla yumşaltmadan istifadə edir. Təbii ki, detal və xırdalıqların tək-tək işlənməsinə çox böyük vaxt sərf olunur, amma onlar olmadan şəkil yarımçıq, obraz isə bitkin olmaz.

Dirk Dzimirski

Çox istedadlı hesab olunan alman rəssamı Dirk Dzimirski öz işlərində kömür, karandaş və pastel boyadan istifadə edir. Bu rəssamın işləri, həqiqətən də, tərifəlayiqdir.

Pol Kadden

Şotland rəssam Pol Kadden Vera Muxinanın yaradıcılığını çox sevir. Üstəlik, onun işlərinə kənardan baxdıqda Sovet dövrünün dahi heykəltəraşının təsirini görmək mümkündür. Bu təsir özünü iki yaradıcı insanın istifadə etdiyi rənglərdə göstərir. İkisində də əsas rənglər boz və tünd bozdur. Təəccüblənməli bir şey yoxdur: rəssamın yeganə aləti qrifel karandaşıdır. Elə təkcə bu, Pol Kadden üçün üzdə bircə anlığa donub qalmış su damlasını təsvir etməkdən ötrü yetərlidir. Rəssamın dahiliyinə heç bir şübhə yoxdur. Əminik ki, onun işləri lap yaxın gələcəkdə müasir incəsənət muzeyləri tərəfindən sərgilənəcək.

Brayan Druri

Amerikalı rəssam Brayan Druri 2007-ci ildə Nyu-York İncəsənət Akademiyasını bitirdiyi andan etibarən realizm janrında rəsm əsərləri çəkməklə məşğuldur. ABŞ və Avropanın bir sıra prestijli mükafatlarının qalibidir.

Eloy Morales

İspan rəssam Eloy Morales Romiro fotoşəklin kətan üzərində detallı təsvirini yaratmaq kimi unikal bir istedada malik adamdır. Müəllif öz yaradıcılığı barədə deyir: “Mənə reallıqla işləmək, onu öz əsərlərimdə əks etdirmək maraqlıdır. Çalışıram ki, reallığın mənim daxili aləmimlə təbii şəkildə mövcud olduğu cizgini aşmayım. Mənim üçün rəsmlərim vasitəsilə əşyalara olan öz baxışımı göstərmək çox vacibdir. Mən xəyalın hədsiz gücünə və sonsuz imkanlarına inanıram”.

Rafaella Spens

İtaliyanın Umbriya vilayətinin görünüşünə valeh olan Rafaella Spens urbanistik peyzajları təsvir etməyə başlamışdır. 2000-ci ildə onun İtaliyada keçirilmiş ilk sərgisi sənətşünaslar və bir sıra incəsənət tənqidçiləri tərəfindən təqdir olunmuşdur. Rəssamın əsərləri ABŞ, Kanada, İngiltərə, Rusiya, İtaliya, Avstriya və Almaniyanın şəxsi, ictimai və korporativ kolleksiyalarına daxildir.

Samüel Silva

Portuqaliyadan olan iyirmi doqquz yaşlı vəkil Samüel Silva internetə bir çoxlarının foto şəklə bəznətdiyi kürən saçlı qız rəsmini yükləyərək bütün dünyanın internet istifadəçilərini həm sarsıda, həm də əyləndirə bilmişdir.

Rəssamlığı özü öyrənmiş Silva izah edir ki, əsərlərinin üzərində işləyərkən o, səkkiz rəngdən istifadə edir. “Mənim səkkiz rəngdə diyircəkli qələmim var, bu şəkildə mən onlardan altısını, bir də qara rəngdən istifadə etmişəm. Bunlar ən adi diyircəkli qələmlərdir”. Buna baxmayaraq, Silvanın öz sözlərinə görə, o, rəngləri heç vaxt qarışdırmır. Sadəcə, mürəkkəb laylarını ştrixlərlə bir-birinin üstünə çəkir, beləliklə, əslində, onun əsərlərində olmayan rəng qarışımı illüziyası yaranır.

Karl Brenders

Karl Brenders bütün dünyada məşhur olan belçikalı rəssam-naturalistdir. Karl əsərlərinin eskizlərini sadə karandaşla çəkir. Sonra bu eskizlərdən istifadə edərək rəsm əsərləri yaradır. Qarışıq texnika ilə işləyərək quaş və akvarel boyalardan istifadə edir. Bu texnikanı rəssam böyük əməksevərlik və yaradıcılığa həvəs hesabına düz iyirmi beş il ərzində cilalamışdır.

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020
“Durna balığı” onlayn göstəriləcək
15:48 02 İyul 2020
Bakıda böyüyən yazıçının Avropada bestsellər olan romanı - O, rus çarına niyə "dünyanın ən bədbəxt adamı" deyirdi?
15:02 02 İyul 2020
Roma papasını lağa qoyan film çəkildi
14:15 02 İyul 2020
Uşaqlar üçün tamaşa
13:29 02 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
12:48 02 İyul 2020
“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist
12:10 02 İyul 2020
Tələbə qız məşhur Azərbaycan romanından yazdı
11:49 02 İyul 2020
“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:15 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020