writer1

Qan Turalı

Məqalə sayı

228
clock19:00 calendar-gray 16 Aprel 2013 view-gray2886 dəfə oxunub
view-gray2886 dəfə oxunub

Həmid ölü kimi

Həmid Herisçi yazıçılarımız arasında hər zaman xüsusi intellekti ilə seçilib. Lakin çox təəssüf ki, o, intellektini həqiqət üçün yox, özünün quraşdırıb özünün inandığı yalanlara xərcləyib.

Bir ziyalı kimi onun missiyası hər zaman qaranlıq olub, misal üçün Xalq Hərəkatının gərgin günlərində hərəkatın məqsədinin islam inqilabı olduğunu deməklə hərəkatçıları çox ağır vəziyyətə salıb.

Siz vaxt tapıb ANS efirinə baxsanız, Həmid Herisçini çox sadə şəkildə dərk edə bilərsiniz, bəli, Coysu oxumuş bir adam ölkəni gəzib pirləri ziyarət edir və bu pirlər haqqında özünün quraşdırdığı yalanları paranoyak bir formada xalqa çatdırır.

Amma Həmidin pirşünaslığı qarşısında olan böyük bir əngəl var, o da keçən əsrin əvvəllərində başlanan maarifçilik hərəkatıdır ki, Həmid onların gücünü hər zaman dərk etdiyindən onlara qarşı çox sonuncuüsullarla qara piar aparır.

“Yel qayadan nə aparar” deyiblər, bəli, yelin qayadan apardığı ovulmuş torpaqlardır. Torpaq yerə tökülür, yel isə əsib gedir.

İndi o “Ölülər”ı plagiat saydıqda biz onun yadına Suat Dərvişin “Fosforlu Cevriyə”sini salırıq.

Nəsə…

Cəlil Məmmədquluzadə təkcə Şeyx Nəsrullah obrazını yox, eləcə də Teleqrafçı Heydərağa ilə Dilmanc Əlibəy kimi nökər ziyalı obrazlarını da yaradıb.

Onlar Şeyx Nəsrullahın yalançı olduğunu çox gözəl anlayırdılar, lakin öz savadları ilə Şeyx Nəsrullaha “ləbbeyk” deyib bir növ onu legitimləşdirirdilər,

Kefli İsgəndər üçün əlibəylərlə şeyxəhmədlərin fərqi yoxuydu.

Deməyim odu ki, nə qədər danışırsan danış, yazırsan yaz, Mirzə Cəlil pyesinin içindən çıxa bilməyəcəksən.

Bəziləri həyata obraz, bəziləri isə yazıçı olmaq üçün gəlir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021