Seksual alt paltarlarını sevirlər

Seksual alt paltarlarını sevirlər
9 fevral 2013
# 08:00

Elə bir qadın tapılmaz ki, bu sualı özünə verməsin. Məgər az belə hallar olur, sizin sevə-sevə aldığınız hansısa paltar həyat yoldaşınızın, yaxud sevgilinizin gözünün düşməninə çevrilir? Yaxud heç bəyənmədiyiniz bir şalvarınızdan ötrü onun az qala ürəyi gedir... Qadınlarla kişilərin zövqləri həqiqətən çox fərqlidir. Gəlin, az da olsa, kişilərin dünyasına enib nələri sevib-sevmədiklərini öyrənək.

Sevmirlər: militar tərzi

Keçən mövsüm dəbə minən militar, yəni hərbi tərzdə paltarları nə qədər sevsək də, kişilər tam əksini düşünür. Yəqin bu parça rəngini görəndə əsgərlik günləri yadlarına düşür.

Sevmirlər: platforma


Qadınların dikdaban ayaqqabılara sevgisinin qarşısını heç kim ala bilməz. Xüsusən çox rahat olan platforma ayaqqabılara. Kişilər niyə bu ayaqqabıları sevmədiklərini açıqlaya bilmirlər. Onların nifrəti bizim platforma sevgimizi öldürə bilərmi? Bizcə, yox.

Sevirlər: cins şalvar

Bəlkə də indiyədək elə bilirdiniz ki, kişilərin parça şalvarlar daha çox xoşuna gəlir. Yanılmışıq. Onlar cinslərin istənilən növünü – skinni, boru ayaqlı, düşük bellisini bəyənirlər. Bircə son dövrlərdə məşhurlaşan – “boyfriend`s jeans” (sevgilimin şalvarı) cinsləri heç ürəklərincə deyil.

Sevmirlər: boş donlar

Qadının bədən cizgilərini göstərməyən və əyində boş oturan donlar da sevilmirmişlər. Sevgilinizin gözünə gözəl görünmək istəyirsinizsə, dar donlara, yaxud belinizi daha incə göstərən nazik kəmərli donlara üstünlük verin.


Sevirlər: seksual alt paltarı


Siz, siz olun, üstündə balaca şirin ayı balası, ya da kəpənək olan gecəliklər geyinməyin. Sevgilinizin qarşısına onların çox sevdiyi seksual alt paltarlarında çıxın və onu dəli edin!

Sevmirlər: uzunboğaz çəkmələr

Yox, uzunboğaz çəkmələrin necə geyilməsindən asılı olaraq fikirləri dəyişir. Məsələn, qısa donla geyiləndə bu çəkmələri nə qədər sevirlərsə, şalvarın üstündən geyiləndə bir o qədər nifrət edirlər. Axı qışda həmişə don geyinmək olmur?! Ah bu kişilər! Gərək ya uzunboğazlardan əl çəkək, ya da şalvardan.

Sevirlər: sevdikləri komandanın forması


Sevdikləri komandanın formasını geyinmiş qadın həmin kişinin gözündə digərlərindən ən azı 3-0 qabaqda sayılır. Sevgilinizlə eyni komandanı sevirsinizsə, sizdən bəxtəvəri yoxdur.

# 8233 dəfə oxunub

Oxşar xəbərlər

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər