writer1

Vüsalə Məmmədova

Məqalə sayı

51
clock11:48 calendar-gray 20 Fevral 2013 view-gray2387 dəfə oxunub
view-gray2387 dəfə oxunub

Şekspiri çox şişirtməyin

Sevgimizi hər günə bölsək, eləcə də sevgilimizə, xüsusi günə ehtiyac olarmı, bilmirəm... Amma onu bilirəm ki, “sevgililər günü” yəqin tənhalara heç unutmadıqları təkliklərini bir də hiss etdirmək üçündür...

Biz sevgi xəsisiyik axı... Ətrafa, həyata sevgi səpməlisən ki, sevgi qazanasan... Biz isə hər yerdən sevgi umuruq... Həm də haqqımız olmayan sevgini... Sevmək hamının haqqıdır, söz yox. Amma sevilmək də... Pişiyin də sevgi haqqı var...

Sevgilər küçəyə atılmış... Sevgisiz insanlar hər gecə qadınlı kişili onun arxasınca küçələrə çıxırlar...

Sevgilərin bəhrəsi zibilliyə atılmış... Özü də lap doğulan kimi... Sevməyə kimsə tapmayan insanlar zibillikləri eşələyir “bəlkə kiminsə günahını tapıb sevərəm” ümidi ilə...

Biz sevgini sözlə əvəz edirik... İnsan nə qədər sevgisiz ola bilər ki, o duyğunu sözə, cümləyə çevirməyə çalışsın. Bir baxış, tək toxunuş, ani təmas belə sevgini ifadə etməyə çalışan və ya edən dünya boyda romandan təsirlidir! Çox qınanandan sonra sevgi haqda cəmi bir kəlmə yazmışdım: Özünü statuslarımda axtaran adam, hərflərə çevriləcək qədər hərif deyilsən...

Bax belədir mənim üçün sevginin, sevgilinin yeri!

Mənə görə SEVMƏK- dünyanın ən gözəl musiqisinə gözüyumulu rəqs etməkdir. YAZMAQ isə sözlə sevişməkdi. O yanındadırsa sözü niyə narahat edirsən? Dodaqlar öpüşmək üçün açılmalı...

Amma bunun bir də nəzəriyyəsi var... Buyurun!

Universitetin I kursu, həyata geniş açılmış gözlərlə baxan vaxtlarımız. Bir müəllim, sıradan yox, həqiqətən çox sevdiyimiz bir müəllimimiz hər dərs bir sözü təkrar edirdi: “Şekspir deyib ki, öl, amma sevgisiz öpüşmə!”

Bunu bizə ev tapşırığı kimi hər dərs tapşırırdı...

4 il tez keçdi və məzun olduq... Diplomumuzu alanda həmin sevimli müəllimimiz hədəfə daha tez çatmaq üçün bizə yaşlı, amma zəngin sevgililər tapmaq üçün öz “xidmətlərini” təklif etdi... İndi sualıma özüm gülsəm də o vaxt soruşmuşdum ki, “bəs Şekspir?”

Cavab həyatın özü kimi idi: “O nəzəriyyə idi, diplom aldız, indi təcrübəyə keçmək zamanıdır. Həm də, o Şekspiri gözünüzdə çox şişirtməyin. Onun kimliyinə gör neçə adam iddia edir...”

Həyat budur! Reallıq bu qədər qəddardır!

Diplomunu qoltuğuna verən kimi həqiqəti üzünə şillə kimi çırpır. Buna hazır olub-olmamağın onun vecinə deyil.

Amma həqiqət də budur ki, dünyadakı bütün bəlaların qarşısını sevgi ala bilər!

Və dünyanın da ehtiyacı olan yeganə şey sevgidir!

Bunu isə heç yerdə öyrətmirlər... Şillələrin zərbəsindən özümüz “kəşf” edirik:

Bütün konfliktlərin, müharibələrin, terrorların... pisliklərin, nifrətlərin kökündə sevgisizlik dayanır...

Dünyanı bu kökə sevgisizlik salıb...

İnsanlar sevilmədiklərində kiməsə pislik arzu edir...

Sevgisi bol insanın ürəyində pisliyə yer yoxdur, sevən insandan qorxmayın... Sevgisiz insandan qorxun və uzaq qaçın...

Verdiyiniz sevgiyə layiq deyilsə, istəmirsə uzaq qaçın...

Sevdiklərinizin yanına qaçın... Sevənlərinizi sevgisiz qoymayın...

Sizsiz qoymayın...

Ətrafınızı sevgiylə bol etməyə çalışın... Sevgisiz həyatı düşməninizə də arzu etməyin...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020
“Avatar 2”nin çəkilişləri başa çatdı
16:22 29 Sentyabr 2020
İlk dəfə bu ifadəni işlədirəm... - Məşhurlar Qarabağ döyüşündən danışdı
15:06 29 Sentyabr 2020
Arif Babayev insult keçirtdi
14:16 29 Sentyabr 2020
Azərbaycanlı şair dünya yazıçılarına müraciət etdi – Mətn
13:30 29 Sentyabr 2020
Ermənilər Şuşadakı məscidimizə dəyişiklik edərək tarixi saxtalaşdırmaq istədilər
12:51 29 Sentyabr 2020
Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb
12:10 29 Sentyabr 2020
Sami Yusif: "Qarabağ Azərbaycandır" - Foto
11:35 29 Sentyabr 2020
Əməkdar artist cəbhəyə yola düşdü
11:11 29 Sentyabr 2020
“Kurtlar vadisi”nin Zazası xəstəxanaya yerləşdirildi
10:55 29 Sentyabr 2020
“Ana, əsgərlərimiz Murovu qaytardı!” - Fəridə yazır...
10:38 29 Sentyabr 2020
Polkovniki partlatmaq istəyən Səlim – İlqar Əlfioğlunun herkayəsi
08:55 29 Sentyabr 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020