writer1

Ulucay Akif

Məqalə sayı

105
clock14:30 calendar-gray 15 İyul 2021 view-gray1170 dəfə oxunub
view-gray1170 dəfə oxunub

Cəmiyyətimizin əxlaq xəstəliyi

Pantural təxəllüslü gəncin açıq-saçıq geyinən qadınlarla bağlı dediyi kəskin fikirlər böyük ajiotaj yaratdı.

Ancaq düşünürəm ki, ajiotaja əsas səbəb fikirlərin kəskinliyindən daha çox geyim mövzusunun bizim cəmiyyətdə hələ də çox aktual və mübahisəli olmasıdır.

Həmin fikirlər heç də hər kəsi narahat eləmədi, əksinə, onu dəstəkləyən, razılaşanlar da çox oldu. Bunu büruzə verməsələr də, böyük bir qisim Panturalın sözlərinin doğru olduğunu özündə yəqin etdi.

Əslində, Şərq təfəkkürlü, Qərbə yeni meyl etməyə başlamış bir cəmiyyətdə bu cür düşünənlərin olması qeyri-adi deyil. Yəqin, zaman keçdikcə bu məsələlər öz aktuallığını itirəcək. Necə ki, bir vaxtlar insanları narahat edən məsələlərin indi heç əhəmiyyəti qalmayıb.

Məsələn, hələ sosial şəbəkələr ölkəmizə təzə-təzə ayaq açmağa başlayanda, xanımların, qızların oraya daxil olması birmənalı qarşılanmırdı.

“Qızın Feysbukda nə işi var?”

“Qaqa, o qız Feysbuka girir, yenə də özün bilərsən, bax daaa...”

“Yaxşı qızın İnstaqramda nə işi var?!”

Bu tip fikirlər çox idi, ancaq zaman keçdikcə bu söhbətləri də keçmişin zibilliyinə vızıldatdıq. Yaxşı da etdik.

Geyim məsələsi isə hələ də aktuallığını qorumaqdadır. Düzdür, çox yox, elə on-on beş il əvvələ nisbətdə artıq qadınlar istədikləri hər şeyi geyinə bilirlər, amma hələ də birmənalı yanaşma yoxdur.

Hətta yadıma düşür, çox yox, üç-dörd ay qabaq bir qız alt paltarında “Tarqovıda” gəzirdi. Həmin video sosial şəbəkələrdə də yayıldı, müzakirə olundu.

O videonu, alt paltarında şəhərdə gəzən qızı görəndə, özümə sual etdim ki, görəsən, bir oğlan küçəyə alt paltarında çıxsa, insanlar ona necə reaksiya verər? Yəqin, döyüb öldürərlər.

Panturalın “fikirlərini” İslam dini ilə əlaqələndirməyə çalışanlar da oldu. Guya İslam zehniyyəti insanları bu cür düşünməyə vadar edir.

Ancaq bunu deyənlər unudurlar ki, insanlara açıq-saçıq geyinməməyi tövsiyə edən İslam dini həm də naməhrəmə baxmağı, göz zinası etməyi haram buyurur.

İslam dininin insanlara qapalı geyinməyi tövsiyə etməsinin isə mənim zənnimcə, çox sadə bir səbəbi var:

Biz insanlar özümüzü hər nə qədər digər canlılardan daha ali hesab etsək də, bizə də Allah (ya da ateistlərin dediyi kimi “Təbiət”) tərəfindən verilmiş əsas instinktlər var. Bu instinktlər arasında yəqin, ən güclüsü çoxalma, nəsil davam etdirmə instinkti və bunun gətirdiyi ehtiras, şəhvətdir. Biz özümüzü bu duyğulardan məhrum edə bilmərik.

Ali varlıq olmağa gəldikdə isə, mənə görə, ağaclar, çiçəklər insanlardan daha alidir.

Sizə nə yalan deyim, mən də Şərq təfəkkürlü, konservativ adamam. Geyimin açıq-saçıqlığında ifrata gedilməsinin əleyhinəyəm.

Ən əsası, qısqanc bir kişiyəm.

İstəmərəm ki, sevgilimin bədəninin mənim üçün məhrəm yerlərini başqa kişilər də görsün. Kimsə “qadın sənin əşyan deyil!” kimi banal ifadələrlə üstümə gəlməsin. Mən əşyalarımı hamı ilə rahatlıqla paylaşa bilərəm, amma sevgilimi heç kimlə...

Keçək medalyonun o biri üzünə.

Bir çox qadınlarımız Azərbaycan kişisinə “yanıq” damğası vurmağı xoşlayır. Bizi Avropa, Amerika kişisi ilə müqayisə edir və onların bu məsələlərdə daha soyuqqanlı olduğunu deyirlər. Yəni, biz “yanığ”ıq, Qərb kişisi yox.

Əgər doğrudan belədirsə, Avropadakı, Amerikadakı bizlə müqayisəyə gəlməyəcək qədər çox zorlanma faktını, təcavüzləri kimin ayağına yazaq?

Qərbdə nə qədər Ted Bandi kimi qatil təcavüzkarlar var. Axı, Ted Bandi və onun kimilər Şərq təfəkkürünün, ya da İslam zehniyyətinin daşıyıcısı deyil?

Demək, məsələ tamam fərqlidir.

Söhbətin bu məqamında kiçik bir haşiyəyə çıxıb keçən dəfə gördüyüm bir video haqqında danışmaq istəyirəm.

Ötən günlərdə İtaliya millisi Avropa çempionu olduqdan sonra italyanlar küçələrə axışıb qələbəni qeyd edirdilər. İzdihamın içində qadınlar köynəklərini yuxarı qaldırıb sinələrini, ya da şalvarlarını aşağı yendirib arxalarını göstərirdilər və italyan kişilər sözün əsl mənasında vəhşicəsinə həmin qadınların üzərinə hücum edib arxalarını, sinələrini şillələyərək əylənirdilər. Bu nə mədəniyyət göstəricisidir, nə də yanıq olmamağın sübutu. Məncə, tam əksidir.

Ey dilindən Qərb sevdası düşməyənlər, bu cür halların Azərbaycanda yaşanmasını istəyirsiniz?

Mən istəmirəm.

Qərbin yaratdığı saytlarda ən çox zorlanma və insest videolarının izlənməsi də nəyəsə işarədir.

Bəs, həmin saytlarda dünyaya, Avropa insanına nələr təbliğ olunur?

Zorlama, insest, zoofiliya, pedofiliya, homoseksuallıq və s.

Hətta son vaxtlar “anime”lər də çoxalmağa başlayıb. Artıq uşaqlar üçün nəzərdə tutulmuş cizgi filmlərini də öz çirkin işlərinə alət edirlər.

Porno saytları qoyuram bir kənara, artıq filmləri də doğru-dürüst izləmək olmur. Həmən-həmən çəkilən bütün filmlərdə, Netflix seriallarında mütləq azı bir homoseksual obraz var və o, ya da bu şəkildə təbliğat aparılır? Nədən?

Filmlərin önündə “18+” yazmaqla uşaqları bu filmləri izləməkdən yayındırmaq olmadığını bilmirlər guya? Çox gözəl bilirlər. Qadağaların uşaqlara daha cəlbedici gəldiyini də çox gözəl bilirlər.

Bütün bu məsələlər bir insan kimi məni də narahat edir.

Bilmirəm, Panturalını da bu narahat edib, ya sadəcə gündəmə gəlmək üçün elə fikirlər səsləndirib, amma o da bilməlidir ki, heç kimin başqasının şəxsi seçimlərinə, xüsusən də başqasına dəxli olmayan seçim və qərarlara müdaxilə etmək haqqı yoxdur.

Nəinki ona qarşı zorakılığa səsləmək...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“O videoda Səfurə xanımın kürəyi qan içindədir” – Məlahət Abbasova dəhşətli faktlar açıqladı – Geniş müsahibə
09:01 26 İyul 2021
Rəsulzadə haqda kitabın təqdimatı olub
15:28 25 İyul 2021
Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
12:53 25 İyul 2021
Şukşinin hekayəsi: "Barmaqsız" – Dilimizdə ilk dəfə
10:30 25 İyul 2021
Xalq artisti vəfat edib
18:42 24 İyul 2021
Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
17:18 24 İyul 2021
Göy üzü ərşə qalxan əzablarla doludu – Salam Sarvandan şeirlər
16:30 24 İyul 2021
Mədəniyyət naziri Reza Deqati ilə görüşüb
15:27 24 İyul 2021
Həmid Piriyevin yeni kitabı çıxdı
14:45 24 İyul 2021
Mədəniyyət Nazirliyi Televiziya kanalları ilə iclas keçirib
13:41 24 İyul 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
12:30 24 İyul 2021
Azərbaycanlı gənc müğənni qəflətən öldü - Foto
11:32 24 İyul 2021
Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...
10:31 24 İyul 2021
100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
09:00 24 İyul 2021
Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar
21:00 23 İyul 2021
“Cırtdan” tamaşası onlayn göstəriləcək
19:00 23 İyul 2021
Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
18:30 23 İyul 2021
Aktrisa “Sənətkar” medalına layiq görüldü
17:30 23 İyul 2021
Köhnə məhəbbətin qız tanışları...
16:40 23 İyul 2021
Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
16:01 23 İyul 2021