Uşaqkən anamıza inanırdıq

Uşaqkən anamıza inanırdıq
28 yanvar 2013
# 13:51

Aytən Nəsibbəyli

Uşaqkən

Uşaqkən

nağıllarda ağıllı kəndli

olardıq biz.

Ya ədalətli padşah

Ya gözəl şah qızı.

Özümüz seçərdik

nağılı, rolumuzu.

Fəqət bir gün onlar

“amma”larla “başladı”.

Uşaqkən

su damlalarından

rəsmlər çəkərdik biz.

Xəyallarımız kimi

oyundan oyuna

fiqurdan fiqura salardıq onları.

Biz damlaları dağıtdıq

Xəyallar o uşaqları.

Uşaqkən

kibritdən ev düzəldərdik biz.

“Evsiz uşaqları” bilməzdik amma.

“Evsiz ” nədir bilməzdik amma.

Uşaqkən...

anamıza inanardıq biz.

Uşaqkən....

Uşaqkən

böyümək istəyirdik biz.

# 966 dəfə oxunub

Oxşar xəbərlər

# # #