Altay Göyüşov: “Atatürk ADR-ə qarşı idi”

Altay Göyüşov: “Atatürk ADR-ə qarşı idi”
6 mart 2013
# 12:33

“Biz bir millət olsaq da faktiki iki dövlətik və təəssüf ki, bu iki dövlətin maraqlarının üst-üstə düşmədiyi məqamlar da olur”.

Bu fikri tarix elmləri namizədi Altay Göyüşov Atatürkün Müsavatı ingilislərə işləməkdə ittiham etməsi faktını şərh edərkən bildirib.

Altay Göyüşov deyib ki, Atatürk 1920-ci ildə bilavasitə Antanta (Antanta-Birinci Dünya Müharibəsində Rusiya, İngiltərə və Fransanın yaratdığı hərbi-siyasi blokun adıdır-red.) ölkələrinə qarşı istiqlal mübarizəsi aparırdı: “Sovet hökuməti isə təzə qurulmuşdu və onlar da Rusiyanın köhnə müttəfiqi olan Antantaya qarşı mübarizə aparırdılar. Belə şəraitdə bu iki qüvvə əlaqə qurdu. Bolşevik Rusiyası Azərbaycan Cümhuriyyətini qəbul etmir, buranı ələ keçirmək barədə düşünürdü. Ümumiyyətlə Cənubi Qafqaz, Bakı çox önəmli və əhəmiyyətli hesab olunurdu. Müttəfiq axtarışında olan Rusiya və Türkiyə ümumi bir fikrə gəlmişdilər. Azərbaycan da bolşeviklərindən qorunmaq üçün müttəfiq axtarışında idi. Bu müttəfiq təbii ki, Antanta dövlətləri ola bilərdi. Türkiyə Antantaya qarşı mübarizə apardığı üçün Azərbaycanla Atatürk hərəkatı arasında problemlər vardı. Maraqlar tamam başqa idi. Etiraf etmək lazımdır ki, Atatürkün Azərbaycan Cümhuriyyətinin tanınmasına münasibəti çox pis olub, o, Cümhuriyyəti təhlükə hesab edirdi. Ona görə Atatürkün Azərbaycan Cümhuriyyəti əleyhinə təbliğat aparması normal hal idi. Rusiya Azərbaycana bu adla girmişdi ki, biz imperializmə qarşı mübarizədə Türkiyəyə kömək etməyə gedirik. Bakıya girmiş rus ordusunun tərkibində Bakının işğaldan azad edilməsində fəallıq göstərmiş zabitlər də vardı”.

Altay Göyüşov deyib ki, Azərbaycanla Türkiyənin maraqlarının toqquşması sonralar da baş verib: “Sovet hökuməti Pişəvərini dəstəkləyəndə Türkiyə ABŞ-ın, İngiltərənin müttəfiqi kimi çıxış etmiş, hərəkatın məğlubiyyətə uğraması üçün hərtərəfli fəaliyyət göstərmişdi. Türkiyəni bu məsələdə qınamaq da olmur. Türkiyə qonşuluğunda dili, dini bir olan sosialist dövlətinin yaranmasını istəmirdi. Çünki öz daxilində sosialistlərlə bağlı ciddi problemləri vardı”.

# 5905 dəfə oxunub

Oxşar xəbərlər

Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

10:00 30 may 2026
Mühacir mətbuatımızın fəallarından biri - O, niyə Tiflisdə həbs edilmişdi?

Mühacir mətbuatımızın fəallarından biri - O, niyə Tiflisdə həbs edilmişdi?

13:30 28 may 2026
Sinfi mübarizə, yoxsa dil soyqırımı? - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

Sinfi mübarizə, yoxsa dil soyqırımı? - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

10:00 28 may 2026
Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

10:00 13 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər